Hədislərlə müsəlmanın qalasıİmanda şəkkə düşənin duası

Kitab 42

İmanda şəkkə düşənin duası

3

hədis

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَأْتِى الشَّيْطَانُ أَحَدَكُمْ فَيَقُولُ مَنْ خَلَقَ كَذَا مَنْ خَلَقَ كَذَا حَتَّى يَقُولَ مَنْ خَلَقَ رَبَّكَ فَإِذَا بَلَغَهُ فَلْيَسْتَعِذْ بِاللَّهِ، وَلْيَنْتَهِ».

“İmanda şəkkə düşən şəxs Allaha sığınmalı və şəkk etdiyi şeyi tərk etməlidir. Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şeytan sizdən birinizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?”– deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: “Rəbbini kim yaradıb?”– deyə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 139 (Kitab 42, 1)

Qeyd

əl-Buxari, 3034, 3276; Muslim, 191, 362.

Dua

آمَنْتُ بِاللهِ وَرُسُلِهِ

Ə:məntu billə:hi va rusulihi!

Allaha və Onun elçilərinə iman gətirdim!

Hədis

عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ أَحَدَكُمْ يَأْتِيهِ الشَّيْطَانُ فَيَقُولُ : مَنْ خَلَقَكَ ؟ فَيَقُولُ : اللَّهُ ، فَيَقُولُ : فَمَنْ خَلَقَ اللَّهَ ؟ فَإِذَا وَجَدَ ذَلِكَ أَحَدُكُمْ ، فَلْيَقْرَأْ : آمَنْتُ بِاللَّهِ وَرُسُلِهِ ، فَإِنَّ ذَلِكَ يُذْهِبُ عَنْهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şeytan birinizin yanına gələrək belə deyir: “Səni kim yaradıb?” Siz: “Allah!” deyirsiz. Şeytan yenə deyir: “Bəs Allahı kim yaradıb?” Biriniz özündə belə bir şey hiss etdikdə, desin: “Allaha və Onun elçilərinə iman gətirdim! - (Ə:məntu billə:hi va rusulihi!)”. Belə etsə, həmin vəsvəsə ondan uzaqlaşar”.”

Aişə
SəhihMüsəlmanın qalası, 140 (Kitab 42, 2)

Qeyd

Əhməd, 26203, 26733, 26246. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir.

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ أَبُو زُمَيْلٍ ، قَالَ : سَأَلْتُ ابْنَ عَبَّاسٍ فَقُلْتُ : مَا شَيْءٌ أَجِدُهُ فِي صَدْرِي ؟ قَالَ : مَا هُوَ ؟ قُلْتُ : وَاللَّهِ مَا أَتَكَلَّمُ بِهِ ، قَالَ : فَقَالَ لِي : أَشَيْءٌ مِنْ شَكٍّ ؟ قَالَ : وَضَحِكَ ، قَالَ : مَا نَجَا مِنْ ذَلِكَ أَحَدٌ ، قَالَ : حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {فَإِنْ كُنْتَ فِي شَكٍّ مِمَّا أَنْزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَءُونَ الْكِتَابَ مِنْ قَبْلِكَ} الآيَةَ ، قَالَ : فَقَالَ لِي : إِذَا وَجَدْتَ فِي نَفْسِكَ شَيْئًا فَقُلْ {هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ}

“Şəkkə düşən, Allahın bu kəlamını da oxumalıdır: Huvəl-Əvvəlu val-Ə:xiru vaz-Za:hiru val-Bə:tinu va Huvə bikulli şey in ali:m! Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O hər şeyi Biləndir! Rəvayət edilir ki, Əbu Zumeyl ﵀ demişdir: “Mən İbn Abbasdan ﵄ soruşdum: “Mənim ürəyimdə hiss etdiyim bu nədir?” O dedi: “O nədir?” Mən dedim: “Allaha and olsun söyləmərəm”. Bu zaman o, mənə dedi: “Şübhə ilə əlaqədar bir şeydirmi?” Sonra gülərək dedi: “Bundan heç kim xilas olmamışdır. Nəhayət, “Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan soruş...” (Yunus, 94) ayəsi endirildi”. İbn Abbas mənə dedi: “Əgər içində bir şübhə hiss etsən, onda de: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir!” (əl-Hədid, 3)”.”

Əbu Zumeyl
HəsənMüsəlmanın qalası, 141 (Kitab 42, 3)

Qeyd

Əbu Davud, 5110, 5112. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1614.