Həyat yoldaşı ilə cinsi əlaqəyə girməmişdən əvvəl edilən dua
Dua

بِسْمِ اللهِ. اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ، وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا

Bismilləh! Alla:hummə, cənnibnəş-şeyta:nə:, va cənnibiş-şeyta:nə: mə: razəqtənə:!

Allahın adı ilə! Allahım, bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyindən uzaqlaşdır!

Hədis

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا لَوْ أَنَّ أَحَدَهُمْ يَقُولُ حِينَ يَأْتِى أَهْلَهُ بِاسْمِ اللَّهِ ، اللَّهُمَّ جَنِّبْنِى الشَّيْطَانَ ، وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا ، ثُمَّ قُدِّرَ بَيْنَهُمَا فِى ذَلِكَ ، أَوْ قُضِىَ وَلَدٌ ، لَمْ يَضُرَّهُ شَيْطَانٌ أَبَدًا » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilin ki, əgər biriniz ailəsi ilə yaxınlıq etməzdən əvvəl: “Allahın adı ilə! Allahım, məni şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin şeydən uzaqlaşdır!”- desə və əgər onların qismətində varsa, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz”.”

İbn Abbas
Səhih

Qeyd

əl-Buxari, 4767, 5165; Muslim, 2591, 3606.

İstinad

Müsəlmanın qalası, 196 (Kitab 81, 1)

Hədislərlə müsəlmanın qalası — Həyat yoldaşı ilə cinsi əlaqəyə girməmişdən əvvəl edilən dua