Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r! Alla:hummə, lə: mə:nia limə: ə'taytə va lə: mu'tiyə limə mənə'tə va lə: yənfəu zəl-cəddi minkəl-cədd!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım, Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur! Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz.

Hədis

عَنْ وَرَّادٍ كَاتِبِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ أَمْلَى عَلَىَّ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ فِى كِتَابٍ إِلَى مُعَاوِيَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى دُبُرِ كُلِّ صَلاَةٍ مَكْتُوبَةٍ « لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهْوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ » .

“Muğira ibn Şobənin katibi Vərrad ﵀ demişdir: “Bir dəfə Muğira ibn Şobə ona, Müaviyəyə belə bir məktub yazdırdı: “Peyğəmbər ﷺ hər bir vacib namazdan sonra deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım, Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur! Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz”.”

Vərrad
Səhih

Qeyd

əl-Buxari, 799, 844; Muslim, 933, 1366, 1370.

İstinad

Müsəlmanın qalası, 70 (Kitab 26, 2)

Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər