وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ افْـتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ
Bismilləh, vas-salə:tu vas-salə:mu alə: Rasu:lilləh, Alla:humməftəh li: əbva:bə rahmətik!
Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! Allahım, mənim üçün rəhmət qapılarını aç!
Hədis
عَنْ أَبَي أُسَيْدٍ الأَنْصَارِىَّ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيُسَلِّمْ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لْيَقُلِ اللَّهُمَّ افْتَحْ لِى أَبْوَابَ رَحْمَتِكَ فَإِذَا خَرَجَ فَلْيَقُلِ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ مِنْ فَضْلِكَ ».
“Rəvayət edilir ki, Əbu Useyd əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri məscidə girdikdə, Peyğəmbərə ﷺ salam və salavat desin! – (Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! - Bismilləh, vas-salə:tu vas-salə:mu alə: Rasu:lilləh!). Sonra söyləsin: “Allahım, mənim üçün rəhmət qapılarını aç! – (Alla:humməftəh li: əbva:bə rahmətik!)”. Məsciddən çıxdıqda isə desin: “Allahım, Sənin lütfündən diləyirəm! – (Alla:hummə, inni: əs əlukə min fadlik!)”.”
Qeyd
Başlığa haşiyə: Məscidə girərkən sağ ayaqla girmək, çıxarkən də sol ayaqla çıxmaq lazımdır. Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi” (əl-Buxari, 168). İbn əl-Qeyyim ﵀ demişdir: “Peyğəmbər ﷺ ayaqqabısını geydikdə, saçlarını daradıqda, dəstəmaz aldıqda, sağdan başlamağı, habelə yemək yedikdə, su içdikdə, bir şey aldıqda və ya verdikdə bunu sağ əli ilə yerinə yetirməyi sevərdi. Ayaqyolunda təmizləndiyi və s. ehtiram edilməyən işləri gördüyü zaman isə bunu sol əli ilə edər və ya sol tərəfdən başlayardı”. (Zadul-Məad, 1/174). Əbu Davud, 465. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 515.
İstinad
Müsəlmanın qalası, 22 (Kitab 14, 2)
Hədislərlə müsəlmanın qalası — Məscidə girərkən edilən dua