اللَّهُمَّ اغْفِرْ لَهُ اللَّهُمَّ ثَبِّتْهُ
Alla:hummə-ğfir ləhu! Alla:hummə səbbithu!
Allahım, onu bağışla! Allahım, onu sabit et!
Hədis
عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا فَرَغَ مِنْ دَفْنِ الْمَيِّتِ وَقَفَ عَلَيْهِ فَقَالَ «اسْتَغْفِرُوا لأَخِيكُمْ وَسَلُوا لَهُ التَّثْبِيتَ فَإِنَّهُ الآنَ يُسْأَلُ».
“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Peyğəmbər ﷺ cənazəni dəfn etdikdən sonra onun qəbri üstündə durub deyərdi: “Allahdan qardaşınız üçün bağışlanma diləyin və onun sabit olmasını istəyin, çünki onu indi sorğu-sual edirlər”.”
Qeyd
Əbu Davud, 3321, 3223; əl-Hakim, 1372. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 945.
İstinad
Müsəlmanın qalası, 168 (Kitab 60, 1)
Hədislərlə müsəlmanın qalası — Cənazəni dəfn etdikdən sonra edilən dua