Səhih əl-BuxariTəyəmmüm kitabı

Kitab 7

Təyəmmüm kitabı

كِتَابُ التَّيَمُّمِ

15

hədis

Fəsil 1

Fəsil

باب

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ خَرَجْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَعْضِ أَسْفَارِهِ ، حَتَّى إِذَا كُنَّا بِالْبَيْدَاءِ - أَوْ بِذَاتِ الْجَيْشِ - انْقَطَعَ عِقْدٌ لِى ، فَأَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْتِمَاسِهِ ، وَأَقَامَ النَّاسُ مَعَهُ ، وَلَيْسُوا عَلَى مَاءٍ ، فَأَتَى النَّاسُ إِلَى أَبِى بَكْرٍ الصِّدِّيقِ فَقَالُوا أَلاَ تَرَى مَا صَنَعَتْ عَائِشَةُ أَقَامَتْ بِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسِ ، وَلَيْسُوا عَلَى مَاءٍ ، وَلَيْسَ مَعَهُمْ مَاءٌ . فَجَاءَ أَبُو بَكْرٍ وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعٌ رَأْسَهُ عَلَى فَخِذِى قَدْ نَامَ فَقَالَ حَبَسْتِ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسَ ، وَلَيْسُوا عَلَى مَاءٍ ، وَلَيْسَ مَعَهُمْ مَاءٌ . فَقَالَتْ عَائِشَةُ فَعَاتَبَنِى أَبُو بَكْرٍ ، وَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، وَجَعَلَ يَطْعُنُنِى بِيَدِهِ فِى خَاصِرَتِى ، فَلاَ يَمْنَعُنِى مِنَ التَّحَرُّكِ إِلاَّ مَكَانُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى فَخِذِى ، فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أَصْبَحَ عَلَى غَيْرِ مَاءٍ ، فَأَنْزَلَ اللَّهُ آيَةَ التَّيَمُّمِ فَتَيَمَّمُوا . فَقَالَ أُسَيْدُ بْنُ الْحُضَيْرِ مَا هِىَ بِأَوَّلِ بَرَكَتِكُمْ يَا آلَ أَبِى بَكْرٍ . قَالَتْ فَبَعَثْنَا الْبَعِيرَ الَّذِى كُنْتُ عَلَيْهِ ، فَأَصَبْنَا الْعِقْدَ تَحْتَهُ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxdıq. əl-Beyda və ya Zətul-Ceyş deyilən yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Allah Elçisi ﷺ dayanıb onu axtarmağa başladı. Onun yanında olanlar da dayanmağa məcbur oldular. Ətrafda su olmadığından səhabələrdən bəziləri Əbu Bəkr əs-Siddiqin yanına gəlib dedilər: “Məgər sən Aişənin nə etdiyini görürsənmi? Allahın Elçisi ﷺ və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su olmayan yerdə dayanıblar”. Əbu Bəkr mənim yanıma gəldi. Bu vaxt Allah Elçisi ﷺ başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr dedi: “Allahın Elçisini ﷺ və bu qədər camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vuraraq məni bir az da tənbeh etdi. Bu vaxt Allah Elçisinin ﷺ başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Allah Elçisi ﷺ ayıldıqda (namaz qılmaq üçün) su tapmadı. Elə bu səbəbə görə Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin ilk bərəkətiniz deyil”. Aişə deyir: “Sonra üstündə oturduğum dəvəni qaldırdıq və boyunbağını onun altından tapdıq”.”

Aişə
SəhihBuxari, 334 (Təyəmmüm, 1)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ ح قَالَ وَحَدَّثَنِى سَعِيدُ بْنُ النَّضْرِ قَالَ أَخْبَرَنَا هُشَيْمٌ قَالَ أَخْبَرَنَا سَيَّارٌ قَالَ حَدَّثَنَا يَزِيدُ - هُوَ ابْنُ صُهَيْبٍ الْفَقِيرُ - قَالَ أَخْبَرَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِى نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِىَ الأَرْضُ مَسْجِدًا وَطَهُورًا ، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِى أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ ، وَأُحِلَّتْ لِىَ الْمَغَانِمُ وَلَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِى ، وَأُعْطِيتُ الشَّفَاعَةَ ، وَكَانَ النَّبِىُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً ، وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç kəsə verilməmişdir: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün təmiz və namazgah olması, belə ki ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki bu məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 335 (Təyəmmüm, 2)

Fəsil 2

Su və torpaq tapılmadıqda nə etmək lazımdır?

باب إِذَا لَمْ يَجِدْ مَاءً وَلاَ تُرَابًا

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا اسْتَعَارَتْ مِنْ أَسْمَاءَ قِلاَدَةً فَهَلَكَتْ ، فَبَعَثَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً ، فَوَجَدَهَا فَأَدْرَكَتْهُمُ الصَّلاَةُ وَلَيْسَ مَعَهُمْ مَاءٌ فَصَلَّوْا ، فَشَكَوْا ذَلِكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ آيَةَ التَّيَمُّمِ . فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ لِعَائِشَةَ جَزَاكِ اللَّهُ خَيْرًا ، فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ تَكْرَهِينَهُ إِلاَّ جَعَلَ اللَّهُ ذَلِكِ لَكِ وَلِلْمُسْلِمِينَ فِيهِ خَيْرًا .

“Rəvayət edilir ki, Aişə ﵂ bacısı Əsmadan istifadə edib qaytarmaq şərti ilə bir boyunbağı almışdı. Bu boyunbağı itdi. Allah Elçisi ﷺ onu axtarmaq üçün bir kişi göndərdi. Kişi onu tapdı. Namazın vaxtı girdikdikdə onların yanında su yox idi. Sonra namaz qıldılar. Bu vəziyyətə görə Allah Elçisinə ﷺ şikayət etdilər və Allah təyəmmüm ayəsini nazil etdi. Useyd ibn Hudeyr Aişəyə dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun ki, sənin başına gələn xoşlamadığın elə bir şey yoxdur ki, Allah onda sənin üçün və müsəlmanlar üçün bir xeyir etməsin”.”

Aişə
SəhihBuxari, 336 (Təyəmmüm, 3)

Fəsil 3

Səfərdə olmayan kimsə su tapmadıqda və namazın vaxtının çıxacağından ehtiyat etdikdə təyəmmüm etməlidir

باب التَّيَمُّمِ فِى الْحَضَرِ ، إِذَا لَمْ يَجِدِ الْمَاءَ ، وَخَافَ فَوْتَ الصَّلاَةِ

وَبِهِ قَالَ عَطَاءٌ . وَقَالَ الْحَسَنُ فِى الْمَرِيضِ عِنْدَهُ الْمَاءُ وَلاَ يَجِدُ مَنْ يُنَاوِلُهُ يَتَيَمَّمُ . وَأَقْبَلَ ابْنُ عُمَرَ مِنْ أَرْضِهِ بِالْجُرُفِ ، فَحَضَرَتِ الْعَصْرُ بِمَرْبَدِ النَّعَمِ فَصَلَّى ، ثُمَّ دَخَلَ الْمَدِينَةَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ فَلَمْ يُعِدْ .

Əta ﵀ da bununla razılaşmışdır. Həsən əl-Bəsri ﵀ yanında su olub, lakin xəstə olduğuna görə sudan istifadə edə bilməyənə “Təyəmmüm edir” demişdir. İbn Ömər ﵄ “Curuf” adlı yerdən qayıdarkən dəvələrin saxlanıldığı ərazidə olanda Əsr namazının vaxtı girdi. O, təyəmmüm edərək namazı qıldı. Sonra günəş hələ üfüqü keçməmiş Mədinəyə çatdı, lakin namazı təzələmədi.

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنِ الأَعْرَجِ قَالَ سَمِعْتُ عُمَيْرًا مَوْلَى ابْنِ عَبَّاسٍ قَالَ أَقْبَلْتُ أَنَا وَعَبْدُ اللَّهِ بْنُ يَسَارٍ مَوْلَى مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى دَخَلْنَا عَلَى أَبِى جُهَيْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِىِّ فَقَالَ أَبُو الْجُهَيْمِ أَقْبَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَحْوِ بِئْرِ جَمَلٍ ، فَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ ، فَمَسَحَ بِوَجْهِهِ وَيَدَيْهِ ، ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ .

“Rəvayət edilir ki, İbn Abbasın ﵄ köləlikdən azad etdiyi Umeyr ﵀ demişdir: “Mən və Peyğəmbərin ﷺ zövcəsi Məymunənin köləlikdən azad etdiyi Abdullah ibn Yəsar birlikdə gəlib Əbu Cuheym ibn əl-Haris ibn əs-Simmə əl-Ənsarinin yanına daxil olduq. Əbu Cuheym dedi: “Peyğəmbər ﷺ Bir-Cəməldən gələrkən qarşısına çıxan bir nəfər ona salam verdi, lakin Peyğəmbər ﷺ onun salamını almadı. Peyğəmbər ﷺ divara yaxınlaşdı, əllərini divara vurub üzünə və əllərinə sürtdükdən sonra onun salamını aldı”.”

İbn Abbas
SəhihBuxari, 337 (Təyəmmüm, 4)

Fəsil 4

Təyəmmüm edən adam əllərinin içinə üfürə bilərmi?

باب الْمُتَيَمِّمُ هَلْ يَنْفُخُ فِيهِمَا

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا الْحَكَمُ عَنْ ذَرٍّ عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ جَاءَ رَجُلٌ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أُصِبِ الْمَاءَ . فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ لِعُمَرَ بْنِ الْخَطَّابِ أَمَا تَذْكُرُ أَنَّا كُنَّا فِى سَفَرٍ أَنَا وَأَنْتَ فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فَصَلَّيْتُ ، فَذَكَرْتُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا كَانَ يَكْفِيكَ هَكَذَا » . فَضَرَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَفَّيْهِ الأَرْضَ ، وَنَفَخَ فِيهِمَا ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Bir kişi Ömər ibn əl-Xattabın yanına gəlib dedi: “Mən cənabət halına düşmüşəm və su tapa bilmirəm, nə edim?” Əmmar ibn Yasir Ömər ibn Xəttaba dedi: “Yadındadırmı? İkimiz səfərdə idik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək bədənimi torpağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə ﷺ xəbər verdikdə o: “Sənə belə etmək kifayət edərdi”– deyib əllərini yerə vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər əllərinə sürtdü”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihBuxari, 338 (Təyəmmüm, 5)

Fəsil 5

Təyəmmüm üz və əllərlə edilir

باب التَّيَمُّمُ لِلْوَجْهِ وَالْكَفَّيْنِ

حَدَّثَنَا حَجَّاجٌ قَالَ أَخْبَرَنَا شُعْبَةُ أَخْبَرَنِى الْحَكَمُ عَنْ ذَرٍّ عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ عَمَّارٌ بِهَذَا ، وَضَرَبَ شُعْبَةُ بِيَدَيْهِ الأَرْضَ ، ثُمَّ أَدْنَاهُمَا مِنْ فِيهِ ، ثُمَّ مَسَحَ وَجْهَهُ وَكَفَّيْهِ . وَقَالَ النَّضْرُ أَخْبَرَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ ذَرًّا يَقُولُ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى قَالَ الْحَكَمُ وَقَدْ سَمِعْتُهُ مِنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِيهِ قَالَ قَالَ عَمَّارٌ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Əmmar əllərini yerə vurdu, sonra əlini ağzına yaxınlaşdırdı və üzünə və əllərinə məsh etdi”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihBuxari, 339 (Təyəmmüm, 6)

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَرٍّ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّهُ شَهِدَ عُمَرَ وَقَالَ لَهُ عَمَّارٌ كُنَّا فِى سَرِيَّةٍ فَأَجْنَبْنَا ، وَقَالَ تَفَلَ فِيهِمَا .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Əmmar Ömərə dedi: “Biz səninlə bir döyüşdə cənabətli idik”. Əmmar dedi: “Və ovuclarına üfürdü”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihBuxari, 340 (Təyəmmüm, 7)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ أَخْبَرَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَرٍّ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ عَبْدِ الرَّحْمَنِ قَالَ قَالَ عَمَّارٌ لِعُمَرَ تَمَعَّكْتُ فَأَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « يَكْفِيكَ الْوَجْهُ وَالْكَفَّانِ » .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Əmmar Ömərə dedi: “Mən torpağa bələnmişdim, sonra Peyğəmbərin ﷺ yanına gəldikdə o dedi: “Üzünə və əllərinə torpaq sürtmək sənə kifayət edərdi”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihBuxari, 341 (Təyəmmüm, 8)

حَدَّثَنَا مُسْلِمٌ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَرٍّ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ الرَّحْمَنِ قَالَ شَهِدْتُ عُمَرَ فَقَالَ لَهُ عَمَّارٌ . وَسَاقَ الْحَدِيثَ .

“Yuxarıdakı hədislə eynidir.”

Abdur-Rahmən
SəhihBuxari, 342 (Təyəmmüm, 9)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَرٍّ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ قَالَ عَمَّارٌ فَضَرَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ الأَرْضَ ، فَمَسَحَ وَجْهَهُ وَكَفَّيْهِ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Əmmar dedi: “Peyğəmbər ﷺ əllərini yerə vurudu, sonra üzünü və əllərini məsh etdi”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihBuxari, 343 (Təyəmmüm, 10)

Fəsil 6

Təmiz torpaq müsəlmanın təmiz olması üçün suyu əvəz edir

باب الصَّعِيدُ الطَّيِّبُ وَضُوءُ الْمُسْلِمِ ، يَكْفِيهِ مِنَ الْمَاءِ

وَقَالَ الْحَسَنُ يُجْزِئُهُ التَّيَمُّمُ مَا لَمْ يُحْدِثْ . وَأَمَّ ابْنُ عَبَّاسٍ وَهُوَ مُتَيَمِّمٌ . وَقَالَ يَحْيَى بْنُ سَعِيدٍ لاَ بَأْسَ بِالصَّلاَةِ عَلَى السَّبَخَةِ وَالتَّيَمُّمِ بِهَا .

Həsən əl-Bəsri ﵀ demişdir: “Adama dəstəmazı pozan şeylər olmadıqca bir təyəmmüm kifayət edir”. İbn Abbas ﵄ təyəmmümlü olduğu halda namazda imamlıq etmişdir. Yəhya ibn Səid ﵀ demişdir: “Torpağı quraq və şoran olan yerdə namaz qılmaqda və bu torpaqla təyəmmüm etməkdə müşkül yoxdur”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنِى يَحْيَى بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَوْفٌ قَالَ حَدَّثَنَا أَبُو رَجَاءٍ عَنْ عِمْرَانَ قَالَ كُنَّا فِى سَفَرٍ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَإِنَّا أَسْرَيْنَا ، حَتَّى كُنَّا فِى آخِرِ اللَّيْلِ ، وَقَعْنَا وَقْعَةً وَلاَ وَقْعَةَ أَحْلَى عِنْدَ الْمُسَافِرِ مِنْهَا ، فَمَا أَيْقَظَنَا إِلاَّ حَرُّ الشَّمْسِ ، وَكَانَ أَوَّلَ مَنِ اسْتَيْقَظَ فُلاَنٌ ثُمَّ فُلاَنٌ ثُمَّ فُلاَنٌ - يُسَمِّيهِمْ أَبُو رَجَاءٍ فَنَسِىَ عَوْفٌ - ثُمَّ عُمَرُ بْنُ الْخَطَّابِ الرَّابِعُ ، وَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَامَ لَمْ يُوقَظْ حَتَّى يَكُونَ هُوَ يَسْتَيْقِظُ ، لأَنَّا لاَ نَدْرِى مَا يَحْدُثُ لَهُ فِى نَوْمِهِ ، فَلَمَّا اسْتَيْقَظَ عُمَرُ ، وَرَأَى مَا أَصَابَ النَّاسَ ، وَكَانَ رَجُلاً جَلِيدًا ، فَكَبَّرَ وَرَفَعَ صَوْتَهُ بِالتَّكْبِيرِ ، فَمَا زَالَ يُكَبِّرُ وَيَرْفَعُ صَوْتَهُ بِالتَّكْبِيرِ حَتَّى اسْتَيْقَظَ لِصَوْتِهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا اسْتَيْقَظَ شَكَوْا إِلَيْهِ الَّذِى أَصَابَهُمْ قَالَ « لاَ ضَيْرَ - أَوْ لاَ يَضِيرُ - ارْتَحِلُوا » . فَارْتَحَلَ فَسَارَ غَيْرَ بَعِيدٍ ثُمَّ نَزَلَ ، فَدَعَا بِالْوَضُوءِ ، فَتَوَضَّأَ وَنُودِىَ بِالصَّلاَةِ فَصَلَّى بِالنَّاسِ ، فَلَمَّا انْفَتَلَ مِنْ صَلاَتِهِ إِذَا هُوَ بِرَجُلٍ مُعْتَزِلٍ لَمْ يُصَلِّ مَعَ الْقَوْمِ قَالَ « مَا مَنَعَكَ يَا فُلاَنُ أَنْ تُصَلِّىَ مَعَ الْقَوْمِ » . قَالَ أَصَابَتْنِى جَنَابَةٌ وَلاَ مَاءَ . قَالَ « عَلَيْكَ بِالصَّعِيدِ ، فَإِنَّهُ يَكْفِيكَ » . ثُمَّ سَارَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَكَى إِلَيْهِ النَّاسُ مِنَ الْعَطَشِ فَنَزَلَ ، فَدَعَا فُلاَنًا - كَانَ يُسَمِّيهِ أَبُو رَجَاءٍ نَسِيَهُ عَوْفٌ - وَدَعَا عَلِيًّا فَقَالَ « اذْهَبَا فَابْتَغِيَا الْمَاءَ » . فَانْطَلَقَا فَتَلَقَّيَا امْرَأَةً بَيْنَ مَزَادَتَيْنِ - أَوْ سَطِيحَتَيْنِ - مِنْ مَاءٍ عَلَى بَعِيرٍ لَهَا ، فَقَالاَ لَهَا أَيْنَ الْمَاءُ قَالَتْ عَهْدِى بِالْمَاءِ أَمْسِ هَذِهِ السَّاعَةَ ، وَنَفَرُنَا خُلُوفًا . قَالاَ لَهَا انْطَلِقِى إِذًا . قَالَتْ إِلَى أَيْنَ قَالاَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَتِ الَّذِى يُقَالُ لَهُ الصَّابِئُ قَالاَ هُوَ الَّذِى تَعْنِينَ فَانْطَلِقِى . فَجَاءَا بِهَا إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثَاهُ الْحَدِيثَ قَالَ فَاسْتَنْزَلُوهَا عَنْ بَعِيرِهَا وَدَعَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِإِنَاءٍ ، فَفَرَّغَ فِيهِ مِنْ أَفْوَاهِ الْمَزَادَتَيْنِ - أَوِ السَّطِيحَتَيْنِ - وَأَوْكَأَ أَفْوَاهَهُمَا ، وَأَطْلَقَ الْعَزَالِىَ ، وَنُودِىَ فِى النَّاسِ اسْقُوا وَاسْتَقُوا . فَسَقَى مَنْ شَاءَ ، وَاسْتَقَى مَنْ شَاءَ ، وَكَانَ آخِرَ ذَاكَ أَنْ أَعْطَى الَّذِى أَصَابَتْهُ الْجَنَابَةُ إِنَاءً مِنْ مَاءٍ قَالَ « اذْهَبْ ، فَأَفْرِغْهُ عَلَيْكَ » . وَهْىَ قَائِمَةٌ تَنْظُرُ إِلَى مَا يُفْعَلُ بِمَائِهَا ، وَايْمُ اللَّهِ لَقَدْ أُقْلِعَ عَنْهَا ، وَإِنَّهُ لَيُخَيَّلُ إِلَيْنَا أَنَّهَا أَشَدُّ مِلأَةً مِنْهَا حِينَ ابْتَدَأَ فِيهَا ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « اجْمَعُوا لَهَا » . فَجَمَعُوا لَهَا مِنْ بَيْنِ عَجْوَةٍ وَدَقِيقَةٍ وَسَوِيقَةٍ ، حَتَّى جَمَعُوا لَهَا طَعَامًا ، فَجَعَلُوهَا فِى ثَوْبٍ ، وَحَمَلُوهَا عَلَى بَعِيرِهَا ، وَوَضَعُوا الثَّوْبَ بَيْنَ يَدَيْهَا قَالَ لَهَا « تَعْلَمِينَ مَا رَزِئْنَا مِنْ مَائِكِ شَيْئًا ، وَلَكِنَّ اللَّهَ هُوَ الَّذِى أَسْقَانَا » . فَأَتَتْ أَهْلَهَا ، وَقَدِ احْتَبَسَتْ عَنْهُمْ قَالُوا مَا حَبَسَكِ يَا فُلاَنَةُ قَالَتِ الْعَجَبُ ، لَقِيَنِى رَجُلاَنِ فَذَهَبَا بِى إِلَى هَذَا الَّذِى يُقَالُ لَهُ الصَّابِئُ ، فَفَعَلَ كَذَا وَكَذَا ، فَوَاللَّهِ إِنَّهُ لأَسْحَرُ النَّاسِ مِنْ بَيْنِ هَذِهِ وَهَذِهِ . وَقَالَتْ بِإِصْبَعَيْهَا الْوُسْطَى وَالسَّبَّابَةِ ، فَرَفَعَتْهُمَا إِلَى السَّمَاءِ - تَعْنِى السَّمَاءَ وَالأَرْضَ - أَوْ إِنَّهُ لَرَسُولُ اللَّهِ حَقًّا ، فَكَانَ الْمُسْلِمُونَ بَعْدَ ذَلِكَ يُغِيرُونَ عَلَى مَنْ حَوْلَهَا مِنَ الْمُشْرِكِينَ ، وَلاَ يُصِيبُونَ الصِّرْمَ الَّذِى هِىَ مِنْهُ ، فَقَالَتْ يَوْمًا لِقَوْمِهَا مَا أُرَى أَنَّ هَؤُلاَءِ الْقَوْمَ يَدَعُونَكُمْ عَمْدًا ، فَهَلْ لَكُمْ فِى الإِسْلاَمِ فَأَطَاعُوهَا فَدَخَلُوا فِى الإِسْلاَمِ .

“Rəvayət edilir ki, İmran ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən bütün gecəni yol getdik. Gecənin sonunda uzanıb yatdıq, müsafir üçün də bundan şirin şey ola bilməz. Hamımız elə bərk yatmışdıq ki, bizi yalnız günəşin istisi yuxudan oyatdı. Əvvəl filankəs, sonra filankəs, sonra filankəs, sonra da – dördüncü olaraq Ömər ibn əl-Xattab yuxudan oyandı. Adətən Peyğəmbər ﷺ yatdıqda özü ayılanadək biz onu yuxudan oyatmazdıq, çünki biz, yuxusunda ona nələrin agah olduğunu bilmirdik. Ömər sərt xasiyyətli bir adam idi. O, yuxudan oyandıqda camaatın başına gələni görüb uca səslə “Allahu Əkbər!” deməyə başladı. O, dayanmadan uca səslə “Allahu Əkbər!” deyirdi və Peyğəmbər ﷺ onun səsinə oyandı. Yuxudan oyandıqda səhabələr başlarına gələni ona bildirdilər. Peyğəmbər ﷺ: “Zərər yoxdur! (Və ya “bu sizə zərər verməz!”) Yolunuza davam edin”– dedi. Onlar yola düşdülər. Bir az getdikdən sonra Peyğəmbər ﷺ dəvəsindən yerə düşdü və dəstəmaz almaq üçün su istədi. Peyğəmbər ﷺ dəstəmaz aldıqdan sonra azan verildi və o, camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra bir nəfərin kənara çəkilib camaatla namaz qılmadığını gördü və dedi: “Sənə camaatla namaz qılmağa nə mane oldu, ey filankəs?” O da cavabında: “Mən cənabət halına düşmüşəm, su isə yoxdur”– dedi. Peyğəmbər ﷺ ona: “Torpaqdan istifadə et! Bu sənə kifayət edər”– deyərək yoluna davam etdi. Bir az getdikdən sonra insanlar ona susuzluqdan şikayət etdilər. O, dəvəsindən yerə düşdü, sonra da filankəsi və Əlini yanına çağırıb dedi: “Gedin, su axtarın!” Onlar yola düzəldilər və gəlib iki cürdək, yaxud iki tuluq su ilə yüklənmiş dəvəsinin üstündə oturan bir qadına rast gəldilər. Onlar qadından: “Su haradadır?”– deyə soruşdular. Qadın dedi: “Dünən bu vaxtlar mən suyun yanında idim. Bizim adamlar isə arxada qalıblar”. Onlar: “Elə isə gedək!”– dedilər. Qadın: “Hara?”– deyə soruşdu. Onlar: “Allah Elçisinin ﷺ yanına”– deyə cavab verdilər. Qadın: “Sabii deyilən adamın yanınamı?”– deyə soruşdu. Onlar: “Bəli, sənin qəsd etdiyin o adamın yanına. Gedək!”– dedilər. Onlar qadını Peyğəmbərin ﷺ yanına gətirdilər və baş vermiş hadisəni ona danışdılar”. Ravi deyir ki, qadını dəvəsindən yerə endirdilər. Peyğəmbər ﷺ bir qab gətizdirdi və cürdəklərin ağızlarını açıb o qaba su boşaltdıqdan sonra onların ağızlarını bağladı. Sonra cürdəklərin digər tərəflərindəki ağızlarını açdı və camaata: “Gəlin, (heyvanlarınızı) suvarın, (özünüz üçün də) su götürün”– deyildi. Kimisi heyvanını suvardı, kimisi də özü üçün su götürdü. Axırda Peyğəmbər ﷺ cənabətli olan kimsəyə bir qab su verib dedi: “Get, bunu üstünə əndər”. Qadın isə ayaq üstə durub suyunun necə istifadə edildiyinə tamaşa edirdi. Allaha and olsun ki, o cürdəklərdən su götürməyə son qoyulduqda artıq onlar bizə əvvəlkindən daha dolu görünürdü. Peyğəmbər ﷺ buyurdu: “Qadın üçün bir şey toplayın!” Onun üçün xurma, un, sıyıq və bir qədər yemək topladıqdan sonra bunları bir torbaya yığdılar. Sonra qadını dəvəsinə mindirdilər və torbanı da onun qucağına qoydular. Peyğəmbər ﷺ qadına dedi: “Bil ki, biz sənin suyundan heç bir şey əksiltmədik, bizə su verən Allahdır”. Bu səbəbdən qadın öz qəbiləsinə gec gəldi. Onlar soruşdular: “Səni yoldan saxlayan nə oldu, ey filankəs?” Qadın dedi: “Qəribə bir şey! Mənə iki nəfər rast gəldi. Onlar məni Sabii deyilən o adamın yanına apardılar. O da belə-belə işlər gördü. Allaha and olsun ki, bu adam – bu vaxt qadın orta və şəhadət barmaqlarını göyə qaldırıb göyü və yeri qəsd edərək, – ya bunların arasında olan ən böyük sehrbazdır, ya da Allahın həqiqi elçisidir”. Bundan sonra müsəlmanlar o qadının yaşadığı yerin ətrafındakı müşriklərə hücum etdikdə onun kəndinə toxunmazdılar. Bir gün qadın öz qövmünə dedi: “Güman edirəm ki, bu adamlar sizə bilərəkdən toxunmurlar. İslamı qəbul etmək istəyirsinizmi?” Qövmü də ona tabe olub İslama daxil oldu”.”

İmran
SəhihBuxari, 344 (Təyəmmüm, 11)

Fəsil 7

Cənabət halına düşən adam xəstələnməkdən, ölməkdən və ya susuz qalmaqdan qorxduğuna görə təyəmmüm edir

باب إِذَا خَافَ الْجُنُبُ عَلَى نَفْسِهِ الْمَرَضَ أَوِ الْمَوْتَ أَوْ خَافَ الْعَطَشَ ، تَيَمَّمَ

وَيُذْكَرُ أَنَّ عَمْرَو بْنَ الْعَاصِ أَجْنَبَ فِى لَيْلَةٍ بَارِدَةٍ فَتَيَمَّمَ وَتَلاَ { وَلاَ تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا } فَذَكَرَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يُعَنِّفْ .

Amr ibn əl-As ﵁ soyuq bir gecə vaxtı cənabətli halda olub təyəmmüm etdi və bu ayəni oxudu: “Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir” (ən-Nisa, 29) Bu hadisə Peyğəmbərə ﷺ xəbər verildikdə bunu inkar etməmişdir.

حَدَّثَنَا بِشْرُ بْنُ خَالِدٍ قَالَ حَدَّثَنَا مُحَمَّدٌ - هُوَ غُنْدَرٌ - عَنْ شُعْبَةَ عَنْ سُلَيْمَانَ عَنْ أَبِى وَائِلٍ قَالَ قَالَ أَبُو مُوسَى لِعَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ إِذَا لَمْ يَجِدِ الْمَاءَ لاَ يُصَلِّى . قَالَ عَبْدُ اللَّهِ لَوْ رَخَّصْتُ لَهُمْ فِى هَذَا ، كَانَ إِذَا وَجَدَ أَحَدُهُمُ الْبَرْدَ قَالَ هَكَذَا - يَعْنِى تَيَمَّمَ وَصَلَّى - قَالَ قُلْتُ فَأَيْنَ قَوْلُ عَمَّارٍ لِعُمَرَ قَالَ إِنِّى لَمْ أَرَ عُمَرَ قَنِعَ بِقَوْلِ عَمَّارٍ .

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Əbu Musa Abdullah ibn Məsuda dedi: “Su tapılmadıqda namaz qılınmırmı?” Abdullah dedi: “Buna rüsxət versən, cənabətli olan adam su soyuq olanda təyəmmüm edər və namaz qılar”. Əbu Musa dedi: “Mən dedim: “Bəs Əmmarın Ömərə dediyi söz necə olsun?” Abdullah dedi: “Mən Ömərin Əmmarın sözünə qane olduğunu görmürəm”.”

Əbu Vail
SəhihBuxari, 345 (Təyəmmüm, 12)

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ شَقِيقَ بْنَ سَلَمَةَ قَالَ كُنْتُ عِنْدَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ لَهُ أَبُو مُوسَى أَرَأَيْتَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ إِذَا أَجْنَبَ فَلَمْ يَجِدْ ، مَاءً كَيْفَ يَصْنَعُ فَقَالَ عَبْدُ اللَّهِ لاَ يُصَلِّى حَتَّى يَجِدَ الْمَاءَ . فَقَالَ أَبُو مُوسَى فَكَيْفَ تَصْنَعُ بِقَوْلِ عَمَّارٍ حِينَ قَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « كَانَ يَكْفِيكَ » قَالَ أَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِذَلِكَ . فَقَالَ أَبُو مُوسَى فَدَعْنَا مِنْ قَوْلِ عَمَّارٍ ، كَيْفَ تَصْنَعُ بِهَذِهِ الآيَةِ فَمَا دَرَى عَبْدُ اللَّهِ مَا يَقُولُ فَقَالَ إِنَّا لَوْ رَخَّصْنَا لَهُمْ فِى هَذَا لأَوْشَكَ إِذَا بَرَدَ عَلَى أَحَدِهِمُ الْمَاءُ أَنْ يَدَعَهُ وَيَتَيَمَّمَ . فَقُلْتُ لِشَقِيقٍ فَإِنَّمَا كَرِهَ عَبْدُ اللَّهِ لِهَذَا قَالَ نَعَمْ .

“Rəvayət edilir ki, Şəqiq ibn Sələmə ﵀ demişdir: “Bir dəfə Abdullah və Əbu Musanın yanında idim. Əbu Musa ona dedi: “Ey Əbu Abdur-Rahmən, biri cənabətli olsa və su tapmasa, nə etməlidir?” Abdullah dedi: “Su tapana qədər namaz qılmamalıdır”. Əbu Musa dedi: “Bəs Əmmarın bu haqda Peyğəmbərin ﷺ ona dediyi: “Bu sənə kifayət edər” sözü necə olsun?” Abdullah dedi: “Mən Ömərin bununla razılaşdığını görmədim”. Əbu Musa dedi: “Əmmarın sözünü kənara qoyaq. Bəs Allahın təyəmmüm haqda ayəsi necə olsun?” Abdullah bunun qarşılığında bir şey demədi və belə buyurdu: “Biz bu məsələdə insanlara rüsxət versək, suyun soyuq olduğunu zənn edən də suyu tərk edib təyəmmüm alacaq”. Mən Şəqiqə dedim: “Abdullah cənabətli olanın soyuğa görə təyəmmüm etməsini xoş qarşılamırdı?” O da: “Bəli” dedi”.”

Şəqiq ibn Sələmə
SəhihBuxari, 346 (Təyəmmüm, 13)

Fəsil 8

Əli bir dəfə vurmaqla təyəmmüm etmək

باب التَّيَمُّمُ ضَرْبَةٌ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ قَالَ كُنْتُ جَالِسًا مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى الأَشْعَرِىِّ فَقَالَ لَهُ أَبُو مُوسَى لَوْ أَنَّ رَجُلاً أَجْنَبَ ، فَلَمْ يَجِدِ الْمَاءَ شَهْرًا ، أَمَا كَانَ يَتَيَمَّمُ وَيُصَلِّى فَكَيْفَ تَصْنَعُونَ بِهَذِهِ الآيَةِ فِى سُورَةِ الْمَائِدَةِ {فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا} فَقَالَ عَبْدُ اللَّهِ لَوْ رُخِّصَ لَهُمْ فِى هَذَا لأَوْشَكُوا إِذَا بَرَدَ عَلَيْهِمُ الْمَاءُ أَنْ يَتَيَمَّمُوا الصَّعِيدَ . قُلْتُ وَإِنَّمَا كَرِهْتُمْ هَذَا لِذَا قَالَ نَعَمْ . فَقَالَ أَبُو مُوسَى أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ لِعُمَرَ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ فَأَجْنَبْتُ ، فَلَمْ أَجِدِ الْمَاءَ ، فَتَمَرَّغْتُ فِى الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ، فَذَكَرْتُ ذَلِكَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَصْنَعَ هَكَذَا » . فَضَرَبَ بِكَفِّهِ ضَرْبَةً عَلَى الأَرْضِ ثُمَّ نَفَضَهَا ، ثُمَّ مَسَحَ بِهَا ظَهْرَ كَفِّهِ بِشِمَالِهِ ، أَوْ ظَهْرَ شِمَالِهِ بِكَفِّهِ ، ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ فَقَالَ عَبْدُ اللَّهِ أَفَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِقَوْلِ عَمَّارٍ وَزَادَ يَعْلَى عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ كُنْتُ مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ أَبُو مُوسَى أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ لِعُمَرَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَنِى أَنَا وَأَنْتَ فَأَجْنَبْتُ فَتَمَعَّكْتُ بِالصَّعِيدِ ، فَأَتَيْنَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْنَاهُ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ هَكَذَا » . وَمَسَحَ وَجْهَهُ وَكَفَّيْهِ وَاحِدَةً

“Rəvayət edilir ki, Şəqiq ﵀ demişdir: “Mən Abdullah və Əbu Musa əl-Əşəri ilə birlikdə oturmuşdum. Əbu Musa Abdullaha dedi: “Bir adam cənabət halında olsa və bir ay su tapmazsa, təyəmmüm edib namaz qıla bilməzmi? Bəs onda “əl-Maidə” surəsindəki bu ayə: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin...” (əl-Maidə, 6) necə olsun?” Abdullah dedi: “Əgər onlara bu məsələdə rüsxət verilsə, onlar su soyuq olduğu zaman torpaqla təyəmmüm etməyə meyil edəcəklər”. Ravi Aməş dedi: “Mən Şəqiqə dedim: “Siz bunu sadəcə buna (su soyuq olduğu zaman torpaqla təyəmmüm etməyə meyl edənlərə) görə məsləhət görmədiniz?” O: “Bəli”- dedi. Əbu Musa dedi: “Sən Əmmarın Ömərə: “Allah Elçisi ﷺ məni bir ehtiyac dalınca göndərmişdi, mən də cənabətli idim. Heyvanın ağnadığı kimi yerdə sərilərək hər tərəfimi torpağa sürtmüşdüm. Qayıdıb bunu Peyğəmbərə ﷺ bildirdikdə: “Sənə sadəcə belə etmək kifayət edirdi” deyə buyurdu və ovucu ilə bir dəfə yerə vurdu, sonra əlini silkələdi. Sonra onunla sağ ovcunun arxasını sol ovucu ilə məsh etdi, yaxud sol ovcunun arxasını sağ ovucu ilə məsh etdi. Sonra da onlarla üzünü məsh etdi”- dediyini eşitməmisənmi?” Abdullah dedi: “Bəs sən görmədinmi ki, Ömər Əmmarın sözünə qane olmamışdı?” Digər rəvayətdə Şəqiq demişdir: “Mən Abdullah və Əbu Musa ilə birlikdə idim. Əbu Musa Abdullaha dedi: “Sən Əmmarın Ömərə: “Bir dəfə Allah Elçisi ﷺ məni və səni bir yerə göndərmişdi. Mən cənabətli olduğum üçün torpağa sərilib hər tərəfimi toza bələmişdim. Sonra Peyğəmbərin ﷺ yanına gəldik və olanları ona bildirdik. Allah Elçisi ﷺ: “Sənə sadəcə belə etmək kifayət edirdi”- buyurdu və üzünü və ovcunu bir dəfə məsh etdi”.”

Şəqiq
SəhihBuxari, 347 (Təyəmmüm, 14)

Fəsil 9

Fəsil

باب

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عَوْفٌ عَنْ أَبِى رَجَاءٍ قَالَ حَدَّثَنَا عِمْرَانُ بْنُ حُصَيْنٍ الْخُزَاعِىُّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً مُعْتَزِلاً لَمْ يُصَلِّ فِى الْقَوْمِ فَقَالَ « يَا فُلاَنُ مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ فِى الْقَوْمِ » . فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَصَابَتْنِى جَنَابَةٌ وَلاَ مَاءَ . قَالَ « عَلَيْكَ بِالصَّعِيدِ فَإِنَّهُ يَكْفِيكَ » .

“İmran ibn Husayn əl-Xuzai ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ kənara çəkilərək camaatla namaz qılmayan bir kişini gördü və dedi: “Ey filankəs, camaatla namaz qılmağa sənə nə mane olur?” Kişi dedi: “Ey Allahın Elçisi, cənabət halına düşmüşəm, (qüsl almağa da) su yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Sən torpaqla (təyəmmüm) etməyə yönəl, çünki o sənə kifayət edir”.”

İmran ibn Husayn əl-Xuzai
SəhihBuxari, 348 (Təyəmmüm, 15)