Təyəmmüm edən adam əllərinin içinə üfürə bilərmi?
حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا الْحَكَمُ عَنْ ذَرٍّ عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ جَاءَ رَجُلٌ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أُصِبِ الْمَاءَ . فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ لِعُمَرَ بْنِ الْخَطَّابِ أَمَا تَذْكُرُ أَنَّا كُنَّا فِى سَفَرٍ أَنَا وَأَنْتَ فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فَصَلَّيْتُ ، فَذَكَرْتُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا كَانَ يَكْفِيكَ هَكَذَا » . فَضَرَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَفَّيْهِ الأَرْضَ ، وَنَفَخَ فِيهِمَا ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ .
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Bir kişi Ömər ibn əl-Xattabın yanına gəlib dedi: “Mən cənabət halına düşmüşəm və su tapa bilmirəm, nə edim?” Əmmar ibn Yasir Ömər ibn Xəttaba dedi: “Yadındadırmı? İkimiz səfərdə idik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək bədənimi torpağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə ﷺ xəbər verdikdə o: “Sənə belə etmək kifayət edərdi”– deyib əllərini yerə vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər əllərinə sürtdü”.”
İstinad
Buxari, 338 (Təyəmmüm, 5)
Səhih əl-Buxari — Təyəmmüm kitabı