Savabı bol olan zikr
Dua

الْحَمْدُ للهِ عَدَدَ مَا خَلَقَ، وَالْحَمْدُ للهِ مِلءَ مَا خَلَقْ، وَالْحَمْدُ للهِ عَدَدَ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْض، وَالْحَمْدُ للهِ عَدَدَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ مَلءَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ عَدَدَ كُلِّ شَيْءٍ، وَالْحَمْدُ للهِ مِلءَ كُلِّ شَيْءٍ

Əlhəmdulillə:hi adədə mə: xaləqa, valhəmdulillə:hi mil ə mə: xaləqa, valhəmdulillə:hi adədə mə: fis-səmə:və:ti va mə: fil-ərdi, valhəmdulillə:hi adədə mə: əhsa: kitə:buhu, valhəmdulillə:hi mil ə mə: əhsa: kitə:buhu, valhəmdulillə:hi adədə kulli şey in, valhəmdulillə:hi mil ə kulli şey in!

Yaratdıqlarının sayı qədər Allaha həmd olsun! Yaratdıqlarının sayının çoxluğu qədər Allaha həmd olsun! Göydə və yerdə olanların sayı qədər Allaha həmd olsun! Kitabının saydığı qədər Allaha həmd olsun! Kitabının saydığının çoxluğu qədər Allaha həmd olsun! Hər şeyin sayı qədər Allaha həmd olsun! Hər şeyin sayının çoxluğu qədər Allaha həmd olsun!

Hədis

عَنْ أَبِي أُمَامَةَ قَالَ: رَأَنِي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أُحَرِّكُ شَفَتَيَّ، فَقَالَ :«مَا تَقُوْلُ يَا أَبَا أُمَامَةَ؟». قُلْتُ: أَذْكُرُ اللهَ، قَالَ: «أَفَلاَ أَدلُّكَ عَلَى مَا هُوَ أَكْثَرُ مِنْ ذِكْرِكَ اللهُ اللَّيْلَ مَعَ النَّهَار، تَقُولُ: الْحَمْدُ للهِ عَدَدَ مَا خَلَقَ، وَالْحَمْدُ للهِ مِلءَ مَا خَلَقْ، وَالْحَمْدُ للهِ عَدَدَ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْض، وَالْحَمْدُ للهِ عَدَدَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ مَلءَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ عَدَدَ كُلِّ شَيْءٍ، وَالْحَمْدُ للهِ مِلءَ كُلِّ شَيْءٍ، وَتُسَبِّحُ اللهَ مِثْلَهُنَّ». ثُمَّ قَالَ: «تُعَلِّمُهُنَّ عَقِبَكَ مِنْ بَعْدِكَ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənim dodaqlarımı tərpətdiyimi görüb buyurdu: “Nə söyləyirsən, ey Əbu Umamə?” Mən dedim: “Allahı zikr edirəm”. O buyurdu: “Gecə-gündüz Allahı zikr etməyindən daha çox (savabı olan) bir şeyi sənə öyrədimmi? De: “Yaratdıqlarının sayı qədər Allaha həmd olsun! Yaratdıqlarının sayının çoxluğu qədər Allaha həmd olsun! Göydə və yerdə olanların sayı qədər Allaha həmd olsun! Kitabının saydığı qədər Allaha həmd olsun! Kitabının saydığının çoxluğu qədər Allaha həmd olsun! Hər şeyin sayı qədər Allaha həmd olsun! Hər şeyin sayının çoxluğu qədər Allaha həmd olsun!”- və bu qaydada “subhə:n-Alla:hi...” de. Özündən sonra gələn zürriyyətinə də öyrət!””

Əbu Umamə
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7930. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2578.

İstinad

Müsəlmanın qalası, 247 (Kitab 127, 1)

Hədislərlə müsəlmanın qalası — Savabı bol olan zikr