اللهُ اللهُ رَبِّي لاَ أُشْرِكُ بِهِ شَيْئًا
Alla:hu, Alla:hu Rabbi! Lə: uşriku bihi şey ən!
Allahdır, Allahdır mənim Rəbbim! Mən heç bir şeyi ona şərik qoşmuram!
Hədis
عَنْ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَلاَ أُعَلِّمُكِ كَلِمَاتٍ تَقُولِينَهُنَّ عِنْدَ الْكَرْبِ أَوْ فِى الْكَرْبِ اللَّهُ اللَّهُ رَبِّى لاَ أُشْرِكُ بِهِ شَيْئًا »...«مَنْ أَصَابَهُ هَمٌّ أَوْ غَمٌّ أَوْ سُقْمٌ أَوْ شِدَّةٌ، فَقَالَ: اللهُ رَبِّي لاَ شَرِيْكَ لَهُ كُشِفَ ذَلِكَ عَنْهُ».
“Rəvayət edilir ki, Əsma bint Umeys ﵂ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Sənə sıxıntı və kədər anında deyəcəyin kəlmələr öyrədimmi? Allahdır, Allahdır mənim Rəbbim! Mən heç bir şeyi ona şərik qoşmuram! – (Alla:hu, Alla:hu Rabbi:, Lə: uşriku bihi şey ən)”. Digər rəvayətdə deyilir: “Kimə qəm-qüssə, xəstəlik və ya çətinlik üz verdikdə: “Allah mənim Rəbbimdir, Onun şəriki yoxdur! – (Alla:hu Rabbi:, lə: şəri:kə ləhu!)”- deyərsə, bunlar ondan götürülər”.”
Qeyd
Əbu Davud, 1525, 1527. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2070, 2755. ət-Tabərani “Mucəmul-Kəbir” 396, “əd-Dua” 1031. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6040; Silsilə əs-Səhihə, 2070.
İstinad
Müsəlmanın qalası, 131 (Kitab 37, 4)
Hədislərlə müsəlmanın qalası — Sıxıntı anında oxunan dua