Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Dua

أَسْتَغْفِرُ اللهَ ( ثلاثا ) اللَّهُمَّ أَنْتَ السَّلاَمُ، وَمِنْكَ السَّلاَمُ، تَبَارَكْتَ يَا ذَا الْجَلاَلِ وَاْلإِكْرَامِ

Əstəğfirullah! (üç dəfə). Alla:hummə, əntəs-sələ:mu va minkəs-sələ:mu təbə:raktə yə: zəl-cələ:li val-ikra:m!

Allahdan bağışlanma diləyirəm! (üç dəfə). Allahım, Salam (bütün nöqsanlardan və eyblərdən uzaq) Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi, Sən xeyirxahsan!

Hədis

عَنْ ثَوْبَانَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ اسْتَغْفَرَ ثَلاَثًا وَقَالَ « اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلاَمُ تَبَارَكْتَ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ ». قَالَ الْوَلِيدُ فَقُلْتُ لِلأَوْزَاعِىِّ كَيْفَ الاِسْتِغْفَارُ قَالَ تَقُولُ أَسْتَغْفِرُ اللَّهَ أَسْتَغْفِرُ اللَّهَ.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ namazı bitirdikdə üç dəfə “Allahdan bağışlanma diləyirəm!” dedikdən sonra buyurardı: “Allahım! Salam (bütün nöqsanlardan və eyblərdən uzaq olan) Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi, Sən xeyirxahsan!””

Səvban
Səhih

Qeyd

Muslim, 931, 1362.

İstinad

Müsəlmanın qalası, 69 (Kitab 26, 1)

Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər