أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.
Əşhədu ən lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasu:luhu!
Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!
Hədis
عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، فُتِّحَتْ لَهُ ثَمَانِيَةُ أَبْوَابِ الْجَنَّةِ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ.
“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alar və bunu gözəl şəkildə edər, sonra da “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!”- deyərsə, onun üçün Cənnətin səkkiz qapısı açılar və o, hansından istəsə, (oradan Cənnətə) daxil olar”.”
Qeyd
ən-Nəsəi “Sunən” 141, 148. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6164.