Düşməndən qorxan, xəsis və tənbəl bu zikri çoxaltsın

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ هَالَهُ اللَّيلُ أَنْ يُكَابِدَهُ، أَوْ بَخِلَ بِالْمَالِ أَنْ يُنفِقَهُ، أَوْ جَبُنَ عَنِ الْعَدِوِّ أَنْ يُقَاتِلَهُ، فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ وَبِحَمدِهِ، فَإِنَّهَا أَحَبُّ إِلَى اللهِ مِنْ جَبَلِ ذَهَبٍ يُنْفِقُهُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ». سُبْحَانَ اللهِ وَبِحَمدِهِ

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, “Subhə:n-Alla:hi va bihəmdihi! – (Allah pak və müqəddəsdir, həmd Ona məxsusdur!)”- deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Allaha ﷿ Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir”.”

Əbu Umamə
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7800; Əbu Nueym əl-Əsbəhani “Mərifətus-Sahabə” 3627. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1541.

İstinad

Müsəlmanın qalası, 246 (Kitab 126, 1)

Hədislərlə müsəlmanın qalası — Düşməndən qorxan, xəsis və tənbəl bu zikri çoxaltsın