Peyğəmbərə ﷺ salavat gətirməyin fəziləti

عَنْ أَبِي بَكْرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا الصَّلاَةَ عَلَيَّ فَإِنَّ اللهَ وَكَّلَ بِي مَلَكاً عِنْدَ قَبْرِي، فَإِذَا صَلِّى عَلَىَّ رَجُلٌ مِنْ أُمَّتِي، قَالَ لِي ذَلِكَ الْمَلَك: يَا مُحَمَّد! إِنَّ فُلاَنَ ابْنَ فُلاَنٍ صَلَّى عَلَيْكَ السَّاعةَ».

“Rəvayət edilir ki, Əbu Bəkr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə salavat etməyi çoxaldın! Həqiqətən, Allah qəbrimin yanında mənə bir mələyi müvəkkil etmişdir. Ümmətimdən bir kişi mənə salavat etdikdə həmin mələk mənə deyir: “Ey Muhəmməd! İndicə filankəsin oğlu filankəs sənə salavat etdi”.”

Əbu Bəkr
Həsən

Qeyd

əd-Deyləmi, 1/31. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1530.

İstinad

Müsəlmanın qalası, 266 (Kitab 132, 2)

Hədislərlə müsəlmanın qalası — Peyğəmbərə ﷺ salavat gətirməyin fəziləti