سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَى جَدُّكَ، وَلاَ إِلَهَ غَيْرُكَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ قَالَ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ عَنْ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَحَبَّ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الْعَبْدُ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَى جَدُّكَ، وَلاَ إِلَهَ غَيْرُكَ، وَإِنَّ أَبْغَضَ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الرَّجُلُ لِلرَّجُلِ: اتَّقِ اللَّهَ فَيَقُولُ: عَلَيْكَ نَفْسَكَ.
“Subhə:nəkə Alla:hummə va bihəmdik va təbə:rakəsmuk va təa:lə cədduk va lə: ilə:hə ğayruk! Allahım, Sən pak və müqəddəssən, Sənə həmd olsun! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur! Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda belə deyərdi: “Allahım, Sən pak və müqəddəssən, Sənə həmd olsun! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun belə deməsidir: “Allahım, Sən pak və müqəddəssən, Sənə həmd olsun! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Həqiqətən, Allahın nifrət etdiyi kəlmə isə bir kişinin digərinə: ”Allahdan qorx!”- dedikdə, onun: “Get, öz işinlə məşğul ol!”- deməsidir”.”
Qeyd
Əbu Davud, 776; ət-Tirmizi, 244; İbn Məcə, 806. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 815. ən-Nəsəi “Sunənul-Kubra” 10619. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2598, 2939.
İstinad
Müsəlmanın qalası, 29 (Kitab 17, 2)
Hədislərlə müsəlmanın qalası — Namaza başlayarkən birinci təkbirdən – “Allahu Əkbər” dedikdən - sonra edilən açılış duası