Qəbirləri ziyarət edərkən oxunan dua
Dua

السَّلاَمُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ، وَإِنَّا إِنْ شَاءَ اللهُ بِكُمْ لاَحِقُونَ )وَيَرْحَمُ اللهُ الْمُسْتَقْدِمِينَ مِنَّا وَالْمُسْتَأْخِرِينَ( أَسْأَلُ اللهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ

əs-Sələ:mu aleykum əhləd-diyə:ri minəl-mu'mini:nə val-muslimi:n va innə: in şə:ə Alla:hu bikum lə:hiqu:n! (va yərhəmulla:hul-mustəqdimi:nə minnə: val-mustə'xiri:n!) Əs əlulla:hə lənə: va ləkumul-a:fiyətə!

Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. (Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin!) Allahdan özümüzə və sizə salamatlıq diləyirəm!

Hədis

عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُهُمْ إِذَا خَرَجُوا إِلَى الْمَقَابِرِ، كَانَ قَائِلُهُمْ يَقُولُ : السَّلاَمُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ، نَسْأَلُ اللَّهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ.

“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ onlara qəbristanlığa gedərkən belə demələrini öyrətdi: “Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. (Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin!) Allahdan özümüzə və sizə salamatlıq diləyirik!””

Süleyman ibn Bureydə atasından
Səhih

Qeyd

Başqa hədisdə bu əlavə var. Muslim, 1619, 2301. İbn Məcə, 1547. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1764.

İstinad

Müsəlmanın qalası, 169 (Kitab 61, 1)

Hədislərlə müsəlmanın qalası — Qəbirləri ziyarət edərkən oxunan dua