Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Dua

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا طَيِّبًا، وَعَمَلاً مُتَقَبَّلاً

Alla:hummə, inni: əs əlukə i'lmən nə:fian va rizqan tayyibən va amələn mutəqabbələn!

Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olunan əməl diləyirəm! (Sübh namazından sonra).

Hədis

عَنْ أُمِّ سَلَمَةَ , أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ إِذَا صَلَّى الصُّبْحَ حِينَ يُسَلِّمُ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا ، وَرِزْقًا طَيِّبًا ، وَعَمَلاً مُتَقَبَّلاً.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazında salam verdikdən sonra belə deyərdi: “Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olunan əməl diləyirəm! – (Alla:hummə, inni: əs əlukə i'lmən nə:fian va rizqan tayyibən va amələn mutəqabbələn!)”.”

Ummu Sələmə
Səhih

Qeyd

İbn Məcə, 925. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 753.

İstinad

Müsəlmanın qalası, 77 (Kitab 26, 9)

Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər