عَنْ سَعِيدِ بْنِ عُمَيْرٍ الأَنْصَارِيِّ، عَنْ أَبِيهِ وَكَانَ بَدْرِيًّا قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ صَلَّى عَلَيَّ مِنْ أُمَّتِي صَلاَةً مُخْلِصًا مِنْ قَلْبِهِ، صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرَ صَلَوَاتٍ، وَرَفَعَهُ بِهَا عَشْرَ دَرَجَاتٍ، وَكَتَبَ لَهُ بِهَا عَشْرَ حَسَنَاتٍ، وَمَحَا عَنْهُ عَشْرَ سَيِّئَاتٍ.
“Səid ibn Umeyr əl-Ənsari Bədr əhlindən olan atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən hər kim mənə qəlbindəki ixlasla salavat göndərərsə, Allah buna görə ona on dəfə salavat edər, onun məqamını on dərəcə qaldırar, ona on savab yazar və onun on günahını silər”.”
Qeyd
ən-Nəsəi “Sunənul-Kubra” 9809. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3360.
İstinad
Müsəlmanın qalası, 267 (Kitab 132, 3)
Hədislərlə müsəlmanın qalası — Peyğəmbərə ﷺ salavat gətirməyin fəziləti