لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ عَنْ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «دَعْوَةُ ذِى النُّونِ إِذْ دَعَا وَهُوَ فِى بَطْنِ الْحُوتِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّى كُنْتُ مِنَ الظَّالِمِينَ. فَإِنَّهُ لَمْ يَدْعُ بِهَا رَجُلٌ مُسْلِمٌ فِى شَىْءٍ قَطُّ إِلاَّ اسْتَجَابَ اللَّهُ لَهُ». حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَلاَ أُخْبِرُكُمْ بِشَيْءٍ إِذَا نَزَلَ بِرَجُلٍ مِنْكُمْ كَرِبٌ ، أَوْ بَلاَءٌ مِنْ بَلاَيَا الدُّنْيَا دَعَا بِهِ يُفَرَّجُ عَنْهُ ؟ فَقِيلَ لَهُ : بَلَى ، فَقَالَ : دُعَاءُ ذِي النُّونِ : لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ.
“Lə: ilə:hə illə: ənt, subhə:nəkə, inni: kuntu minəz-za:limi:n! Səndən başqa ibadətə layiq məbud yoxdur! Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam! Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zun-Nun (Yunus ﵇) balığın qarnında olarkən belə dua etmişdir: “Səndən başqa ibadətə layiq məbud yoxdur! Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam! – (Lə: ilə:hə illə: ənt, subhə:nəkə, inni: kuntu minəz-za:limi:n!)”. Bir şey istəyərək bu duanı edən elə bir müsəlman yoxdur ki, Allah onun duasını qəbul etməsin”. Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. O dedi: “Sizə elə bir şey öyrədimmi ki, sizdən birinə bir sıxıntı və ya dünya müsibətlərindən bir bəla üz versə və o da bunu etsə, onda olan həmin bəla aradan qalxar?!” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Zun-Nunun duasıdır: Səndən başqa ibadətə layiq məbud yoxdur! Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!””
Qeyd
ət-Tirmizi, 3505, 3845. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1826. əl-Hakim, 1864; ən-Nəsəi “Sunənul-Kubra” 10416, 10491. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1744.
İstinad
Müsəlmanın qalası, 130 (Kitab 37, 3)
Hədislərlə müsəlmanın qalası — Sıxıntı anında oxunan dua