Kitab 11

Quran

66

hədis

Fəsil 1

Allaha yaxın olanlar

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ للهِ أَهْلِينَ مِنَ النَّاسِ». قَالُوا: يَا رَسُوْلَ اللهِ! مَنْ هُمْ؟ قَالَ: «هُمْ أَهْلُ الْقُرآنِ، أَهْلُ اللهِ وَخَاصَتُهُ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, insanlar arasında Allaha yaxın olanlar var”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar kimlərdir?” Allah Elçisi ﷺ buyurdu: “Onlar Quran əhli, Allaha yaxın insanlar və Onun xüsusi qullarıdır”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 446 (Kitab 11, 1)

Qeyd

İbn Macə, 215, 220. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1432.

Fəsil 2

Qurana möhkəm sarılın!

عَنْ أَبِي شُرَيْحٍ الْخُزَاعِيِّ قَالَ: خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَبْشِرُوا، أَلَيْسَ تَشْهَدُونَ أَنَّ لا إِلَهَ إِلا اللَّهُ وَأَنِّي رَسُولُ اللَّهِ؟ قَالُوا: بَلَى، قَالَ: إِنَّ هَذَا الْقُرْآنَ سَبَبٌ طَرَفَهُ بِيَدِ اللَّهِ، وَطَرَفَهُ بِأَيْدِيكُمْ فَتَمَسَّكُوا بِهِ فَإِنَّكُمْ لَنْ تَضِلُّوا، وَلَنْ تَهْلَكُوا بَعْدَهُ أَبَدًا.

“Rəvayət edilir ki, Əbu Şureyh əl-Xuzai ﵁ demişdir: “Allah Elçisi ﷺ yanımıza gələrək buyurdu: “Sizə müjdə olsun! Məgər siz Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın Elçisi olduğuna şahidlik etmirsiniz?” Onlar: “Bəli”- deyə cavab verdilər. O buyurdu: “Həqiqətən, bu Quran bir tərəfi Allahın Əlində, o biri tərəfi isə sizin əlinizdə olan bir ipdir, elə isə ondan möhkəm tutun! (Belə etsəniz) heç vaxt yolunuzu azmaz və həlak olmazsınız”.”

Əbu Şureyh əl-Xuzai
SəhihFəzilətli əməllər, 447 (Kitab 11, 2)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 491, 17941. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 38.

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الْقُرْآنُ شَافِعٌ مُشَفَّعٌ ، وَمَاحِلٌ مُصَدَّقٌ، مَنْ جَعَلَهُ أَمَامَهُ قَادَهُ إِلَى الْجَنَّةِ، وَمَنْ جَعَلَهُ خَلفَهُ سَاقَهُ إِلَى النَّارِ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quran şəfaət edən, şəfaəti qəbul olunan, (ona əməl etməyənlərin) əleyhinə şahidlik edən və şahidliyi təsdiqlənəndir. Kim (Quranı) özünə rəhbər tutarsa, onu Cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu Cəhənnəmə aparar”.”

Abdullah ibn Məsud
SəhihFəzilətli əməllər, 448 (Kitab 11, 3)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 8655, 10450; İbn Hibban, 124. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4443.

Fəsil 3

Ümmətin ən şərəfliləri

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "أَشْرَافُ أُمَّتِي حَمَلَةُ الْقُرْآنِ وَأَصْحَابُ اللَّيْلِ"

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimin ən şərəfliləri Quran hafizləri və gecə ibadət edənlərdir”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 449 (Kitab 11, 4)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 2447, 2977. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 628.

عَنْ عَائِشَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَثَلُ الَّذِي يَقْرَأُ الْقُرْآنَ وَهُوَ حَافِظٌ لَهُ مَعَ السَّفَرَةِ الْكِرَامِ الْبَرَرَةِ وَمَثَلُ الَّذِي يَقْرَأُ وَهُوَ يَتَعَاهَدُهُ وَهُوَ عَلَيْهِ شَدِيدٌ فَلَهُ أَجْرَانِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti (mələklərlə) eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır”.”

Aişə
SəhihFəzilətli əməllər, 450 (Kitab 11, 5)

Qeyd

əl-Buxari, 4556, 4937; Muslim, 798, 1329, 1898.

عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ مِنْ إِجْلاَلِ اللَّهِ إِكْرَامَ ذِى الشَّيْبَةِ الْمُسْلِمِ وَحَامِلِ الْقُرْآنِ غَيْرِ الْغَالِى فِيهِ وَالْجَافِى عَنْهُ وَإِكْرَامَ ذِى السُّلْطَانِ الْمُقْسِطِ ».

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ağsaqqal müsəlmana, əzbərlədiyi Quranda ifrata varmayan və ona laqeyd yanaşmayan hafizə ehtiram göstərmək, habelə ədalətli ixtiyar sahibinə (rəhbərə) hörmət etmək Allahı uca tutmaq deməkdir”.”

Əbu Musa əl-Əşari
HəsənFəzilətli əməllər, 451 (Kitab 11, 6)

Qeyd

Əbu Davud, 4843, 4845. Hədis həsəndir. Bax: Sahih ət-Tərğib vat-Tərhib, 98.

Fəsil 4

Quranı səsinizlə bəzəyin

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «زَيِّنُوا الْقُرْآنَ بِأَصْوَاتِكُمْ».

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Quranı səsinizlə bəzəyin”.”

əl-Bəra ibn Azib
SəhihFəzilətli əməllər, 452 (Kitab 11, 7)

Qeyd

Əbu Davud, 1470. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3580.

Fəsil 5

Qurandan bacardığınızı əzbərləyin

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ«يُقَالُ لِصَاحِبِ الْقُرْآنِ اقْرَأْ وَارْتَقِ وَرَتِّلْ كَمَا كُنْتَ تُرَتِّلُ فِى الدُّنْيَا فَإِنَّ مَنْزِلَكَ عِنْدَ آخِرِ آيَةٍ تَقْرَؤُهَا».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) Quran əhlinə belə deyiləcək: “Oxu və yüksəl! Dünyada oxuduğun kimi aramla oxu! Həqiqətən, sənin məqamın oxuyacağın son ayəyə qədər (yüksəldiyin yerdədir)”.”

Abdullah ibn Amr
HəsənFəzilətli əməllər, 453 (Kitab 11, 8)

Qeyd

Əbu Davud, 1464, 1466. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 2134.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يُقَالُ لِصَاحِبِ الْقُرآن إِذَا دَخَلَ الْجَنَّة: اقْرَأ وَاصْعَد، فَيَقْرأ وَيَصْعَد بِكُلِّ آيَة دَرَجَة حَتَّى يَقْرَأ آخِرَ شَيء مَعَهُ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quran əhlinə Cənnətə girəcəyi zaman belə deyiləcək: “Oxu və yüksəl!” O, oxumağa başlayacaq və Qurandan bildiyini oxuyub qurtarana qədər hər ayəyə görə bir dərəcə yüksələcəkdir”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 454 (Kitab 11, 9)

Qeyd

İbn Macə, 3780, 3912. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8121.

Fəsil 6

Hər hərfə görə on savab

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اقْرَؤُا الْقُرْآن فَإِنَّكُم تُؤْجَرُونَ عَلَيْهِ، وَكُل حَرْفٍ عَشْرُ حَسَنَاتٍ، أَمَا إِنِّي لاَ أَقُولُ }الم{ حَرْف وَلَكِنْ أَلِفٌ عَشْر وَلاَمٌ عَشْرٌ وَمِيْمٌ عَشْرٌ فَتِلْكَ ثَلاَثُونَ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quran oxuyun! Həqiqətən, siz ona görə mükafat alacaqsınız və hər hərfə görə on savab var. Mən demirəm ki, “əlif, ləm, mim” bir hərfdir, lakin “əlif” on, “ləm” on, “mim” on, bunların hamısı isə otuz savabdır”.”

Abdullah ibn Məsud
SəhihFəzilətli əməllər, 455 (Kitab 11, 10)

Qeyd

Xatib əl-Bağdadi “Tarixu Bağdad” 1/286. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 660.

Fəsil 7

Quran oxuyan ilə oxumayanın misalı

عَنْ أَبِي مُوسَى عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: الْمُؤْمِنُ الَّذِي يَقْرَأُ الْقُرْآنَ وَيَعْمَلُ بِهِ كَالأُتْرُجَّةِ طَعْمُهَا طَيِّبٌ وَرِيحُهَا طَيِّبٌ وَالْمُؤْمِنُ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ وَيَعْمَلُ بِهِ كَالتَّمْرَةِ طَعْمُهَا طَيِّبٌ وَلاَ رِيحَ لَهَا وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَالرَّيْحَانَةِ رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا مُرٌّ وَمَثَلُ الْمُنَافِقِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَالْحَنْظَلَةِ طَعْمُهَا مُرٌّ أَوْ خَبِيثٌ وَرِيحُهَا مُرٌّ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Quran oxuyan və ona əməl edən mömin turunca bənzəyir, onun dadı da xoşdur, iyi də. Quran oxumayan, amma ona əməl edən mömin xurmaya bənzəyir, onun dadı gözəldir, amma iyi yoxdur. Quran oxuyan münafiqin məsəli reyhan bitkisinə bənzəyir, onun iyi gözəl olsa da, dadı acıdır. Quran oxumayan münafiqin məsəli acı qovuna bənzəyir, onun iyi xoşagəlməzdir, dadı da acıdır”.”

Əbu Musa
SəhihFəzilətli əməllər, 456 (Kitab 11, 11)

Qeyd

əl-Buxari, 4671, 5059; Muslim, 797, 1328, 1896.

عَنْ عَبْدِ اللَّهِ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِئْسَ مَا لأَحَدِهِمْ أَنْ يَقُولَ نَسِيتُ آيَةَ كَيْتَ وَكَيْتَ بَلْ نُسِّيَ وَاسْتَذْكِرُوا الْقُرْآنَ فَإِنَّهُ أَشَدُّ تَفَصِّيًا مِنْ صُدُورِ الرِّجَالِ مِنْ النَّعَمِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Birinizin: “Filan və filan ayəni unutmuşam”- deməsi necə də pisdir! Əksinə, bu ona unutdurulmuşdur. Elə isə Quranı öyrənməyə davam edin! Çünki, o, insanların qəlbindən )kəndirdən qırılıb qaçan( heyvandan daha tez ayrılır”.”

Abdullah
SəhihFəzilətli əməllər, 457 (Kitab 11, 12)

Qeyd

əl-Buxari, 4644, 5032, Muslim, 790, 1314, 1877.

Fəsil 8

Övladı Quran oxuyan valideynlərin fəziləti

عَنْ بُرَيْدَةَ الأَسْلَمِيِّ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَرَأَ الْقُرْآنَ وَتَعَلَّمَهُ وَعَمِلَ بِهِ أُلْبِسَ يَوْمَ الْقِيَامَةِ تَاجًا مِنْ نُورٍ ضَوْءُهُ مِثْلُ ضَوْءِ الشَّمْسِ، وَيُكْسَى وَالِدَيْهِ حُلَّتَانِ لاَ يَقُومُ بِهِمَا الدُّنْيَا فَيَقُولاَنِ: بِمَا كُسِينَا؟ فَيُقَالُ: بِأَخْذِ وَلَدِكُمَا الْقُرْآنَ.

“Rəvayət edilir ki, Bureydə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Quran oxuyar, öyrənər və əməl edərsə, Qiyamət günü onun valideynlərinin başlarına nurdan tac qoyulacaq. Onun işığı günəşin işığı kimi olacaq. Həmçinin onun valideynlərinə dünyada oxşarı olmayan iki paltar geyindiriləcək. Onlar deyəcəklər: “Bu bizə nəyə görə geyindirildi?” Onlara deyiləcək: “Oğlunuzun Qurana möhkəm sarıldığına görə”.”

Bureydə əl-Əsləmi
HəsənFəzilətli əməllər, 458 (Kitab 11, 13)

Qeyd

əl-Hakim, 2086. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1434.

Fəsil 9

Quran Qiyamət günü şəfaət edəcək

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الصِّيَامُ وَالْقُرْآنُ يَشْفَعَانِ لِلْعَبْدِ يَوْمَ الْقِيَامَةِ، يَقُولُ الصِّيامُ: أَيْ رَبِّ مَنَعْتهُ الطَّعَامَ وَالشَّهَوَاتِ بِالنَّهَارِ فَشَفِّعْنِي فِيهِ، وَيَقُولُ الْقُرْآنُ: مَنَعْتهُ النَّومَ بِالَّليْلِ فَشَفِّعْنِي فِيهِ، قَالَ: فَيُشَفَّعَانِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Oruc və Quran Qiyamət günü qula şəfaət edəcək. Oruc deyəcək: “Ya Rəbb! Mən gündüz onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!” Quran isə deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!” Beləliklə, onlar şəfaət edəcəklər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 459 (Kitab 11, 14)

Qeyd

Əhməd, 6626. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 984, 1829.

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَجِىءُ الْقُرْآنُ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ يَا رَبِّ حَلِّهِ فَيُلْبَسُ تَاجَ الْكَرَامَةِ ثُمَّ يَقُولُ يَا رَبِّ زِدْهُ فَيُلْبَسُ حُلَّةَ الْكَرَامَةِ ثُمَّ يَقُولُ يَا رَبِّ ارْضَ عَنْهُ فَيَرْضَى عَنْهُ فَيُقَالُ لَهُ اقْرَأْ وَارْقَ وَتُزَادُ بِكُلِّ آيَةٍ حَسَنَةً».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quran Qiyamət günü gəlib belə deyəcək: “Ya Rəbb! Ona kəramət tacı geyindirərək bəzə!” Sonra belə deyəcək: “Ya Rəbb! (Ona olan nemətini) artır!” Ona kəramət bəzəyi geyindiriləcək, sonra isə deyəcək: “Ya Rəbb! Ondan razı ol!” Allah da ondan razı olacaq. Ona deyiləcək: “Oxu və yüksəl, beləcə hər ayəyə görə savabı artırılacaq”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 460 (Kitab 11, 15)

Qeyd

ət-Tirmizi, 3164. Hədis həsəndir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 2916.

Fəsil 10

Quranı səslə oxuyan ilə səssiz oxuyan

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «الْجَاهِرُ بِالْقُرْآنِ كَالْجَاهِرِ بِالصَّدَقَةِ وَالْمُسِرُّ بِالْقُرْآنِ كَالْمُسِرِّ بِالصَّدَقَةِ».

“Rəvayət edilir ki, Uqbə bin Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Quranı səslə oxuyan açıq sədəqə verən kimidir. Quranı səssiz oxuyan isə gizli sədəqə verən kimidir”.”

Uqbə bin Amir
SəhihFəzilətli əməllər, 461 (Kitab 11, 16)

Qeyd

ət-Tirmizi, 2919, 3169; Əbu Davud, 1333. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 1204.

Fəsil 11

Quranı öyrənin və başqalarına öyrədin

عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَفْضَلَكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən, sizin ən fəzilətliniz Quranı öyrənən və (başqalarına) öyrədəndir”.”

Osman ibn Əffan
SəhihFəzilətli əməllər, 462 (Kitab 11, 17)

Qeyd

əl-Buxari, 4640, 5028.

Fəsil 12

Kimlərə həsəd aparmaq olar

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لاَ حَسَدَ إِلاَ فِي اثْنَتَيْنِ رَجُلٌ عَلَّمَهُ اللَّهُ الْقُرْآنَ فَهُوَ يَتْلُوهُ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ فَسَمِعَهُ جَارٌ لَهُ فَقَالَ لَيْتَنِي أُوتِيتُ مِثْلَ مَا أُوتِيَ فُلاَنٌ فَعَمِلْتُ مِثْلَ مَا يَعْمَلُ وَرَجُلٌ آتَاهُ اللَّهُ مَالاً فَهُوَ يُهْلِكُهُ فِي الْحَقِّ فَقَالَ رَجُلٌ لَيْتَنِي أُوتِيتُ مِثْلَ مَا أُوتِيَ فُلاَنٌ فَعَمِلْتُ مِثْلَ مَا يَعْمَلُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yalnız iki şəxsə həsəd aparmaq olar; o şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyar. Qonşusu bunu eşidib deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim”. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyər. Onu görən adam deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 463 (Kitab 11, 18)

Qeyd

əl-Buxari, 4638, 5026.

Fəsil 13

Yatmazdan əvvəl Quran oxuya bilməyən

سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ نَامَ عَنْ حِزْبِهِ أَوْ عَنْ شَيْءٍ مِنْهُ فَقَرَأَهُ فِيمَا بَيْنَ صَلَاةِ الْفَجْرِ وَصَلَاةِ الظُّهْرِ كُتِبَ لَهُ كَأَنَّمَا قَرَأَهُ مِنْ اللَّيْلِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Qurandan bir hissə və ya bir şey oxumadan (gecə namazını qılmadan) yatsa, sonra da Sübh və Zöhr namazlarının arasında oxuyarsa (qılarsa), bu, onun üçün gecə oxumuş (namaz qılmış) kimi savab yazılar”.”

Ömər ibn əl-Xattab
SəhihFəzilətli əməllər, 464 (Kitab 11, 19)

Qeyd

Muslim, 747, 1236, 1779.

Fəsil 14

Allahın əzəmətli adı ilə edilən dua

عَنْ الْقَاسِمِ قَالَ اسْمُ اللَّهِ الْأَعْظَمُ الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ فِي سُوَرٍ ثَلَاثٍ الْبَقَرَةِ وَآلِ عِمْرَانَ وَطه. عَنْ أَبِي أُمَامَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَحْوَهُ

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahın onunla dua edildikdə qəbul olunan ən əzəmətli adı Quranın üç surəsindədir; əl-Bəqərə, Ali-İmran və Taha”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 465 (Kitab 11, 20)

Qeyd

İbn Macə, 3856, 3988. Hədis həsəndir. Bax: Səhih Sunən İbn Macə, 3110.

Fəsil 15

Bütün səmavi kitabları əhatə edən kitab

عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أُعطِيْتُ مَكَانَ التَّورَاة السَّبْع الطِوَال وَمَكَانَ الزَّبُورِ الْمِئينَ وَمَكَانَ الإِنْجِيلِ الْمَثَانِي وَفُضِّلتُ بِالْمُفَصَّلِ».

“Rəvayət edilir ki, Vasilətu ibn əl-Əsqai ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə Tövratın yerinə yeddi uzun surə (“əl-Bəqərə”, “Ali-İmran”, “ən-Nisa”, “əl-Maidə”, “əl-Ənam”, “əl-Əraf” və “əl-Kəhf” surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan surələr), İncilin yerinə “əl-Məsəni” (“əl-Fatihə” surəsi) verildi. Mən müfəssəl (“əl-Hucurat” surəsindən Quranın axırına qədər olan) surələrlə üstün edildim”.”

Vasilə ibn əl-Əsqa
SəhihFəzilətli əməllər, 466 (Kitab 11, 21)

Qeyd

Əhməd, 17023; əl-Beyhəqi “Şuabul-İman” 2318. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1480.

Fəsil 16

“əl-Fatihə” surəsinin fəziləti

عن أبي بن كعب قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «(يَقُولُ اللَّهُ تعالى): مَا فِي التَّوْرَاةِ وَلا فِي الْإِنْجِيلِ مِثْلَ أُمِّ الْقُرْآنِ وَهِيَ السَّبْعُ الْمَثَانِي وَهِيَ مَقْسُومَةٌ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Uca Allah buyurur): “Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O “Səb'ul-Məsəni”dir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa, veriləcəkdir”.”

Ubey ibn Kəb
SəhihFəzilətli əməllər, 467 (Kitab 11, 22)

Qeyd

İbn Hibban, 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih saymışdır.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى شَطْرَيْنِ فَنِصْفُهَا لِى وَنِصْفُهَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ». قَالَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «اقْرَءُوا يَقُولُ الْعَبْدُ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ حَمِدَنِى عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. فَيَقُولُ {الرَّحْمَنِ الرَّحِيمِ} فَيَقُولُ أَثْنَى عَلَىَّ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. يَقُولُ {مَالِكِ يَوْمِ الدِّينِ} فَيَقُولُ اللَّهُ مَجَّدَنِى عَبْدِى فَهَذَا لِى وَهَذِهِ الآيَةُ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ يَقُولُ الْعَبْدُ {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ} يَعْنِى فَهَذِهِ بَيْنِى وَبَيْنَ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ وَآخِرُ السُّورَةِ لِعَبْدِى يَقُولُ الْعَبْدُ {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَهَذَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 468 (Kitab 11, 23)

Qeyd

İbn Macə, 3784, 3916. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 3051.

عَنْ أَبِى سَعِيدِ بْنِ الْمُعَلَّى قَالَ: كُنْتُ أُصَلِّى فِى الْمَسْجِدِ فَدَعَانِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ أُجِبْهُ، فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى كُنْتُ أُصَلِّى، فَقَالَ: «أَلَمْ يَقُلِ اللَّهُ: {اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ وَاعْلَمُوا} ثُمَّ قَالَ لِى: لأُعَلِّمَنَّكَ سُورَةً هِىَ أَعْظَمُ السُّوَرِ فِى الْقُرْآنِ قَبْلَ أَنْ تَخْرُجَ مِنَ الْمَسْجِدِ»، ثُمَّ أَخَذَ بِيَدِى ، فَلَمَّا أَرَادَ أَنْ يَخْرُجَ قُلْتُ لَهُ أَلَمْ تَقُلْ: «لأُعَلِّمَنَّكَ سُورَةً هِىَ أَعْظَمُ سُورَةٍ فِى الْقُرْآنِ»، قَالَ: {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} هِىَ السَّبْعُ الْمَثَانِى وَالْقُرْآنُ الْعَظِيمُ الَّذِى أُوتِيتُهُ».

“Rəvayət edilir ki, Əbu Səid ibn əl-Muallə ﵁ demişdir: “Bir dəfə mən məsciddə namaz qılarkən Allah Elçisi ﷺ məni çağırdı, lakin mən ona cavab vermədim. Namazımı bitirdikdən sonra dedim: “Ey Allahın Elçisi, mən namaz qılırdım!” Peyğəmbər ﷺ buyurdu: “Məgər Allah: “(Peyğəmbər) sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Onun Peyğəmbərinin çağırışına cavab verin” (əl-Ənfal, 24) - deyə buyurmayıbmı?” Sonra o, mənə dedi: “Məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm!” Bir müddətdən sonra Peyğəmbər ﷺ mənim əlimdən tutub məsciddən çıxmaq istəyəndə dedim: “Məgər sən deməmişdin ki: “Məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm?!” O buyurdu: “Həmd olsun aləmlərin Rəbbi Allaha...” (“əl-Fatihə” surəsi). Bu, yalnız mənə verilmiş təkrarlanan yeddi ayə və əzəmətli Qurandır”.”

Əbu Səid ibn əl-Muallə
SəhihFəzilətli əməllər, 469 (Kitab 11, 24)

Qeyd

əl-Buxari, 4114, 4474.

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ بَيْنَمَا جِبْرِيلُ قَاعِدٌ عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ نَقِيضًا مِنْ فَوْقِهِ فَرَفَعَ رَأْسَهُ فَقَالَ هَذَا بَابٌ مِنَ السَّمَاءِ فُتِحَ الْيَوْمَ لَمْ يُفْتَحْ قَطُّ إِلاَّ الْيَوْمَ فَنَزَلَ مِنْهُ مَلَكٌ فَقَالَ هَذَا مَلَكٌ نَزَلَ إِلَى الأَرْضِ لَمْ يَنْزِلْ قَطُّ إِلاَّ الْيَوْمَ فَسَلَّمَ وَقَالَ أَبْشِرْ بِنُورَيْنِ أُوتِيتَهُمَا لَمْ يُؤْتَهُمَا نَبِىٌّ قَبْلَكَ فَاتِحَةُ الْكِتَابِ وَخَوَاتِيمُ سُورَةِ الْبَقَرَةِ لَنْ تَقْرَأَ بِحَرْفٍ مِنْهُمَا إِلاَّ أُعْطِيتَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir gün Cəbrail Peyğəmbərin ﷺ yanında oturduğu zaman Peyğəmbər ﷺ yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. Cəbrail dedi: “Bu, göydə olan bir qapıdır, o, bu gün açıldı. Bundan əvvəl heç vaxt açılmayıb, yalnız bu gün açıldı”. Bu zaman oradan bir mələk endi. Cəbrail dedi: “Bu, yer üzünə enən bir mələkdir. Bu günə qədər yer üzərinə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə verilən iki nur ilə sevin! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilməmişdir. (Bu iki nur;) “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər hərfə görə sənə (savab və duanın əvəzi) veriləcəkdir!””

İbn Abbas
SəhihFəzilətli əməllər, 470 (Kitab 11, 25)

Qeyd

Muslim, 1339, 1913.

Fəsil 17

“əl-Bəqərə” surəsinin fəziləti

حَدَّثَنِى أَبُو أُمَامَةَ الْبَاهِلِىُّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «اقْرَءُوا الْقُرْآنَ فَإِنَّهُ يَأْتِى يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لأَصْحَابِهِ اقْرَءُوا الزَّهْرَاوَيْنِ الْبَقَرَةَ وَسُورَةَ آلِ عِمْرَانَ فَإِنَّهُمَا تَأْتِيَانِ يَوْمَ الْقِيَامَةِ كَأَنَّهُمَا غَمَامَتَانِ أَوْ كَأَنَّهُمَا غَيَايَتَانِ أَوْ كَأَنَّهُمَا فِرْقَانِ مِنْ طَيْرٍ صَوَافَّ تُحَاجَّانِ عَنْ أَصْحَابِهِمَا اقْرَءُوا سُورَةَ الْبَقَرَةِ فَإِنَّ أَخْذَهَا بَرَكَةٌ وَتَرْكَهَا حَسْرَةٌ وَلاَ تَسْتَطِيعُهَا الْبَطَلَةُ».

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Quran oxuyun! Həqiqətən, Quran Qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhraveyni” (iki nur saçan) yəni “əl-Bəqərə” və “Ali-İmran” surələrini oxuyun! Həqiqətən, bu iki surə Qiyamət günü iki bulud və ya iki kölgə, və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib onları oxuyanları qoruyacaq. “əl-Bəqərə” surəsini oxuyun! Həqiqətən, onu oxumaq bərəkət, onu tərk etmək isə peşmançılıqdır! Sehrbazların isə ona gücü çatmaz!””

Əbu Umamə əl-Bəhili
SəhihFəzilətli əməllər, 471 (Kitab 11, 26)

Qeyd

Muslim, 1337, 1910.

عَنْ عَبْدِ اللَّهِ قَالَ رَسُولَ اللَّه ِصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَءُوا سُورَةَ الْبَقَرَةِ فِي بُيُوتِكُمْ، فَإِنَّ الشَّيْطَانَ لا يَدْخُلُ بَيْتًا يُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Evlərinizdə “əl-Bəqərə” surəsini oxuyun! Şübhəsiz ki, şeytan “əl-Bəqərə” surəsi oxunan evə daxil olmaz”.”

Abdullah
SəhihFəzilətli əməllər, 472 (Kitab 11, 27)

Qeyd

əl-Hakim, 2062, 2063; ət-Tabərani “Mucəmul-Kəbir” 8643, 8564. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1170.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لاَ تَجْعَلُوا بُيُوتَكُمْ مَقَابِرَ إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِى تُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Evlərinizi qəbiristanlığa çevirməyin! Şübhəsiz ki, şeytan “əl-Bəqərə” surəsi oxunan evdən qaçar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 473 (Kitab 11, 28)

Qeyd

Muslim, 1300, 1860.

Fəsil 18

“Kürsü” ayəsinin (əl-Bəqərə, 255) fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ وَكَّلَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِحِفْظِ زَكَاةِ رَمَضَانَ، فَأَتَانِى آتٍ فَجَعَلَ يَحْثُو مِنَ الطَّعَامِ، فَأَخَذْتُهُ، وَقُلْتُ وَاللَّهِ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ إِنِّى مُحْتَاجٌ، وَعَلَىَّ عِيَالٌ، وَلِى حَاجَةٌ شَدِيدَةٌ. قَالَ فَخَلَّيْتُ عَنْهُ فَأَصْبَحْتُ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا أَبَا هُرَيْرَةَ مَا فَعَلَ أَسِيرُكَ الْبَارِحَةَ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ شَكَا حَاجَةً شَدِيدَةً وَعِيَالاً فَرَحِمْتُهُ، فَخَلَّيْتُ سَبِيلَهُ. قَالَ: «أَمَا إِنَّهُ قَدْ كَذَبَكَ وَسَيَعُودُ». فَعَرَفْتُ أَنَّهُ سَيَعُودُ لِقَوْلِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّهُ سَيَعُودُ. فَرَصَدْتُهُ فَجَاءَ يَحْثُو مِنَ الطَّعَامِ فَأَخَذْتُهُ فَقُلْتُ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ دَعْنِى فَإِنِّى مُحْتَاجٌ، وَعَلَىَّ عِيَالٌ لاَ أَعُودُ، فَرَحِمْتُهُ، فَخَلَّيْتُ سَبِيلَهُ فَأَصْبَحْتُ، فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا أَبَا هُرَيْرَةَ، مَا فَعَلَ أَسِيرُكَ». قُلْتُ يَا رَسُولَ اللَّهِ شَكَا حَاجَةً شَدِيدَةً وَعِيَالاً، فَرَحِمْتُهُ فَخَلَّيْتُ سَبِيلَهُ. قَالَ: «أَمَا إِنَّهُ قَدْ كَذَبَكَ وَسَيَعُودُ». فَرَصَدْتُهُ الثَّالِثَةَ فَجَاءَ يَحْثُو مِنَ الطَّعَامِ، فَأَخَذْتُهُ فَقُلْتُ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَهَذَا آخِرُ ثَلاَثِ مَرَّاتٍ أَنَّكَ تَزْعُمُ لاَ تَعُودُ ثُمَّ تَعُودُ. قَالَ دَعْنِى أُعَلِّمْكَ كَلِمَاتٍ يَنْفَعُكَ اللَّهُ بِهَا. قُلْتُ مَا هُوَ قَالَ إِذَا أَوَيْتَ إِلَى فِرَاشِكَ فَاقْرَأْ آيَةَ الْكُرْسِىِّ {اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ} حَتَّى تَخْتِمَ الآيَةَ، فَإِنَّكَ لَنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَنَّكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ. فَخَلَّيْتُ سَبِيلَهُ فَأَصْبَحْتُ، فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا فَعَلَ أَسِيرُكَ الْبَارِحَةَ». قُلْتُ يَا رَسُولَ اللَّهِ زَعَمَ أَنَّهُ يُعَلِّمُنِى كَلِمَاتٍ، يَنْفَعُنِى اللَّهُ بِهَا، فَخَلَّيْتُ سَبِيلَهُ. قَالَ: «مَا هِىَ؟» قُلْتُ قَالَ لِى إِذَا أَوَيْتَ إِلَى فِرَاشِكَ فَاقْرَأْ آيَةَ الْكُرْسِىِّ مِنْ أَوَّلِهَا حَتَّى تَخْتِمَ {اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ} وَقَالَ لِى لَنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ، وَكَانُوا أَحْرَصَ شَىْءٍ عَلَى الْخَيْرِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَمَا إِنَّهُ قَدْ صَدَقَكَ وَهُوَ كَذُوبٌ، تَعْلَمُ مَنْ تُخَاطِبُ مُنْذُ ثَلاَثِ لَيَالٍ يَا أَبَا هُرَيْرَةَ». قَالَ لاَ. قَالَ: «ذَاكَ شَيْطَانٌ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Allah Elçisinin ﷺ yanına aparacağam”. O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var”- dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O (mənə) həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər ﷺ: “...o yenə qayıdacaq”- deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Allah Elçisinin ﷺ yanına aparacağam”. O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha (bura) qayıtmayacağam”. Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, (mənə) həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və mən onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan”. O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər”. Mən: “O nə sözdür?”- deyə soruşdum. O dedi: “Yatağına uzananda Kürsü - “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255) - ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər ﷺ məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım”. Peyğəmbər ﷺ: “Nədir o?” - deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü - “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur”- ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər ﷺ dedi: “O, sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”- deyə cavab verdikdə, Peyğəmbər ﷺ dedi: “Bu, şeytan idi!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 474 (Kitab 11, 29)

Qeyd

əl-Buxari, 2144, 2311.

عَنْ مُحَمَّدِ بن أُبَيِّ بن كَعْبٍ، عَنْ أَبِيهِ أَنَّهُ كَانَ لَهُ جُرْنٌ مِنْ تَمْرٍ، فَكَانَ يَنْقُصُ، فَحَرَسَهُ ذَاتَ لَيْلَةٍ، فَإِذَا هُوَ بِدَابَّةٍ شِبْهِ الْغُلامِ الْمُحْتَلِمِ، فَسَلَّمَ عَلَيْهِ، فَرَدَّ عَلَيْهِ السَّلامَ، فَقَالَ: مَا أَنْتَ، جِنِّيٌّ أَمْ إِنْسِيٌّ؟، قَالَ: لا بَلْ جِنِّيٌّ، قَالَ: فَنَاوِلْنِي يَدَكَ، فَنَاوَلَهُ يَدَهُ، فَإِذَا يَدُهُ يَدُ كَلْبٍ، وَشَعْرُهُ شَعْرُ كَلْبٍ، قَالَ: هَكَذَا خَلْقُ الْجِنِّ، قَالَ: قَدْ عَلِمَتِ الْجِنُّ أَنَّ مَا فِيهِمْ رَجُلٌ أَشَدُّ مِنِّي، قَالَ: فَمَا جَاءَ بِكَ؟ قَالَ: بَلَغَنَا أَنَّكَ تُحِبُّ الصَّدَقَةَ، فَجِئْنَا نُصِيبُ مِنْ طَعَامِكَ، قَالَ: فَمَا يُنْجِينَا مِنْكُمْ؟ قَالَ: هَذِهِ الآيَةُ الَّتِي فِي سُورَةِ الْبَقَرَةِ: {اللَّهُ لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ} مَنْ قَالَهَا حِينَ يُمْسِي أُجِيرَ مِنَّا حَتَّى يُصْبِحَ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ أُجِيرَ مِنَّا حَتَّى يُمْسِيَ، فَلَمَّا أَصْبَحَ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ، فَقَالَ: صَدَقَ الْخَبِيثُ.

“Muhəmməd ibn Ubey ibn Kəb atasından ﵁ rəvayət edir ki, onun xurma anbarı var idi. Bu anbardan xurma azalırdı. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir heyvan gördü. Ubey ibn Kəb salam verdi, o da salamı aldı. Ubey ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubey ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubey ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubey ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə - “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255). Kim onu axşam oxuyarsa, səhər açılanadək bizdən qorunar. Kim də onu səhər oxuyarsa, axşamadək bizdən qorunar”. Səhər açıldıqda o, Allah Elçisinin ﷺ yanına gəlib olanları ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Xəbis doğru söylədi”.”

Muhəmməd ibn Ubey ibn Kəb atasından
SəhihFəzilətli əməllər, 475 (Kitab 11, 30)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 662.

عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا أَبَا الْمُنْذِرِ! أَتَدْرِي أَيُّ آيَةٍ مِنْ كِتَابِ اللهِ مَعَكَ أَعْظَمُ؟». قَالَ: قُلْتُ: اللهُ وَرَسُوْلُهُ أَعْلَمُ، قَالَ: «يَا أَبَا الْمُنْذِرِ! أَتَدْرِي أَيُّ آيَةٍ مِنْ كِتَابِ اللهِ مَعَكَ أَعْظَمُ؟». قَالَ: قُلْتُ: {اللهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ} قَالَ: فَضَرَبَ فِي صَدْرِي وَقَالَ: «وَاللهِ لِيَهْنِكَ الْعَلْمُ أَبَا الْمُنْذِرِ». زَادَ أَحْمَد :«وَالَّذِي نَفْسِي بِيِدَهِ! إِنَّ لَهَا لِسَاناً وَشَفَتَينِ ، تُقَدِّس الْمَلِكَ عَنْدِ سَاقِ الْعَرشِ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Əbu Munzir! Allahın Kitabından əzbərlədiyin hansı ayənin daha əzəmətli olduğunu bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- deyə cavab verdim. O belə buyurdu: “Ey Əbu Munzir! Allahın Kitabından əzbərlədiyin hansı ayənin daha əzəmətli olduğunu bilirsən?” Mən: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255) - deyə cavab verdim. Peyğəmbər ﷺ sinəmə vuraraq dedi: “Allaha and olsun ki, elm sənə uğurlu oldu, ey Əbu Munzir!” Digər rəvayətdə deyilir: “Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları var, Ərşin ayağında Hökmdar olan Allahı müqəddəs tutur”.”

Ubey ibn Kəb
SəhihFəzilətli əməllər, 476 (Kitab 11, 31)

Qeyd

Əhməd, 21278, 21315, 21602; əl-Beyhəqi “Sunənus-Suğra” 744, “Şuabul-İman” 2168-2169. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3410; Səhih ət-Tərğib vət-Tərhib, 1417.

عَنْ أَبِي أُمَامَهَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَرَأَ آيَةَ الْكُرْسِي فِي دُبُرِ كُلِّ صَلاَةٍ مَكْتُوبَةٍ، لَمْ يَمْنَعْهُ مِنْ دُخُولِ الْجَنَّةِ إِلاَّ أَنْ يَمُوتَ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim hər fərz namazından sonra “Kürsü” ayəsini (əl-Bəqərə, 255) oxuyarsa, Cənnətlə onun arasında yalnız ölüm durar”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 477 (Kitab 11, 32)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 9928; ət-Tabərani “Mucəmul-Kəbir” 7408, “Mucəmul-Əvsat” 8068, “əd-Dua” 675; əl-Beyhəqi “Şuabul-İman” 2167, 2345. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6464; Silsilə əs-Səhihə, 972.

Fəsil 19

“əl-Bəqərə” surəsinin son iki ayəsi

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ كَتَبَ كِتَابًا قَبْلَ أَنْ يَخْلُقَ السَّمَوَاتِ وَالأَرْضَ بِأَلْفَىْ عَامٍ أَنْزَلَ مِنْهُ آيَتَيْنِ خَتَمَ بِهِمَا سُورَةَ الْبَقَرَةِ وَلاَ يُقْرَآنِ فِى دَارٍ ثَلاَثَ لَيَالٍ فَيَقْرَبُهَا شَيْطَانٌ».

“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah göyləri və yeri yaratmamışdan iki min il əvvəl bir kitab yazmışdır. Allah ondan iki ayə nazil edərək bunlarla “əl-Bəqərə” surəsini xətm etmişdir. Bu ayələr bir evdə üç gecə oxunmazsa, şeytan həmin evə yaxınlaşar”.”

Numan ibn Bəşir
SəhihFəzilətli əməllər, 478 (Kitab 11, 33)

Qeyd

ət-Tirmizi, 2882, 3124. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1467.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ عَلَى الْمِنْبَرِ اقْرَءُوا هَاتَيْنِ الْآيَتَيْنِ اللَّتَيْنِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فَإِنَّ رَبِّي عَزَّ وَجَلَّ أَعْطَاهُنَّ أَوْ أَعْطَانِيهِنَّ مِنْ تَحْتِ الْعَرْشِ

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ minbərin üzərində ikən belə buyurduğunu eşitdim: “əl-Bəqərə” surəsinin axırından bu iki ayəni oxuyun! Həqiqətən, Rəbbim ﷿ onları mənə Ərşin altından vermişdir”.”

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 479 (Kitab 11, 34)

Qeyd

Əhməd, 17481, 17908. Şueyb əl-Arnavut səhih li-ğeyrihi olduğunu bildirmişdir.

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أُعْطِيْتُ خَوَاتِمَ سُورَةِ الْبَقَرَةِ، مِنْ كَنْزٍ تَحْتَ الْعَرشِ، ولَمْ يُعْطَهُنَّ نَبِيٌّ قَبْلِي».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə Ərşin altındakı xəzinədən “əl-Bəqərə” surəsinin son (iki ayəsi) verildi. Bunlar məndən qabaq heç bir peyğəmbərə verilməmişdir”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 480 (Kitab 11, 35)

Qeyd

Əhməd, 21604. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1482.

عَنْ أَبِى مَسْعُودٍ الْبَدْرِىِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الآيَتَانِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ مَنْ قَرَأَهُمَا فِى لَيْلَةٍ كَفَتَاهُ».

“Rəvayət edilir ki, Əbu Məsud əl-Bədri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu, ona kifayət edər”.”

Əbu Məsud əl-Bədri
SəhihFəzilətli əməllər, 481 (Kitab 11, 36)

Qeyd

əl-Buxari, 3707, 4008.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا نَزَلَتْ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ {لِلَّهِ مَا فِى السَّمَوَاتِ وَمَا فِى الأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِى أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ} قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَوْا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ بَرَكُوا عَلَى الرُّكَبِ فَقَالُوا أَىْ رَسُولَ اللَّهِ كُلِّفْنَا مِنَ الأَعْمَالِ مَا نُطِيقُ الصَّلاَةُ وَالصِّيَامُ وَالْجِهَادُ وَالصَّدَقَةُ وَقَدْ أُنْزِلَتْ عَلَيْكَ هَذِهِ الآيَةُ وَلاَ نُطِيقُهَا. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ«أَتُرِيدُونَ أَنْ تَقُولُوا كَمَا قَالَ أَهْلُ الْكِتَابَيْنِ مِنْ قَبْلِكُمْ سَمِعْنَا وَعَصَيْنَا بَلْ قُولُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ». قَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ. فَلَمَّا اقْتَرَأَهَا الْقَوْمُ ذَلَّتْ بِهَا أَلْسِنَتُهُمْ فَأَنْزَلَ اللَّهُ فِى إِثْرِهَا {آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ} فَلَمَّا فَعَلُوا ذَلِكَ نَسَخَهَا اللَّهُ تَعَالَى فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {لاَ يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا} قَالَ نَعَمْ {رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا} قَالَ نَعَمْ {رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ} قَالَ نَعَمْ {وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ} قَالَ نَعَمْ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) - ayəsini Allah Elçisinə ﷺ nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin ﷺ yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahın Elçisi! Biz bacardığımızı - namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməklə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi ﷺ buyurdu: “Sizdən əvvəlki iki kitab əhli kimi: “Eşitdik və asi olduq!”- demək istəyirsiniz?” Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar bunu dedikdən sonra Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və bu ayəni endirdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. ”Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). Möminlər bu ayəni oxuduqda, hər dəfə: “Ey Rəbbimiz!...”- deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə verdim!”- deyə cavab verir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 482 (Kitab 11, 37)

Qeyd

Muslim, 125, 180, 344.

Fəsil 20

“əl-Kəhf” surəsinin fəziləti

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَرَأَ سُورَةَ الْكَهْفِ يَوْمَ الجُمُعَةِ أَضَاءَ لَهُ النُّورُ مَا بَيْنَهُ وَبَيْنَ الْبَيْتِ الْعَتِيقِ

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü (və ya Cümə gecəsi) “əl-Kəhf” surəsini oxuyarsa, bu, onunla Ətiq (Kə'bə) evi arasında nur saçar”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 483 (Kitab 11, 38)

Qeyd

əl-Beyhəqi “Sunənus-Suğra” 770. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 736.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَرَأَ سُورَةَ الْكَهْفِ في يَوْمِ الجُمُعَةِ أَضَاءَ لَهُ مِنَ النُّورِ مَا بَيْنَ الجُمُعَتَيْنِ

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Cümə günü “əl-Kəhf” surəsini oxuyarsa, bu, gələn Cüməyədək onun üçün nur saçar”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 484 (Kitab 11, 39)

Qeyd

əl-Hakim, 3392. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6470.

عَنْ أَبِى الدَّرْدَاءِ يَرْوِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْفِ عُصِمَ مِنْ فِتْنَةِ الدَّجَّالِ».

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsinin ilk on ayəsini əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 485 (Kitab 11, 40)

Qeyd

Muslim, 1342, 1919; Əbu Davud 4325. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6201.

Fəsil 21

“əl-Mulk” surəsinin fəziləti

عَنْ ابْنِ مَسْعُود قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «سُورَةُ تَبَارَكَ هِيَ المَانِعَةُ مِنْ عَذَابِ القَبْرِ».

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təbərakə (əl-Mulk) surəsi qəbir əzabına maneədir”.”

İbn Məsud
SəhihFəzilətli əməllər, 486 (Kitab 11, 41)

Qeyd

Əbu Nueym əl-Əsbəhəni “Tabaqatul-Muhəddisin” 526. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1140.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ سُورَةً مِنَ الْقُرْآنِ ثَلاَثُونَ آيَةً شَفَعَتْ لِرَجُلٍ حَتَّى غُفِرَ لَهُ وَهِيَ سُورَةُ }تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ}».

“Əbu Hureya ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Quranda otuz ayəlik surə bir kişiyə şəfaət etdi və o, bağışlandı. Bu “Mülk Əlində olan, nə qədər xeyirxahdır” (əl-Mulk surəsidir)”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 487 (Kitab 11, 42)

Qeyd

ət-Tirmizi, 2891, 3134; əl-Hakim, 3545. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 2092.

عَنْ أَبِي الزُّبَيْرِ، عَنْ جَابِرٍ قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَنَامُ حَتَّى يَقْرَأَ: }الم تَنْزِيلُ} وَ: }تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ}. قَالَ أَبُو الزُّبَيْرِ: فَهُمَا يَفْضُلاَنِ كُلَّ سُورَةٍ فِي الْقُرْآنِ بِسَبْعِينَ حَسَنَةً، وَمَنْ قَرَأَهُمَا كُتِبَ لَهُ بِهِمَا سَبْعُونَ حَسَنَةً، وَرُفِعَ بِهِمَا لَهُ سَبْعُونَ دَرَجَةً، وَحُطَّ بِهِمَا عَنْهُ سَبْعُونَ خَطِيئَةً.

“Əbu əz-Zubeyr ﵀ rəvayət edir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir” (əs-Səcdə surəsi) və “Mülk Əlində Olan nə qədər xeyirxahdır...” (əl-Mulk surəsi) surələrini oxumayınca yatmazdı”. Əbu əz-Zubeyr deyir: “Bu iki surə Qurandakı hər bir surədən yetmiş savab üstündür. Kim bu iki surəni oxusa, bunun sayəsində ona yetmiş savab yazılar, onun (məqamı) yetmiş dərəcə yüksələr və onun yetmiş günahı silinər”.”

Əbu əz-Zubeyr
SəhihFəzilətli əməllər, 488 (Kitab 11, 43)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1207. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 585.

عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: يُؤْتَى الرَّجُلُ فِي قَبْرِهِ فَتُؤْتَى رِجْلاَهُ فَتَقُولُ رِجْلاَهُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقُومُ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، ثُمَّ يُؤْتَى مِنْ قِبَلِ صَدْرِهِ أَوْ قَالَ بَطْنِهِ، فَيَقُولُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، ثُمَّ يُؤْتَى رَأْسُهُ فَيَقُولُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، قَالَ: فَهِيَ الْمَانِعَةُ تَمْنَعُ مِنْ عَذَابِ الْقَبْرِ وَهِيَ فِي التَّوْرَاةِ سُورَةُ الْمُلْكِ، وَمَنْ قَرَأَهَا فِي لَيْلَةٍ فَقَدْ أَكْثَرَ وَأَطْيَبَ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Kişi qəbirə qoyulduqda əzab ona ayaqları tərəfindən yaxınlaşdırılacaq. Ayaqları belə deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə qalxıb “əl-Mulk” surəsini oxuyurdu”. Sonra əzab ona sinəsi və ya qarnı tərəfdən yaxınlaşdırılacaq. Sinəsi və ya qarnı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə “əl-Mulk” surəsini oxuyurdu”. Sonra başı tərəfindən yaxınlaşdırılacaq. Başı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə “əl-Mulk” surəsini oxuyurdu”. Bu surə qəbir əzabına maneədir və o, Tövratda da “əl-Mulk” surəsidir. Kim onu gecə oxuyarsa, çox və gözəl əməl etmiş olar”.”

İbn Məsud
HəsənFəzilətli əməllər, 489 (Kitab 11, 44)

Qeyd

əl-Hakim, 3839. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1475.

Fəsil 22

“əl-Kəfirun” surəsi

عَنْ فَرْوَةَ بْنِ نَوْفَلٍ أَنَّهُ أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَقُولُهُ إِذَا أَوَيْتُ إِلَى فِرَاشِى قَالَ «اقْرَأْ }قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ{ فَإِنَّهَا بَرَاءَةٌ مِنَ الشِّرْكِ».

“Rəvayət edilir ki, Fərvə ibn Nəufəl ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə yatağıma girdiyim zaman söyləyəcəyim bir şey öyrət”. O buyurdu: “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) oxu, çünki bu surə şirkdən uzaqlaşdırır”.”

Fərvə ibn Nəufəl
SəhihFəzilətli əməllər, 490 (Kitab 11, 45)

Qeyd

ət-Tirmizi, 3403, 3731. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2709.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَنَّ رَجُلاً قَامَ فَرَكَعَ رَكْعَتَي الْفَجْرِ، فَقَرَأَ فِي الرَّكْعَةِ الأُولَى }قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ{ حَتَّى انقَضَتِ السُّورَةُ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هَذَا عَبْدٌ عَرَفَ رَبَّهُ». وَقَرَأَ فِي الآخِرَةِ }قُلْ هُوَ اللهُ أَحَدٌ{ حَتَّى انقَضَتِ السُّورَةُ، فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هَذَا عَبْدٌ آمَنَ بِرَبِّهِ».

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, bir kişi ayağa qalxaraq Sübh namazının iki rükətini qıldı. Birinci rükətdə “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) sonuna qədər oxudu. Allah Elçisi ﷺ buyurdu: “Bu, öz Rəbbini tanıyan quldur”. İkinci rükətdə isə “De: “O Allah Təkdir!” (“əl-İxlas” surəsini) sonuna qədər oxudu. Allah Elçisi ﷺ buyurdu: “Bu, öz Rəbbinə iman gətirən quldur”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 491 (Kitab 11, 46)

Qeyd

İbn Hibban, 2451. Hədis səhihdir. Bax: Səhih Məvariduz-Zaman, 507.

عَنِ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : }قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ {تَعْدِلُ رُبْعَ الْقُرْآنِ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsi) Quranın dörddə birinə bərabərdir”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 492 (Kitab 11, 47)

Qeyd

İbn Adiy “əl-Kamil” 1/55; ət-Tabərani “Mucəmul-Kəbir” 13311, 13493; əl-Hakim, 2078. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 583; Silsilə əs-Səhihə, 586.

Fəsil 23

“əl-İxlas” surəsi

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ احْشُدُوا فَإِنِّي سَأَقْرَأُ عَلَيْكُمْ ثُلُثَ الْقُرْآنِ فَحَشَدَ مَنْ حَشَدَ ثُمَّ خَرَجَ نَبِيُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ }قُلْ هُوَ اللَّهُ أَحَدٌ{ ثُمَّ دَخَلَ فَقَالَ بَعْضُنَا لِبَعْضٍ إِنِّي أُرَى هَذَا خَبَرٌ جَاءَهُ مِنْ السَّمَاءِ فَذَاكَ الَّذِي أَدْخَلَهُ ثُمَّ خَرَجَ نَبِيُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنِّي قُلْتُ لَكُمْ سَأَقْرَأُ عَلَيْكُمْ ثُلُثَ الْقُرْآنِ أَلَا إِنَّهَا تَعْدِلُ ثُلُثَ الْقُرْآن...«إِنَّ اللَّهَ جَزَّأَ الْقُرْآنَ ثَلاَثَةَ أَجْزَاءٍ فَجَعَلَ }قُلْ هُوَ اللَّهُ أَحَدٌ {جُزْءًا مِنْ أَجْزَاءِ الْقُرْآنِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir yerə toplanın, sizə Quranın üçdə birini oxuyacağam”. Buna görə insanlar bir yerə toplandılar. Sonra Peyğəmbər ﷺ otağından çıxaraq “De: “O Allah Təkdir” (“əl-İxlas” surəsini) oxudu və otağına daxil oldu. Biz bir-birimizə dedik: “Mənə elə gəlir ki, bu xəbər ona səmadan gəlmişdir, buna görə də o, içəri daxil oldu”. Sonra Peyğəmbər ﷺ çıxıb belə buyurdu: “Sizə Quranın üçdə birini oxuyacağımı söyləmişdim. Həqiqətən, o, Quranın üçdə birinə bərabərdir”. Digər rəvayətdə deyilir: “Allah Quranı üç hissəyə bölmüş, İxlas surəsini isə Quranın bir hissəsi etmişdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 493 (Kitab 11, 48)

Qeyd

Muslim, 1344, 1923.

سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ: أَقْبَلْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَ رَجُلا يَقْرَأُ: }قُلْ هُوَ اللَّهُ أَحَدٌ * اللَّهُ الصَّمَدُ * لَمْ يَلِدْ وَلَمْ يُولَدْ * وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ{، فَقَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: وَجَبَتْ فَسَأَلْتُهُ: مَاذَا يَا رَسُولَ اللَّهِ؟ فَقَالَ: الْجَنَّةُ، فَقَالَ أَبُو هُرَيْرَةَ: فَأَرَدْتُ أَنْ أَذْهَبَ إِلَى الرَّجُلِ فَأُبَشِّرَهُ، ثُمَّ فَرِقْتُ أَنْ يَفُوتَنِي الْغَدَاءُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَآثَرْتُ الْغَدَاءَ، ثُمَّ ذَهَبْتُ إِلَى الرَّجُلِ، فَوَجَدْتُهُ قَدْ ذَهَبَ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə bir yerə gəldim. Allah Elçisi ﷺ bir kişinin: “De: “O Allah Təkdir! Allah Möhtac deyil. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur” (“əl-İxlas” surəsini) oxuduğunu eşidərək buyurdu: “Vacib oldu!” Mən: “Nə vacib oldu?”- deyə soruşdum. O: “Cənnət”- deyə cavab verdi”. Əbu Hureyra dedi: “Kişinin yanına gedib onu müjdələmək istədim, lakin Allah Elçisi ﷺ ilə nahar etməyə gecikməyimdən qorxdum. Nahar etdikdən sonra o kişinin yanına getdim və gördüm ki, artıq getmişdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 494 (Kitab 11, 49)

Qeyd

əl-Hakim, 2079; ət-Tirmizi, 2897, 3142. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1478.

مُعَاذِ بْنِ أَنَسٍ الْجُهَنِيِّ صَاحِبِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَرَأَ: }قُلْ هُوَ اللَّهُ أَحَدٌ{ حَتَّى يَخْتِمَهَا عَشْرَ مَرَّاتٍ، بَنَى اللَّهُ لَهُ قَصْرًا فِي الْجَنَّةِ

“Peyğəmbərin ﷺ səhabəsi Muaz ibn Ənəs əl-Cuhəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim “De: “O Allah Təkdir” (“əl-İxlas” surəsini) sonuna qədər on dəfə oxuyarsa, Allah ona Cənnətdə bir qəsr bina edər”.”

Muaz ibn Ənəs əl-Cuhəni
SəhihFəzilətli əməllər, 495 (Kitab 11, 50)

Qeyd

Əhməd, 15610, 15648. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 589.

عَنْ مُعَاذِ بْنِ عَبْدِ اللَّهِ بْنِ خُبَيْبٍ عَنْ أَبِيهِ قَالَ خَرَجْنَا فِى لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ نَطْلُبُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى لَنَا - قَالَ - فَأَدْرَكْتُهُ فَقَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا ثُمَّ قَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا. قَالَ «قُلْ». قُلْتُ مَا أَقُولُ قَالَ «قُلْ }هُوَ اللَّهُ أَحَدٌ{ وَالْمُعَوِّذَتَيْنِ حِينَ تُمْسِى وَتُصْبِحُ ثَلاَثَ مَرَّاتٍ تَكْفِيكَ مِنْ كُلِّ شَىْءٍ».

“Muaz ibn Abdullah ibn Xubeyb atasından ﵁ rəvayət edərək belə demişdir: “Qaranlıq və yağışlı bir gecədə bizə namaz qıldırması üçün Allah Elçisini ﷺ axtarmağa çıxmışdıq. Mən ona gəlib çatdıqda, o buyurdu: “De!” Mən heç nə demədim. O yenə buyurdu: “De!” Mən yenə heç nə demədim. O yenə: “De!”- buyurduqda, mən soruşdum: “Nə deyim?” O buyurdu: “Səhər-axşam üç dəfə: “O Allah Təkdir” (“əl-İxlas” surəsini) və “Muavvizəteyni” (“əl-Fələq” və “ən-Nəs” surələrini) de! Bunlar sənə hər şeydən (qorunmaq üçün) kifayət edər”.”

Muaz ibn Abdullah ibn Xubeyb atasından
HəsənFəzilətli əməllər, 496 (Kitab 11, 51)

Qeyd

ət-Tirmizi, 3575, 3924; Əbu Davud, 5084. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4406.

Fəsil 24

“əl-Fələq” və “ən-Nəs” surələri

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ اتَّبَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ رَاكِبٌ فَوَضَعْتُ يَدِى عَلَى قَدَمِهِ فَقُلْتُ أَقْرِئْنِى يَا رَسُولَ اللَّهِ سُورَةَ هُودٍ وَسُورَةَ يُوسُفَ. فَقَالَ «لَنْ تَقْرَأَ شَيْئًا أَبْلَغَ عِنْدَ اللَّهِ مِنْ }قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ{ وَ }قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ{». ...«فَإِنِ اسْتَطَعْتَ أَنْ لاَ تَفُوتَكَ فِي صَلاَةٍ فَافْعَلْ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ minikdə gedərkən mən onun ardınca gedirdim. Mən əlimi onun ayağının üzərinə qoyub dedim: “Ey Allahın Elçisi! Mənə “Hud” və “Yusuf” surələrini öyrət!” Allah Elçisi ﷺ buyurdu: “Sən heç vaxt Allah dərgahında “De: “Pənah aparıram Sübhün Rəbbinə” (əl-Fələq) və “De: “Pənah aparıram insanların Rəbbinə” (ən-Nəs) surələrindən daha üstün bir şey oxuya bilməzsən”. Digər rəvayətdə belə deyilir: “Bacarırsansa, namazda onu oxumağı tərk etmə!””

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 497 (Kitab 11, 52)

Qeyd

İbn Hibban, 1839. Hədis səhihdir. Bax: Təliqur-Rağib, 2/226.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ بَيْنَا أَنَا أَسِيرُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ الْجُحْفَةِ وَالأَبْوَاءِ إِذْ غَشِيَتْنَا رِيحٌ وَظُلْمَةٌ شَدِيدَةٌ فَجَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَعَوَّذُ بِ }أَعُوذُ بِرَبِّ الْفَلَقِ{ وَ }أَعُوذُ بِرَبِّ النَّاسِ{ وَيَقُولُ «يَا عُقْبَةُ تَعَوَّذْ بِهِمَا فَمَا تَعَوَّذَ مُتَعَوِّذٌ بِمِثْلِهِمَا». قَالَ وَسَمِعْتُهُ يَؤُمُّنَا بِهِمَا فِى الصَّلاَةِ.

“Rəvayət edilir ki, Uqbə bin Amir ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Cuhfə ilə Əbva kəndlərinin arasında yol gedərkən, bizi külək yaxaladı və qatı zülmət bürüdü. Allah Elçisi ﷺ “əl-Fələq” və “ən-Nəs” surələri ilə Allaha sığınmağa başlayaraq buyurdu: “Ey Uqbə, bu iki surə ilə sığın! Heç kəs bu ikisinə bənzər bir şey ilə sığınmamışdır”. Mən Allah Elçisinin ﷺ bizə bu iki surə ilə namaz qıldırdığını eşitmişəm”.”

Uqbə bin Amir
SəhihFəzilətli əməllər, 498 (Kitab 11, 53)

Qeyd

Əbu Davud, 1463, 1465. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2162.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَلَمْ تَرَ آيَاتٍ أُنْزِلَتِ اللَّيْلَةَ لَمْ يُرَ مِثْلُهُنَّ قَطُّ }قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ{ وَ }قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ{».

“Rəvayət edilir ki, Uqba ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecə nazil olan və misli görülməyən ayələri görmədinmi? Bunlar: “De: “Pənah aparıram Sübhün Rəbbinə” (əl-Fələq) və “De: “Pənah aparıram insanların Rəbbinə” (ən-Nəs) surələridir”.”

Uqba ibn Amir
SəhihFəzilətli əməllər, 499 (Kitab 11, 54)

Qeyd

Muslim, 1348, 1927.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ: قَالَ لِي رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اقْرأَ بِالْمُعَوَّذَتَيْنِ فَإِنَّكَ لَنْ تَقْرأُ بِمِثْلِهِمَا».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Muavvizəteyni” (iki sığınma olan “əl-Fələq” və “ən-Nəs” surələrini) oxu! Şübhəsiz ki, sən heç vaxt onlara bənzər bir şey oxuya bilməzsən”.”

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 500 (Kitab 11, 55)

Qeyd

Əhməd, 17360. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1160.

Fəsil 25

Bəzi ayələrin təfsiri

عَنْ عَبْدِ اللَّهِ قَالَ: لَمَّا أُسْرِيَ بِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ انْتُهِيَ بِهِ إِلَى سِدْرَةِ الْمُنْتَهَى، وَهِيَ فِي السَّمَاءِ السَّادِسَةِ، إِلَيْهَا يَنْتَهِي مَا يُعْرَجُ بِهِ مِنْ الأَرْضِ، فَيُقْبَضُ مِنْهَا، وَإِلَيْهَا يَنْتَهِي مَا يُهْبَطُ بِهِ مِنْ فَوْقِهَا، فَيُقْبَضُ مِنْهَا - قَالَ: }إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى{ قَالَ: فَرَاشٌ مِنْ ذَهَبٍ. قَالَ: فَأُعْطِيَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا: أُعْطِيَ الصَّلَوَاتِ الْخَمْسَ، وَأُعْطِيَ خَوَاتِيمَ سُورَةِ الْبَقَرَةِ، وَغُفِرَ - لِمَنْ لَمْ يُشْرِكْ بِاللَّهِ مِنْ أُمَّتِهِ شَيْئًا - الْمُقْحِمَاتُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ İsra gecəsində (göyə) qaldırıldığı zaman son həddəki Sidr ağacının yanına qədər aparıldı. Bu ağac altıncı səmadadır. Yerdən yüksəldilən hər nə varsa, ancaq oraya qədər gedib çata bilir və (hər şey) oradan götürülür. Üst tərəfindən endirilən hər nə varsa, orada dayanır və oradan götürülür”. Allah buyurur: “O zaman Sidr ağacını bürüyən bürümüşdü” (ən-Nəcm, 16), yəni qızıldan pərvanələr (və başqa bu kimi göz oxşayan şeylər). Abdullah davam edib dedi: “Orada Allah Elçisinə ﷺ üç şey verilmişdi; ona beş namaz bəxş edilmiş, “əl-Bəqərə” surəsinin son ayələri verilmiş və ümmətindən Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsələr üçün həlak edən böyük günahların bağışlanması vəd edilmişdir”.”

Abdullah
SəhihFəzilətli əməllər, 501 (Kitab 11, 56)

Qeyd

Muslim, 252, 431, 449.

عَنْ عَبْدِ اللهِ }مَنْ جَاءَ بِالْحَسَنَةِ{ قَالَ: مَنْ جَاءَ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ }وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ{ قَالَ: بِالشِّرْكِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ “Kim Qiyamət günü yaxşı əməl gətirsə” (əl-Qasas, 84) ayəsi haqda: “Kim “lə iləhə illəllah” kəlməsi ilə gələrsə, “Kim də pis əməl gətirsə” (əl-Qasas, 84) ayəsi haqqında isə: “Kim şirk ilə gələrsə”- demişdir”.”

Abdullah
SəhihFəzilətli əməllər, 502 (Kitab 11, 57)

Qeyd

əl-Hakim, 3528. Hədis səhih məvqufdur. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1527.

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فِي قَوْلِهِ عَزَّ وَجَلَّ: }قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا{ قَالَ: عَلِّمُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمُ الْخَيْرَ

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ Allahın ﷿ “Özünüzü və ailənizi oddan qoruyun!” (ət-Təhrim, 6) - ayəsi haqda belə demişdir: “Xeyir öyrənin və onu ailələrinizə öyrədin”.”

Əli ibn Əbu Talib
SəhihFəzilətli əməllər, 503 (Kitab 11, 58)

Qeyd

əl-Hakim, 3826. Hədis səhih məvqufdur. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 119.

أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ هَذِهِ الآيَةِ }وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ{ قَالَتْ عَائِشَةُ أَهُمُ الَّذِينَ يَشْرَبُونَ الْخَمْرَ وَيَسْرِقُونَ قَالَ « لاَ يَا بِنْتَ الصِّدِّيقِ وَلَكِنَّهُمُ الَّذِينَ يَصُومُونَ وَيُصَلُّونَ وَيَتَصَدَّقُونَ وَهُمْ يَخَافُونَ أَنْ لاَ يُقْبَلَ مِنْهُمْ أُولَئِكَ الَّذِينَ يُسَارِعُونَ فِى الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ ».

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Ey Allahın Elçisi! Bu ayədə “Rəbbinə qayıdacaqlar deyə, yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər” (əl-Muminun, 57-61) deyildikdə, zinakar, oğru və əyyaşmı qəsd edilir?” O buyurdu: “Xeyr, ey Siddiqin qızı! Bunlar o kəslərdir ki, oruc tutur, namaz qılır, sədəqə verir, lakin əməllərinin qəbul olunmayacağından qorxurlar. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”.”

Aişə
SəhihFəzilətli əməllər, 504 (Kitab 11, 59)

Qeyd

ət-Tirmizi, 3175, 3475. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1162.

Fəsil 26

Gecə vaxtı yüz ayə oxuyan

عَنْ تَمِيْمٍ الدَّارِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَرَأَ بِمِئَةِ آيَةٍ فِي لَيْلَةٍ، كُتِبَ لَهُ قُنْوتُ لَيْلَةٍ».

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir gecədə yüz ayə oxuyarsa, ona gecə ibadət etmiş kimi savab yazılar”.”

Təmim əd-Dari
SəhihFəzilətli əməllər, 505 (Kitab 11, 60)

Qeyd

Əhməd, 16999. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 644.

Fəsil 27

“ən-Nəcm” surəsində olan səcdə ayəsi

عن أبي هريرة أن النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُتِبتْ عنده سورةُ النجم، فلمَّا بَلغَ السَّجْدَة سَجَدَ، وسَجَدْنا معه، وسَجَدَتِ الدَّوَاةُ والقَلَمُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında “ən-Nəcm” surəsini yazırdım. Səcdə ayəsi olan yerə çatanda o, səcdə etdi, biz də onunla səcdə etdik, mürəkkəb və qələm də səcdə etdi”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 506 (Kitab 11, 61)

Qeyd

əl-Bəzzər, 1/360/763. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3035.

Fəsil 28

Səcdə ayəsini oxuyanda səcdə etmək

عَنْ أبِي سَعيد الْخُدْرِي قَالَ: رَأَيْتُ فِيمَا يَرَى النَّائِمُ كَأَنِّي تَحْتَ شَجَرَةٍ، وَكَأَنَّ الشَّجَرَةَ تَقْرَأُ ص، فَلَمَّا أَتَتْ عَلَى السَّجْدَةِ سَجَدَتْ، فَقَالَتْ فِي سُجُودِهَا: اللَّهُمَّ اغْفِرْ لِي بِهَا، اللَّهُمَّ حُطَّ عَنِّي بِهَا وِزْرًا، وَأَحْدِثْ لِي بِهَا شُكْرًا، وَتَقَبَّلْهَا مِنِّي كَمَا تَقَبِّلْتَ مِنْ عَبْدِكَ دَاوُدَ سَجْدَتَهُ، فَغَدَوْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ: سَجَدْتَ أَنْتَ يَا أَبَا سَعِيدٍ؟ قُلْتُ: لاَ، قَالَ: فَأَنْتَ أَحَقُّ بِالسُّجُودِ مِنَ الشَّجَرَةِ، ثُمَّ قَرَأَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُورَةَ ص ثُمَّ أَتَى عَلَى السَّجْدَةِ وَقَالَ فِي سُجُودِهِ مَا قَالَتِ الشَّجَرَةُ فِي سُجُودِهَا

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Yuxuda özümü “Sad” surəsini oxuyan bir ağacın altında gördüm. Ağac səcdə ayəsinə gəlib çatanda səcdə edərək belə dua etdi: “Alla:hummə-ğfirli: bihə:, Alla:hummə hutta anni: bihə: vizran və əhdisli: bihə: şukran və təqabbəlhə: minni: kəmə: təqabbəltə min abdikə Də:vud!” Səhər tezdən Allah Elçisinin ﷺ yanına gəlib yuxunu ona danışdım. O buyurdu: “Səcdə etdinmi, ey Əbu Səid?” Mən dedim: “Xeyr”. O buyurdu: “Axı sən səcdə etməyə ağacdan daha layiqsən”. Sonra Allah Elçisi ﷺ “Sad” surəsini oxudu, səcdə ayəsinə çatdıqda səcdə etdi və ağacın söylədiyini söylədi”.”

Əbu Səid əl-Xudri
HəsənFəzilətli əməllər, 507 (Kitab 11, 62)

Qeyd

Əbu Yalə, 1069. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1442.

Fəsil 29

Adəm övladına əmr edilən səcdə

عَنْ أَبِي هُرَيْرَةَ قَال: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا قَرَأَ ابْنُ آدَمَ السَّجْدَةَ فَسَجَدَ، اعْتَزَلَ الشَّيْطَانُ يَبْكِي، يَقُولُ: يَا وَيْلَهُ - وَفِي رِوَايَةِ أَبِي كُرَيْبٍ يَا وَيْلِي! - أُمِرَ ابْنُ آدَمَ بِالسُّجُودِ فَسَجَدَ فَلَهُ الْجَنَّةُ، وَأُمِرْتُ بِالسُّجُودِ فَأَبَيْتُ فَلِي النَّارُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladı səcdə ayəsini oxuyub səcdəyə qapandıqda, şeytan kənara çəkilib ağlayaraq deyir: “Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, səcdə edib Cənnəti qazandı. Mənə isə səcdə etmək əmr olundu, boyun qaçırıb Cəhənnəm odunu qazandım”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 508 (Kitab 11, 63)

Qeyd

Muslim, 115, 244, 254.

Fəsil 30

Min ayədən xeyirli bir ayə

عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لاَ يَنَامُ حَتَّى يَقْرَأَ الْمُسَبِّحَاتِ وَيَقُولُ «فِيهَا آيَةٌ خَيْرٌ مِنْ أَلْفِ آيَةٍ».

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ “Musəbbihət”i (əl-İsra, əl-Hədid, əl-Həşr, əs-Saf, əl-Cumuə, ət-Təğabun və əl-Əla surələrini) oxumadan yatmaz və belə deyərdi: “Bunlarda min ayədən daha xeyirli ayə var”.”

İrbad ibn Səriyə
HəsənFəzilətli əməllər, 509 (Kitab 11, 64)

Qeyd

ət-Tirmizi, 3735. Hədis həsəndir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3406.

Fəsil 31

Oxunan hər ayənin xeyri

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَيُحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلاَثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ». قُلْنَا نَعَمْ. قَالَ «فَثَلاَثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِى صَلاَتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلاَثِ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri ailəsinin yanına qayıtdıqda, evində üç irisümüklü, kök, hamilə dəvə görmək istəməzmi?” Biz: “Bəli”- deyə cavab verdik. O belə buyurdu: “Sizdən birinizin namazda oxuduğu üç ayə sizin üçün üç irisümüklü, kök, hamilə dəvədən daha xeyirlidir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 510 (Kitab 11, 65)

Qeyd

Muslim, 1335, 1908.

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ فِى الصُّفَّةِ فَقَالَ «أَيُّكُمْ يُحِبُّ أَنْ يَغْدُوَ كُلَّ يَوْمٍ إِلَى بُطْحَانَ أَوْ إِلَى الْعَقِيقِ فَيَأْتِىَ مِنْهُ بِنَاقَتَيْنِ كَوْمَاوَيْنِ فِى غَيْرِ إِثْمٍ وَلاَ قَطْعِ رَحِمٍ». فَقُلْنَا يَا رَسُولَ اللَّهِ نُحِبُّ ذَلِكَ. قَالَ «أَفَلاَ يَغْدُو أَحَدُكُمْ إِلَى الْمَسْجِدِ فَيَعْلَمَ أَوْ يَقْرَأَ آيَتَيْنِ مِنْ كِتَابِ اللَّهِ عَزَّ وَجَلَّ خَيْرٌ لَهُ مِنْ نَاقَتَيْنِ وَثَلاَثٌ خَيْرٌ لَهُ مِنْ ثَلاَثٍ وَأَرْبَعٌ خَيْرٌ لَهُ مِنْ أَرْبَعٍ وَمِنْ أَعْدَادِهِنَّ مِنَ الإِبِلِ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Biz Suffədə olarkən Allah Elçisi ﷺ gəlib dedi: “Hansınız hər səhər Buthan və ya əl-Əqiq vadisinə gedib günah etmədən və qohumluq əlaqələrini kəsmədən oradan hörgüclü iki maya dəvə gətirmək istəyir?” Biz dedik: “Ey Allahın Elçisi! Biz bunu istəyirik”. O dedi: “Sizdən biri səhər məscidə gedib, Allahın ﷿ kitabından iki ayə öyrənərsə və ya oxuyarsa, bu, onun üçün iki dəvədən daha xeyirli olar. Üç ayə onun üçün üç dəvədən, dörd ayə onun üçün dörd dəvədən daha xeyirli olar. (Öyrənilən və oxunulan) ayələrin sayı nə qədərdirsə, o qədər dəvədən daha xeyirlidir”.”

Uqbə ibn Amir
SəhihFəzilətli əməllər, 511 (Kitab 11, 66)

Qeyd

Muslim, 1336, 1909.