Kəbəni təvaf edərkən Yəmən küncü ilə qara daş arasında edilən dua
Dua

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Rabbənə: ə:tinə: fid-dunyə: həsənətən va fil-ə:xirati həsənətən va qinə: azə:bən-nə:r!

Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi Cəhənnəm əzabından qoru!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا بَيْنَ الرُّكْنَيْنِ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً ، وَقِنَا عَذَابَ النَّارِ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Səib ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Kəbənin iki küncü arasında belə dua etdiyini eşitdim: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi Cəhənnəm əzabından qoru!””

Abdullah ibn əs-Səib
Həsən

Qeyd

Əbu Davud, 1892; Əhməd, 15399, 15435, 15474. Hədis həsəndir. Bax: Səhih Sunən Əbu Davud, 1653.

İstinad

Müsəlmanın qalası, 240 (Kitab 120, 1)

Hədislərlə müsəlmanın qalası — Kəbəni təvaf edərkən Yəmən küncü ilə qara daş arasında edilən dua