لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ، لاَ إِلَهَ إِلاَّ اللهُ، وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لاَ إِلَهَ إِلاَّ اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r! Lə: həulə va lə: quvvətə illə: billəh! Lə: ilə:hə illəlla:hu, va lə: nə'budu illə: iyyə:hu, ləhun-ni'mətu va ləhul-fədlu va ləhus-sənə:ul-həsənu! Lə: ilə:hə illəlla:hu muxlisi:nə ləhud-di:nə: va ləu kərihəl-kə:firu:n!
Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Biz yalnız Ona ibadət edirik! Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!
Hədis
عَنْ أَبِى الزُّبَيْرِ قَالَ كَانَ ابْنُ الزُّبَيْرِ يَقُولُ فِى دُبُرِ كُلِّ صَلاَةٍ حِينَ يُسَلِّمُ « لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ ». وَقَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَلِّلُ بِهِنَّ دُبُرَ كُلِّ صَلاَةٍ.
“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵀ demişdir: “İbn əz-Zubeyr hər namazdan sonra salam verib belə deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Biz yalnız Ona ibadət edirik! Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!” Allah Elçisi ﷺ bu sözlərlə hər namazdan sonra Allahı zikr edərdi”.”
Qeyd
Muslim, 935, 1371.
İstinad
Müsəlmanın qalası, 71 (Kitab 26, 3)
Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər