الْحَمْدُ للهِ الَّذِي بِنِعْمَتِهِ تَتِمُّ الصَّالِحَاتُ الْحَمْدُ للهِ عَلَى كُلِّ حَالٍ عَنْ عَائِشَةَ , قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَأَى مَا يُحِبُّ قَالَ : الْحَمْدُ لِلَّهِ الَّذِي بِنِعْمَتِهِ تَتِمُّ الصَّالِحَاتُ ، وَإِذَا رَأَى مَا يَكْرَهُ قَالَ : الْحَمْدُ لِلَّهِ عَلَى كُلِّ حَالٍ.
“Sevindirici bir hal olduqda, bu zikr deyilir: Əlhəmdulillə:hilləzi: bini'mətihi tətimmus-sa:lihə:t! Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun! Xoşa gəlməyən bir hadisə olduqda isə belə deyilir: Əlhəmdulillə:hi alə: kulli hə:l! Hər bir halda Allaha həmd olsun! Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xoşuna gələn bir hadisə baş verdikdə deyərdi: “Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!” Xoşuna gəlmədiyi bir hadisə baş verdikdə isə deyərdi: “Hər bir halda Allaha həmd olsun!””
Qeyd
İbn Məcə, 3803; əl-Hakim, 1840. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 265.