اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ خَيْرَهَا وَخَيْرَ مَا جَبَلْتَهَا عَلَيْهِ وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا جَبَلْتَهَا عَلَيْهِ
Alla:hummə, inni: əs əlukə xayrahə: va xayra mə: cəbəltəhə: aleyhi, va əu:zu bikə min şərrihə: va şərri mə: cəbəltəhə: aleyhi!
Allahım, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin xeyrini diləyirəm! Onun şərindən və ona verdiyin xilqətin şərindən Sənə sığınıram!
Hədis
عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا تَزَوَّجَ أَحَدُكُمُ امْرَأَةً أَوِ اشْتَرَى خَادِمًا فَلْيَقُلِ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ خَيْرَهَا وَخَيْرَ مَا جَبَلْتَهَا عَلَيْهِ وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَمِنْ شَرِّ مَا جَبَلْتَهَا عَلَيْهِ وَإِذَا اشْتَرَى بَعِيرًا فَلْيَأْخُذْ بِذِرْوَةِ سَنَامِهِ وَلْيَقُلْ مِثْلَ ذَلِكَ ». قَالَ أَبُو دَاوُدَ زَادَ أَبُو سَعِيدٍ « ثُمَّ لْيَأْخُذْ بِنَاصِيَتِهَا وَلْيَدْعُ بِالْبَرَكَةِ ». فِى الْمَرْأَةِ وَالْخَادِمِ.
“Amr ibn Şueyb atasından və babasından ﵄ Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sizdən biriniz bir qadınla evləndikdə və ya bir xidmətçini (satın) aldıqda belə desin: “Allahım, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin xeyrini diləyirəm. Onun şərindən və ona verdiyin xilqətin şərindən Sənə sığınıram!” Dəvə aldıqda da, onun hörgücünün başından tutub eyni ilə bu duanı desin”. Digər əlavədə isə deyilir: “Sonra alnından tutaraq bərəkətli olmasını diləsin!” Bu qadının və xidmətçinin barəsində idi.”
Qeyd
Əbu Davud, 2162; İbn Məcə, 2252. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 2446.
İstinad
Müsəlmanın qalası, 195 (Kitab 80, 1)
Hədislərlə müsəlmanın qalası — Evlənən şəxsin özü üçün etdiyi dua və minik heyvanı alanın edəcəyi dua