Mərhəmət

Günahların və savabların yazılması

عَنْ أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا تَحَدَّثَ عَبْدِي بِأَنْ يَعْمَلَ حَسَنَةً فَأَنَا أَكْتُبُهَا لَهُ حَسَنَةً مَا لَمْ يَعْمَلْ فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا بِعَشْرِ أَمْثَالِهَا وَإِذَا تَحَدَّثَ بِأَنْ يَعْمَلَ سَيِّئَةً فَأَنَا أَغْفِرُهَا لَهُ مَا لَمْ يَعْمَلْهَا فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا لَهُ بِمِثْلِهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ الْمَلَائِكَةُ رَبِّ ذَاكَ عَبْدُكَ يُرِيدُ أَنْ يَعْمَلَ سَيِّئَةً وَهُوَ أَبْصَرُ بِهِ فَقَالَ ارْقُبُوهُ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً إِنَّمَا تَرَكَهَا مِنْ جَرَّايَ وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَحْسَنَ أَحَدُكُمْ إِسْلَامَهُ فَكُلُّ حَسَنَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ وَكُلُّ سَيِّئَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِمِثْلِهَا حَتَّى يَلْقَى اللَّهَ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi Muhəmməd ﷺ belə dedi: “Allah ﷿ buyurdu: “Əgər qulum bir yaxşılıq etmək qərarına gəlsə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən (ona) bunun on mislində savab yazaram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bundan vaz keçərsə, Mən onun (bu pis) niyyətini bağışlayaram. Hərgah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yazaram”. Allah Elçisi ﷺ buyurdu: “Mələklər dedilər: “Ey Rəbbimiz! Sənin bu qulun günah iş etmək istəyir”. Allah onu hamıdan yaxşı gördüyü halda (mələklərə) buyurdu: “Ona nəzarət edin! Əgər bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox, əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir”. Həmçinin, Allah Elçisi ﷺ buyurdu: “Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on mislindən yeddi yüz mislinədək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 129, 185, 336, 351.

İstinad

Qüdsi hədislər, 137 (Kitab 10, 4)

Səhih qüdsi hədislər — Mərhəmət