Cənabət halına düşən adam xəstələnməkdən, ölməkdən və ya susuz qalmaqdan qorxduğuna görə təyəmmüm edir
حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ شَقِيقَ بْنَ سَلَمَةَ قَالَ كُنْتُ عِنْدَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ لَهُ أَبُو مُوسَى أَرَأَيْتَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ إِذَا أَجْنَبَ فَلَمْ يَجِدْ ، مَاءً كَيْفَ يَصْنَعُ فَقَالَ عَبْدُ اللَّهِ لاَ يُصَلِّى حَتَّى يَجِدَ الْمَاءَ . فَقَالَ أَبُو مُوسَى فَكَيْفَ تَصْنَعُ بِقَوْلِ عَمَّارٍ حِينَ قَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « كَانَ يَكْفِيكَ » قَالَ أَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِذَلِكَ . فَقَالَ أَبُو مُوسَى فَدَعْنَا مِنْ قَوْلِ عَمَّارٍ ، كَيْفَ تَصْنَعُ بِهَذِهِ الآيَةِ فَمَا دَرَى عَبْدُ اللَّهِ مَا يَقُولُ فَقَالَ إِنَّا لَوْ رَخَّصْنَا لَهُمْ فِى هَذَا لأَوْشَكَ إِذَا بَرَدَ عَلَى أَحَدِهِمُ الْمَاءُ أَنْ يَدَعَهُ وَيَتَيَمَّمَ . فَقُلْتُ لِشَقِيقٍ فَإِنَّمَا كَرِهَ عَبْدُ اللَّهِ لِهَذَا قَالَ نَعَمْ .
“Rəvayət edilir ki, Şəqiq ibn Sələmə ﵀ demişdir: “Bir dəfə Abdullah və Əbu Musanın yanında idim. Əbu Musa ona dedi: “Ey Əbu Abdur-Rahmən, biri cənabətli olsa və su tapmasa, nə etməlidir?” Abdullah dedi: “Su tapana qədər namaz qılmamalıdır”. Əbu Musa dedi: “Bəs Əmmarın bu haqda Peyğəmbərin ﷺ ona dediyi: “Bu sənə kifayət edər” sözü necə olsun?” Abdullah dedi: “Mən Ömərin bununla razılaşdığını görmədim”. Əbu Musa dedi: “Əmmarın sözünü kənara qoyaq. Bəs Allahın təyəmmüm haqda ayəsi necə olsun?” Abdullah bunun qarşılığında bir şey demədi və belə buyurdu: “Biz bu məsələdə insanlara rüsxət versək, suyun soyuq olduğunu zənn edən də suyu tərk edib təyəmmüm alacaq”. Mən Şəqiqə dedim: “Abdullah cənabətli olanın soyuğa görə təyəmmüm etməsini xoş qarşılamırdı?” O da: “Bəli” dedi”.”
İstinad
Buxari, 346 (Təyəmmüm, 13)
Səhih əl-Buxari — Təyəmmüm kitabı