Kitab 10

Mərhəmət

8

hədis

Fəsil 1

Allahın rəhməti qəzəbini üstələmişdir

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لَمَّا خَلَقَ اللَّهُ الْخَلْقَ كَتَبَ فِى كِتَابِهِ - هُوَ يَكْتُبُ عَلَى نَفْسِهِ، وَهْوَ وَضْعٌ عِنْدَهُ عَلَى الْعَرْشِ - إِنَّ رَحْمَتِى تَغْلِبُ غَضَبِى»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah məxluqatı yaratdıqda, Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid belə yazmışdır: “Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 134 (Kitab 10, 1)

Qeyd

əl-Buxari, 3194, 6986, 7404, 7554.

Fəsil 2

Allahın razılığı mərhəmətini qazanmağa səbəbdir

عَنْ ثَوْبَانَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ الْعَبْدَ لَيَلْتَمِسُ مَرْضَاةَ اللَّهِ وَلاَ يَزَالُ بِذَلِكَ فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ لِجِبْرِيلَ إِنَّ فُلاَناً عَبْدِى يَلْتَمِسُ أَنْ يُرْضِيَنِى أَلاَ وَإِنَّ رَحْمَتِى عَلَيْهِ. فَيَقُولُ جِبْرِيلُ رَحْمَةُ اللَّهِ عَلَى فُلاَنٍ. وَيَقُولُهَا حَمَلَةُ الْعَرْشِ وَيَقُولُهَا مَنْ حَوْلَهُمْ حَتَّى يَقُولَهَا أَهْلُ السَّمَوَاتِ السَّبْعِ ثُمَّ تَهْبِطُ لَهُ إِلَى الأَرْضِ»

“Səvban ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, bəndə daim Allahın razılığını axtarır. Allah ﷿ Cəbrailə buyurur: “Filan qulum Məni razı salmaq istəyir. Sözsüz ki, Mən ona rəhm etdim”. Cəbrail: “Allah filankəsə rəhm etdi”- deyir. Ərşi daşıyan və onun ətrafında olanlar, hətta yeddi səma əhli də bunu söyləyirlər. Sonra bu onun üçün yer üzərinə enir”.”

Səvban
HəsənQüdsi hədislər, 135 (Kitab 10, 2)

Qeyd

Əhməd, 21367, 22401, 22454. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

Fəsil 3

Peyğəmbərin ﷺ mərhəmətli olması

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ قُرَيْشٌ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ادْعُ لَنَا رَبَّكَ أَنْ يَجْعَلَ لَنَا الصَّفَا ذَهَباً وَنُؤْمِنَ بِكَ. قَالَ «وَتَفْعَلُونَ». قَالُوا نَعَمْ. قَالَ فَدَعَا فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ رَبَّكَ عَزَّ وَجَلَّ يَقْرَأُ عَلَيْكَ السَّلاَمَ وَيَقُولُ إِنْ شِئْتَ أَصْبَحَ لَهُمُ الصَّفَا ذَهَباً فَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ مِنْهُمْ عَذَّبْتُهُ عَذَاباً لاَ أُعَذِّبُهُ أَحَداً مِنَ الْعَالَمِينَ وَإِنْ شِئْتَ فَتَحْتُ لَهُمْ بَابَ التَّوْبَةِ وَالرَّحْمَةِ. قَالَ «بَلْ بَابُ التَّوْبَةِ وَالرَّحْمَةِ»

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Qureyşlilər Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Bizim üçün Rəbbinə dua et ki, Səfa dağını qızıla döndərsin, biz də sənə iman gətirək”. O dedi: “İman edəcəksinizmi?” Onlar: “Bəli!”- deyə cavab verdilər. O, (Rəbbinə) dua etdikdə Cəbrail onun yanına gəlib dedi: “Rəbbin ﷿ sənə salam göndərir və buyurur: “İstəyirsənsə, Səfa dağını onlar üçün qızıla çevirim, lakin bundan sonra aralarından kafir olanlara aləmlərdən heç bir kəsə vermədiyim bir əzabı verəcəyəm. Yaxud istəyirsənsə, onlar üçün tövbə və rəhmət qapısını açım”. Peyğəmbər ﷺ buyurdu: “Tövbə və rəhmət qapısını (onların üzünə aç!)”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 136 (Kitab 10, 3)

Qeyd

Əhməd, 2058, 2166, 2203. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3388; Səhih Tərğib vət-Tərhib, 3142. Başqa rəvayətdə deyilir: Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Məkkə əhli Peyğəmbərdən ﷺ tələb etdi ki, Səfa dağını onlar üçün qızıla çevirsin və digər dağları da kənarlaşdırsın ki, boş sahədə əkib-becərə bilsinlər. Peyğəmbərə ﷺ deyildi: “İstəyirsənsə, fikirləşib haqq yoluna qayıtmaq üçün onlara möhlət ver, istəyirsənsə də, onların tələblərini yerinə yetir. Hərgah bundan sonra küfr etsələr, əvvəlki həlak olmuş ümmətlər kimi onlar da həlak olacaqlar”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr! Əksinə, mən onlara möhlət vermək istəyirəm”. Allah ﷿ da bu ayəni nazil etdi: “Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk” (əl-İsra, 59)”. (Əhməd, 2333; əl-Bəzzər, 5036; əl-Hakim, 3379; ən-Nəsəi “Sunənul-Kubra” 11226, 11290. Hədis səhihdir. Bax: Səhih əs-Siratun-Nəbəviyyə” 1/152).

Fəsil 4

Günahların və savabların yazılması

عَنْ أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا تَحَدَّثَ عَبْدِي بِأَنْ يَعْمَلَ حَسَنَةً فَأَنَا أَكْتُبُهَا لَهُ حَسَنَةً مَا لَمْ يَعْمَلْ فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا بِعَشْرِ أَمْثَالِهَا وَإِذَا تَحَدَّثَ بِأَنْ يَعْمَلَ سَيِّئَةً فَأَنَا أَغْفِرُهَا لَهُ مَا لَمْ يَعْمَلْهَا فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا لَهُ بِمِثْلِهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ الْمَلَائِكَةُ رَبِّ ذَاكَ عَبْدُكَ يُرِيدُ أَنْ يَعْمَلَ سَيِّئَةً وَهُوَ أَبْصَرُ بِهِ فَقَالَ ارْقُبُوهُ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً إِنَّمَا تَرَكَهَا مِنْ جَرَّايَ وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَحْسَنَ أَحَدُكُمْ إِسْلَامَهُ فَكُلُّ حَسَنَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ وَكُلُّ سَيِّئَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِمِثْلِهَا حَتَّى يَلْقَى اللَّهَ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi Muhəmməd ﷺ belə dedi: “Allah ﷿ buyurdu: “Əgər qulum bir yaxşılıq etmək qərarına gəlsə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən (ona) bunun on mislində savab yazaram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bundan vaz keçərsə, Mən onun (bu pis) niyyətini bağışlayaram. Hərgah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yazaram”. Allah Elçisi ﷺ buyurdu: “Mələklər dedilər: “Ey Rəbbimiz! Sənin bu qulun günah iş etmək istəyir”. Allah onu hamıdan yaxşı gördüyü halda (mələklərə) buyurdu: “Ona nəzarət edin! Əgər bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox, əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir”. Həmçinin, Allah Elçisi ﷺ buyurdu: “Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on mislindən yeddi yüz mislinədək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 137 (Kitab 10, 4)

Qeyd

Muslim, 129, 185, 336, 351.

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِى عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ قَالَ «إِنَّ اللَّهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ سَيِّئَةً وَاحِدَةً»

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbindən ﷿ rəvayət edərək belə buyurdu: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir: “Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 138 (Kitab 10, 5)

Qeyd

əl-Buxari, 6010, 6491.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: يَقُولُ اللَّهُ إِذَا أَرَادَ عَبْدِي أَنْ يَعْمَلَ سَيِّئَةً فَلاَ تَكْتُبُوهَا عَلَيْهِ حَتَّى يَعْمَلَهَا فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا مِنْ أَجْلِي فَاكْتُبُوهَا لَهُ حَسَنَةً وَإِذَا أَرَادَ أَنْ يَعْمَلَ حَسَنَةً فَلَمْ يَعْمَلْهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə dedi: “Allah buyurur: “Qulum günah iş görmək istəsə, o günahı edənədək bunu onun əleyhinə yazmayın. Əgər o günah etsə, ancaq onun mislində günah yazın, yox, əgər Məndən qorxaraq bu işdən əl çəkərsə, ona bir savab yazın. Və əgər bir yaxşılıq etmək istəsə və onu yerinə yetirməsə, buna görə ona bir savab yazın, əgər onu yerinə yetirərsə, ona bunun on mislindən yeddi yüz mislinədək savab yazın”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 139 (Kitab 10, 6)

Qeyd

əl-Buxari, 6947, 7501.

Fəsil 5

Müsəlmanlar arasında mərhəmətə təşviq

عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «يَقُولُ اللَّهُ: اسْتَطْعَمْتُكَ فَلَمْ تُطْعِمَنِي، قَالَ: فَيَقُولُ: يَا رَبِّ، وَكَيْفَ اسْتَطْعَمْتَنِي وَلَمْ أُطْعِمْكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا اسْتَطْعَمَكَ فَلَمْ تُطْعِمْهُ؟ أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ أَطْعَمْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ ابْنَ آدَمَ، اسْتَسْقَيْتُكَ فَلَمْ تَسْقِنِي، فَقَالَ: يَا رَبِّ، وَكَيْفَ أَسْقِيكَ وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ فَيَقُولُ: إِنَّ عَبْدِي فُلاَنًا اسْتَسْقَاكَ فَلَمْ تَسْقِهِ، أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ سَقَيْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ يَا ابْنَ آدَمَ، مَرِضْتُ فَلَمْ تَعُدْنِي، قَالَ: يَا رَبِّ، كَيْفَ أَعُودُكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا مَرِضَ، فَلَوْ كُنْتَ عُدْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي أَوْ وَجَدْتَنِي عِنْدَهُ؟»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah Öz quluna belə buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. O deyəcək: “Ey Rəbbim! Necə ola bilər ki, Sən aləmlərin Rəbbi ola-ola məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu, səndən su istədim, Mənə su vermədin”. O deyəcək: “Ey Rəbbim! Necə ola bilər ki, Sən aləmlərin Rəbbi ola-ola məndən su istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: “Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin. Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. O deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?” Allah buyuracaq: “Filan qulumun xəstələndiyini bilmirdinmi?! Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın - yaxud - Məni onun yanında tapardın”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 140 (Kitab 10, 7)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 517; Muslim, 2569, 4661, 6721.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ ﴿رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى﴾ الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلاَمُ ﴿إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ﴾ فَرَفَعَ يَدَيْهِ وَقَالَ «اللَّهُمَّ أُمَّتِى أُمَّتِى». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ «يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ»

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahın ﷿ İbrahim haqqında: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir” (İbrahim, 36) və İsa ﵇ haqqında: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118) - ayələrini oxuyarkən əllərini (göyə) qaldırdı və: “Allahım! Ümmətim, ümmətim!”- deyərək ağladı. Allah ﷿ buyurdu: “Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin yanına get və ondan soruş: “Səni ağladan nədir?” Cəbrail ﵇ da onun yanına gəlib soruşdu. Allah Elçisi ﷺ də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Allah buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get və de: “Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihQüdsi hədislər, 141 (Kitab 10, 8)

Qeyd

Muslim, 301, 499, 520.