سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتـُوبُ إِلَيْكَ
Subhə:nək-Əlla:hummə va bihəmdik, əşhədu ən lə: ilə:hə illə ənt, əstəğfirukə va ətu:bu ileyk!
Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm!
Hədis
عَنْ أَبِي سَعِيدٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ تَوَضَّأَ فَقَالَ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ اسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ كُتِبَ فِي رِقٍّ ثُمَّ طُبِعَ بِطَابِعٍ فَلَمْ يُكْسَر إِلَى يَوْمِ الْقِيَامَة».
“Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim dəstəmaz alıb bu duanı: “Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm!”- deyərsə, dəri üzərinə yazılıb möhür vurular və Qiyamətə qədər qırılmaz”.”
Qeyd
əl-Hakim, 564, 2072. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2333.
İstinad
Müsəlmanın qalası, 15 (Kitab 9, 3)
Hədislərlə müsəlmanın qalası — Dəstəmazdan sonra edilən zikr