Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

أَعُوذُ بالله مِنَ الشَّيْطَانِ الرَّجِيمِ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ عَنْ أَبِي أُمَامَهَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَرَأَ آيَةَ الْكُرْسِي فِي دُبُرِ كُلِّ صَلاَةٍ مَكْتُوبَةٍ، لَمْ يَمْنَعْهُ مِنْ دُخُولِ الْجَنَّةِ إِلاَّ أَنْ يَمُوتَ».

“Hər vacib namazdan sonra “Ayətul-Kursini” (Kursi ayəsini - əl-Bəqərə, 255) oxumaq. Əu:zu billə:hi minəş-şeyta:nir-raci:m Alla:hu lə: ilə:hə illə: huvəl-həyyul-qayyu:m. Lə: tə'xuzuhu: sinətun va lə: nəum. Ləhu: mə: fis-səmə:və:ti va mə: fil-ərd. Mən zəlləzi: yəşfəu' i'ndəhu: illə: bi iznih. Yə'ləmu mə: beynə əydi:him va mə: xalfəhum. Va lə: yuhi:tu:nə bi şey im min i'lmihi: illə: bimə: şə:ə. Vasia' kursiyyuhus-səmə:və:ti val-ərd. Va lə: yəu:duhu: hıfzuhumə: va huvəl-aliyyul-azi:m! Allah! Ondan başqa ibadətə layiq məbud yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür! Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim hər vacib namazdan sonra “Ayətul-Kursi”ni (əl-Bəqərə, 255) oxuyarsa, Cənnətlə onun arasında yalnız ölüm durar”.”

Əbu Umamə
Həsən

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 9928; ət-Tabərani “Mucəmul-Kəbir” 7408, “əd-Dua” 675. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 972.

İstinad

Müsəlmanın qalası, 75 (Kitab 26, 7)

Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər