Məscidə girərkən edilən dua
Dua

أَعُوذُ بِاللهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ، مِنَ الشَّيْطَانِ الرَّجِيمِ بِسْمِ اللهِ،

Əu:zu billə:hil-azi:m va bivachihil-kəri:m va sulta:nihil-qadi:m minəş-şeyta:nir-raci:m!

Daşqalaq olunmuş (lənətə gəlmiş) şeytandan Böyük Allaha, Onun kəramətli Üzünə və əzəli hökmünə pənah aparıram!

Hədis

عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ قَالَ لَقِيتُ عُقْبَةَ بْنَ مُسْلِمٍ فَقُلْتُ لَهُ بَلَغَنِى أَنَّكَ حَدَّثْتَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ إِذَا دَخَلَ الْمَسْجِدَ قَالَ « أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ». قَالَ أَقَطُّ قُلْتُ نَعَمْ. قَالَ فَإِذَا قَالَ ذَلِكَ قَالَ الشَّيْطَانُ حُفِظَ مِنِّى سَائِرَ الْيَوْمِ.

“Rəvayət edilir ki, Heyvətə ibn Şureyh ﵀ demişdir: “Mən Uqbə ibn Muslim ilə qarşılaşıb ona dedim: “Mənə sənin Abdullah ibn Amr ibn əl-Asdan nəql etdiyin bu xəbər çatıb: “Peyğəmbər ﷺ məscidə daxil olduqda deyərdi: “Daşqalaq olunmuş (lənətə gəlmiş) şeytandan Böyük Allaha, Onun kəramətli Üzünə və əzəli hökmünə pənah aparıram! – (Əu:zu billə:hil-azi:m va bivachihil-kəri:m va sulta:nihil-qadi:m minəş-şeyta:nir-raci:m)”. O məndən soruşdu: “Elə bunu eşitmisən?” Mən: “Bəli!”- dedikdə, o belə söylədi: “Məscidə girən adam bunu dedikdə, şeytan deyər: “Günün qalan hissəsində məndən qorunmuş oldu!””

Heyvə ibn Şureyh
Səhih

Qeyd

Başlığa haşiyə: Məscidə girərkən sağ ayaqla girmək, çıxarkən də sol ayaqla çıxmaq lazımdır. Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi” (əl-Buxari, 168). İbn əl-Qeyyim ﵀ demişdir: “Peyğəmbər ﷺ ayaqqabısını geydikdə, saçlarını daradıqda, dəstəmaz aldıqda, sağdan başlamağı, habelə yemək yedikdə, su içdikdə, bir şey aldıqda və ya verdikdə bunu sağ əli ilə yerinə yetirməyi sevərdi. Ayaqyolunda təmizləndiyi və s. ehtiram edilməyən işləri gördüyü zaman isə bunu sol əli ilə edər və ya sol tərəfdən başlayardı”. (Zadul-Məad, 1/174). Əbu Davud, 466. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 749.

İstinad

Müsəlmanın qalası, 21 (Kitab 14, 1)

Hədislərlə müsəlmanın qalası — Məscidə girərkən edilən dua