Təyəmmüm kitabı

Əli bir dəfə vurmaqla təyəmmüm etmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ قَالَ كُنْتُ جَالِسًا مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى الأَشْعَرِىِّ فَقَالَ لَهُ أَبُو مُوسَى لَوْ أَنَّ رَجُلاً أَجْنَبَ ، فَلَمْ يَجِدِ الْمَاءَ شَهْرًا ، أَمَا كَانَ يَتَيَمَّمُ وَيُصَلِّى فَكَيْفَ تَصْنَعُونَ بِهَذِهِ الآيَةِ فِى سُورَةِ الْمَائِدَةِ {فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا} فَقَالَ عَبْدُ اللَّهِ لَوْ رُخِّصَ لَهُمْ فِى هَذَا لأَوْشَكُوا إِذَا بَرَدَ عَلَيْهِمُ الْمَاءُ أَنْ يَتَيَمَّمُوا الصَّعِيدَ . قُلْتُ وَإِنَّمَا كَرِهْتُمْ هَذَا لِذَا قَالَ نَعَمْ . فَقَالَ أَبُو مُوسَى أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ لِعُمَرَ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ فَأَجْنَبْتُ ، فَلَمْ أَجِدِ الْمَاءَ ، فَتَمَرَّغْتُ فِى الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ، فَذَكَرْتُ ذَلِكَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَصْنَعَ هَكَذَا » . فَضَرَبَ بِكَفِّهِ ضَرْبَةً عَلَى الأَرْضِ ثُمَّ نَفَضَهَا ، ثُمَّ مَسَحَ بِهَا ظَهْرَ كَفِّهِ بِشِمَالِهِ ، أَوْ ظَهْرَ شِمَالِهِ بِكَفِّهِ ، ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ فَقَالَ عَبْدُ اللَّهِ أَفَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِقَوْلِ عَمَّارٍ وَزَادَ يَعْلَى عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ كُنْتُ مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ أَبُو مُوسَى أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ لِعُمَرَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَنِى أَنَا وَأَنْتَ فَأَجْنَبْتُ فَتَمَعَّكْتُ بِالصَّعِيدِ ، فَأَتَيْنَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْنَاهُ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ هَكَذَا » . وَمَسَحَ وَجْهَهُ وَكَفَّيْهِ وَاحِدَةً

“Rəvayət edilir ki, Şəqiq ﵀ demişdir: “Mən Abdullah və Əbu Musa əl-Əşəri ilə birlikdə oturmuşdum. Əbu Musa Abdullaha dedi: “Bir adam cənabət halında olsa və bir ay su tapmazsa, təyəmmüm edib namaz qıla bilməzmi? Bəs onda “əl-Maidə” surəsindəki bu ayə: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin...” (əl-Maidə, 6) necə olsun?” Abdullah dedi: “Əgər onlara bu məsələdə rüsxət verilsə, onlar su soyuq olduğu zaman torpaqla təyəmmüm etməyə meyil edəcəklər”. Ravi Aməş dedi: “Mən Şəqiqə dedim: “Siz bunu sadəcə buna (su soyuq olduğu zaman torpaqla təyəmmüm etməyə meyl edənlərə) görə məsləhət görmədiniz?” O: “Bəli”- dedi. Əbu Musa dedi: “Sən Əmmarın Ömərə: “Allah Elçisi ﷺ məni bir ehtiyac dalınca göndərmişdi, mən də cənabətli idim. Heyvanın ağnadığı kimi yerdə sərilərək hər tərəfimi torpağa sürtmüşdüm. Qayıdıb bunu Peyğəmbərə ﷺ bildirdikdə: “Sənə sadəcə belə etmək kifayət edirdi” deyə buyurdu və ovucu ilə bir dəfə yerə vurdu, sonra əlini silkələdi. Sonra onunla sağ ovcunun arxasını sol ovucu ilə məsh etdi, yaxud sol ovcunun arxasını sağ ovucu ilə məsh etdi. Sonra da onlarla üzünü məsh etdi”- dediyini eşitməmisənmi?” Abdullah dedi: “Bəs sən görmədinmi ki, Ömər Əmmarın sözünə qane olmamışdı?” Digər rəvayətdə Şəqiq demişdir: “Mən Abdullah və Əbu Musa ilə birlikdə idim. Əbu Musa Abdullaha dedi: “Sən Əmmarın Ömərə: “Bir dəfə Allah Elçisi ﷺ məni və səni bir yerə göndərmişdi. Mən cənabətli olduğum üçün torpağa sərilib hər tərəfimi toza bələmişdim. Sonra Peyğəmbərin ﷺ yanına gəldik və olanları ona bildirdik. Allah Elçisi ﷺ: “Sənə sadəcə belə etmək kifayət edirdi”- buyurdu və üzünü və ovcunu bir dəfə məsh etdi”.”

Şəqiq
Səhih

İstinad

Buxari, 347 (Təyəmmüm, 14)

Səhih əl-Buxari — Təyəmmüm kitabı