Məsciddən çıxarkən edilən dua
Dua

بِسْمِ اللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ، اللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

Bismilləh, vas-salə:tu vas-salə:mu alə: Rasu:lilləh! Alla:hummə, inni: əs əlukə min fadlik! Alla:hummə'sımni: minəş-şeyta:nir-raci:m!

Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! Allahım, Sənin lütfündən diləyirəm! Allahım, məni daşqalaq olunmuş (lənətə gəlmiş) şeytandan qoru!

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلْيَقُلِ : اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ ، وَإِذَا خَرَجَ ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلْيَقُلِ : اللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Sizdən biriniz məscidə girdikdə, Peyğəmbərə ﷺ salavat gətirsin (Allahın adı ilə! Allahın elçisinə salavat və salam olsun! - Bismilləh, vas-salə:tu vas-salə:mu alə: Rasu:lilləh!) və belə desin: “Allahım, mənim üçün rəhmət qapılarını aç! (Alla:humməftəh li: əbva:bə rahmətik)”. Məsciddən çıxdıqda da Peyğəmbərə ﷺ salavat gətirsin və belə desin: “Allahım, məni daşqalaq olunmuş (lənətə gəlmiş) şeytandan qoru! - (Alla:hummə'sımni: minəş-şeyta:nir-raci:m!)”.”

Əbu Hureyra
Səhih

Qeyd

İbn Məcə, 773. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 514.

İstinad

Müsəlmanın qalası, 23 (Kitab 15, 1)

Hədislərlə müsəlmanın qalası — Məsciddən çıxarkən edilən dua