Təzə ay görünərkən edilən dua
Dua

اللَّهُمَّ أَهْلِلْهُ عَلَيْنَا بِالْيُمْنِ وَالإِيمَانِ وَالسَّلاَمَةِ وَالإِسْلاَمِ رَبِّى وَرَبُّكَ اللَّهُ

Alla:hummə, əhlilhu aleynə: bil-yumni, val-i:mə:ni, vas-sələ:məti, val-islə:mi, Rabbi: va Rabbukəlla:hu!

Allahım, onu əmin-amanlıqla, imanla, salamatlıqla, islamla başımız üzərinə çıxart! Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!

Hədis

طَلْحَةَ بْنِ عُبَيْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَأَى الْهِلاَلَ قَالَ « اللَّهُمَّ أَهْلِلْهُ عَلَيْنَا بِالْيُمْنِ وَالإِيمَانِ وَالسَّلاَمَةِ وَالإِسْلاَمِ رَبِّى وَرَبُّكَ اللَّهُ ».

“Talha ibn Ubeydullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ təzə ayı gördükdə dedi: “Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla, islamla başımız üzərinə çıxart! Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!””

Talha ibn Ubeydullah
Həsən

Qeyd

ət-Tirmizi, 3451, 3784; əl-Bəzzər, 947; əl-Hakim, 7767. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1816.

İstinad

Müsəlmanın qalası, 179 (Kitab 68, 1)

Hədislərlə müsəlmanın qalası — Təzə ay görünərkən edilən dua