Hədislərlə müsəlmanın qalasıPeyğəmbərin ﷺ duha namazından sonra dediyi dua

Kitab 27

Peyğəmbərin ﷺ duha namazından sonra dediyi dua

1

hədis

Dua

للَّهُمَّ اغْفِرْ لِي، وَتُبْ عَلَيَّ، إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ

Alla:hummə-ğfirli:, va tub aleyyə, innəkə əntət-təvva:bur-rahi:m!

Allahım, məni bağışla və tövbəmi qəbul et! Şübhəsiz ki, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

Hədis

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الضُّحَى ثُمَّ قَالَ: «اللَّهُمَّ اغْفِرْ لِي، وَتُبْ عَلَيَّ، إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ» حَتَّى قَالَهَا مِئَةَ مَرَّةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ duha namazını qıldıqdan sonra yüz dəfə: “Allahım, məni bağışla və tövbəmi qəbul et! Şübhəsiz ki, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! – (Alla:hummə-ğfirli:, va tub aleyyə, innəkə əntət-təvva:bur-rahi:m!)”- dedi”.”

Aişə
SəhihMüsəlmanın qalası, 78 (Kitab 27, 1)

Qeyd

Başlığa haşiyə: Duha namazının vaxtı - günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra - təqribən günəş çıxdıqdan 20 dəqiqə sonra, günəş səmanın ortasına - zenitə yüksəlməsindən bir az əvvələdək olan vaxtdır. Ən fəzilətli vaxtı isə günəş çıxandan bir saat sonradır. əl-Buxari “Ədəbul-Mufrad” 619. Hədisin isnadı səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 483.