Səfərdə olmayan kimsə su tapmadıqda və namazın vaxtının çıxacağından ehtiyat etdikdə təyəmmüm etməlidir
حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنِ الأَعْرَجِ قَالَ سَمِعْتُ عُمَيْرًا مَوْلَى ابْنِ عَبَّاسٍ قَالَ أَقْبَلْتُ أَنَا وَعَبْدُ اللَّهِ بْنُ يَسَارٍ مَوْلَى مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى دَخَلْنَا عَلَى أَبِى جُهَيْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِىِّ فَقَالَ أَبُو الْجُهَيْمِ أَقْبَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَحْوِ بِئْرِ جَمَلٍ ، فَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ ، فَمَسَحَ بِوَجْهِهِ وَيَدَيْهِ ، ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ .
“Rəvayət edilir ki, İbn Abbasın ﵄ köləlikdən azad etdiyi Umeyr ﵀ demişdir: “Mən və Peyğəmbərin ﷺ zövcəsi Məymunənin köləlikdən azad etdiyi Abdullah ibn Yəsar birlikdə gəlib Əbu Cuheym ibn əl-Haris ibn əs-Simmə əl-Ənsarinin yanına daxil olduq. Əbu Cuheym dedi: “Peyğəmbər ﷺ Bir-Cəməldən gələrkən qarşısına çıxan bir nəfər ona salam verdi, lakin Peyğəmbər ﷺ onun salamını almadı. Peyğəmbər ﷺ divara yaxınlaşdı, əllərini divara vurub üzünə və əllərinə sürtdükdən sonra onun salamını aldı”.”
İstinad
Buxari, 337 (Təyəmmüm, 4)
Səhih əl-Buxari — Təyəmmüm kitabı