Peyğəmbərin ﷺ mərhəmətli olması
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ قُرَيْشٌ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ادْعُ لَنَا رَبَّكَ أَنْ يَجْعَلَ لَنَا الصَّفَا ذَهَباً وَنُؤْمِنَ بِكَ. قَالَ «وَتَفْعَلُونَ». قَالُوا نَعَمْ. قَالَ فَدَعَا فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ رَبَّكَ عَزَّ وَجَلَّ يَقْرَأُ عَلَيْكَ السَّلاَمَ وَيَقُولُ إِنْ شِئْتَ أَصْبَحَ لَهُمُ الصَّفَا ذَهَباً فَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ مِنْهُمْ عَذَّبْتُهُ عَذَاباً لاَ أُعَذِّبُهُ أَحَداً مِنَ الْعَالَمِينَ وَإِنْ شِئْتَ فَتَحْتُ لَهُمْ بَابَ التَّوْبَةِ وَالرَّحْمَةِ. قَالَ «بَلْ بَابُ التَّوْبَةِ وَالرَّحْمَةِ»
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Qureyşlilər Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Bizim üçün Rəbbinə dua et ki, Səfa dağını qızıla döndərsin, biz də sənə iman gətirək”. O dedi: “İman edəcəksinizmi?” Onlar: “Bəli!”- deyə cavab verdilər. O, (Rəbbinə) dua etdikdə Cəbrail onun yanına gəlib dedi: “Rəbbin ﷿ sənə salam göndərir və buyurur: “İstəyirsənsə, Səfa dağını onlar üçün qızıla çevirim, lakin bundan sonra aralarından kafir olanlara aləmlərdən heç bir kəsə vermədiyim bir əzabı verəcəyəm. Yaxud istəyirsənsə, onlar üçün tövbə və rəhmət qapısını açım”. Peyğəmbər ﷺ buyurdu: “Tövbə və rəhmət qapısını (onların üzünə aç!)”.”
Qeyd
Əhməd, 2058, 2166, 2203. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3388; Səhih Tərğib vət-Tərhib, 3142. Başqa rəvayətdə deyilir: Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Məkkə əhli Peyğəmbərdən ﷺ tələb etdi ki, Səfa dağını onlar üçün qızıla çevirsin və digər dağları da kənarlaşdırsın ki, boş sahədə əkib-becərə bilsinlər. Peyğəmbərə ﷺ deyildi: “İstəyirsənsə, fikirləşib haqq yoluna qayıtmaq üçün onlara möhlət ver, istəyirsənsə də, onların tələblərini yerinə yetir. Hərgah bundan sonra küfr etsələr, əvvəlki həlak olmuş ümmətlər kimi onlar da həlak olacaqlar”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr! Əksinə, mən onlara möhlət vermək istəyirəm”. Allah ﷿ da bu ayəni nazil etdi: “Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk” (əl-İsra, 59)”. (Əhməd, 2333; əl-Bəzzər, 5036; əl-Hakim, 3379; ən-Nəsəi “Sunənul-Kubra” 11226, 11290. Hədis səhihdir. Bax: Səhih əs-Siratun-Nəbəviyyə” 1/152).
İstinad
Qüdsi hədislər, 136 (Kitab 10, 3)
Səhih qüdsi hədislər — Mərhəmət