ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ اْلأَجْرُ إِنْ شَاءَ اللهُ
Zəhəbəz-zaməu, vabtəllətil-uru:q, va səbətəl-əcru in şə:ə Allah!
Susuzluq getdi, damarlar islandı və Allahın izni ilə savab yazıldı!
Hədis
حَدَّثَنَا مَرْوَانُ - يَعْنِى ابْنَ سَالِمٍ - الْمُقَفَّعُ - قَالَ رَأَيْتُ ابْنَ عُمَرَ يَقْبِضُ عَلَى لِحْيَتِهِ فَيَقْطَعُ مَا زَادَ عَلَى الْكَفِّ وَقَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَفْطَرَ قَالَ « ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ وَثَبَتَ الأَجْرُ إِنْ شَاءَ اللَّهُ ».
“Rəvayət edilir ki, Mərvan ibn Salim əl-Muqəffə ﵀ demişdir: “Mən İbn Ömərin ﵄ saqqalını ovucu ilə tutub ondan artıq qalanını kəsdiyini görmüşəm. O deyirdi ki, Allah Elçisi ﷺ orucunu açarkən belə deyərdi: “Susuzluq getdi, damarlar islandı və Allahın izni ilə savab yazıldı!””
Qeyd
Əbu Davud, 2357, 2359. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4678.
İstinad
Müsəlmanın qalası, 180 (Kitab 69, 1)
Hədislərlə müsəlmanın qalası — Oruc tutan iftarını açarkən etdiyi dua