اللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ
Alla:humməc'alni: minət-təvva:bi:nə vac'alni: minəl-mutətahhiri:n!
Allahım, məni tövbə edənlərdən və təmizlənənlərdən et!
Hədis
عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ اللَّهُمَّ اجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ فُتِحَتْ لَهُ ثَمَانِيَةُ أَبْوَابِ الْجَنَّةِ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ ».
“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alar və bunu gözəl şəkildə edər, sonra da “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahım, məni tövbə edənlərdən və təmizlənənlərdən et!”- deyərsə, onun üçün Cənnətin səkkiz qapısı açılar və o, hansından istəsə, (oradan Cənnətə) daxil olar”.”
Qeyd
ət-Tirmizi, 55. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6167.
İstinad
Müsəlmanın qalası, 14 (Kitab 9, 2)
Hədislərlə müsəlmanın qalası — Dəstəmazdan sonra edilən zikr