Hədislərlə müsəlmanın qalasıUşaqları qorumaq üçün oxunan dua

Kitab 48

Uşaqları qorumaq üçün oxunan dua

1

hədis

Dua

أُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ

Ui:zukumə bikəlimə:tillə:hit-tə:mməti min kulli şeyta:nin va hə:mmətin va min kulli aynin lə:mmətin!

Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm!

Hədis

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَوِّذُ الْحَسَنَ وَالْحُسَيْنَ وَيَقُولُ « إِنَّ أَبَاكُمَا كَانَ يُعَوِّذُ بِهَا إِسْمَاعِيلَ وَإِسْحَاقَ ، أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Həsən və Hüseyni ﵄ (şeytandan) qorumaq üçün dua edib deyərdi: “Babanız (İbrahim öz övladları) İsmail və İshaqı qorumaq məqsədilə dua edib deyərdi: “Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm!””

İbn Abbas
SəhihMüsəlmanın qalası, 148 (Kitab 48, 1)

Qeyd

Bir oğlan uşağı üçün “Ui:zukə...”, bir qız uşağı üçün isə “Ui:zuki...”, yəni “Səni...” deyilir. əl-Buxari, 3120, 3371.