Namaza başlayarkən birinci təkbirdən – “Allahu Əkbər” dedikdən - sonra edilən açılış duası
Dua

اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللَّهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ اْلأَبْـيَضُ مِنَ الدَّنَسِ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ

Alla:hummə, bə:id beyni: va beynə xata:yə:yə kəmə: bə:adtə beynəl-məşriqi val-məğribi! Alla:hummə nəqqini: min xata:yə:yə kəmə: yunəqqas-səubul-əbyədu minəd-dənəsi! Alla:humməğsilni: min xata:yə:yə bis-səlci val-mə:i val-bəradi!

Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, su və dolu ilə yu!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَبَّرَ فِى الصَّلاَةِ سَكَتَ هُنَيَّةً قَبْلَ أَنْ يَقْرَأَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ بِأَبِى أَنْتَ وَأُمِّى أَرَأَيْتَ سُكُوتَكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ مَا تَقُولُ قَالَ « أَقُولُ اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اللَّهُمَّ نَقِّنِى مِنْ خَطَايَاىَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ اللَّهُمَّ اغْسِلْنِى مِنْ خَطَايَاىَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ »

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda təkbir etdikdə qiraətdən qabaq sükut edərdi. Mən dedim: “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun! Mən sənin təkbirlə qiraət arasında sükut etdiyini gördüm. Sən nə deyirdin?” O dedi: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, su və dolu ilə yu!””

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 940, 1382.

İstinad

Müsəlmanın qalası, 28 (Kitab 17, 1)

Hədislərlə müsəlmanın qalası — Namaza başlayarkən birinci təkbirdən – “Allahu Əkbər” dedikdən - sonra edilən açılış duası