لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!
Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! (Məğrib və Sübh namazlarından sonra on dəfə oxumaq).
Hədis
عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مَرَّاتٍ، كَتَبَ اللَّهُ لَهُ بِكُلِّ وَاحِدَةٍ قَالَهَا عَشْرَ حَسَنَاتٍ، وَحَطَّ اللَّهُ عَنْهُ بِهَا عَشْرَ سَيِّئَاتٍ، وَرَفَعَهُ اللَّهُ بِهَا عَشْرَ دَرَجَاتٍ، وَكُنَّ لَهُ كَعَشْرِ رِقَابٍ، وَكُنَّ لَهُ مَسْلَحَةً مِنْ أَوَّلِ النَّهَارِ إِلَى آخِرِهِ، وَلَمْ يَعْمَلْ يَوْمَئِذٍ عَمَلاً يَقْهَرُهُنَّ، فَإِنْ قَالَ حِينَ يُمْسِي، فَمِثْلُ ذَلِكَ.
“Əbu Əyyub əl-Ənsari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim səhər açıldıqda on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, Allah bu zikrin hər birinə görə ona on savab yazar, on günahını silər, on dərəcə yüksəldər, ona on qul azad etmək savabı verilər. Bu sözlər günün əvvəlindən sonunadək onu qoruyan silahlı dəstə olar, bu əməl o gün edilən əməllərdən ən üstünü olar. Bunu axşam deyərsə, eyni savaba nail olar“.”
Qeyd
Əhməd, 23401, 23614. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 114.
İstinad
Müsəlmanın qalası, 76 (Kitab 26, 8)
Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər