İmanda şəkkə düşənin duası

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَأْتِى الشَّيْطَانُ أَحَدَكُمْ فَيَقُولُ مَنْ خَلَقَ كَذَا مَنْ خَلَقَ كَذَا حَتَّى يَقُولَ مَنْ خَلَقَ رَبَّكَ فَإِذَا بَلَغَهُ فَلْيَسْتَعِذْ بِاللَّهِ، وَلْيَنْتَهِ».

“İmanda şəkkə düşən şəxs Allaha sığınmalı və şəkk etdiyi şeyi tərk etməlidir. Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şeytan sizdən birinizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?”– deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: “Rəbbini kim yaradıb?”– deyə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 3034, 3276; Muslim, 191, 362.

İstinad

Müsəlmanın qalası, 139 (Kitab 42, 1)

Hədislərlə müsəlmanın qalası — İmanda şəkkə düşənin duası