}إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ{ -أَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ
“Cabir ibn Abdullahdan ﵄ rəvayət edilən uzun bir hədisdə deyilir: “...Peyğəmbər ﷺ Safəyə yaxınlaşanda: “Həqiqətən, Safə və Mərva Allahın nişanələrindəndir!” (əl-Bəqərə, 158). Allah nə ilə başlamışsa, mən də onunla başlayıram – (İnnəs-safə val-mərvatə min şəa:irilləh. Əbdəu bimə bədəə Alla:hu bihi)”- dedi. Sonra Safədən başlayıb (təpənin) üstünə qalxdı, Kəbəni görəndə isə üzünü qibləyə tərəf tutub “Lə ilə:hə illəllah” və “Alla:hu Əkbər” söylədi və dedi: Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r. Lə: ilə:hə illəlla:hu vahdəhu, əncəzə va'dəhu, va nəsara abdəhu va həzəməl-əhzə:bə vahdəhu! (Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir! Allah vədini yerinə yetirdi, quluna kömək etdi və (düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!) Peyğəmbər ﷺ bu duanı üç dəfə təkrarladı və hər birinin arasında da Allaha dua etdi”. Həmçinin hədisdə deyilir: “Peyğəmbər ﷺ Mərvada da eyni ilə Safədə etdiklərini etdi”.”
Qeyd
Muslim, 2137, 3009.
İstinad
Müsəlmanın qalası, 241 (Kitab 121, 1)
Hədislərlə müsəlmanın qalası — Safə və Mərva dağları üzərində dayandıqda edilən dua