Mərhəmət

Müsəlmanlar arasında mərhəmətə təşviq

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ ﴿رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى﴾ الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلاَمُ ﴿إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ﴾ فَرَفَعَ يَدَيْهِ وَقَالَ «اللَّهُمَّ أُمَّتِى أُمَّتِى». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ «يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ»

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahın ﷿ İbrahim haqqında: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir” (İbrahim, 36) və İsa ﵇ haqqında: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118) - ayələrini oxuyarkən əllərini (göyə) qaldırdı və: “Allahım! Ümmətim, ümmətim!”- deyərək ağladı. Allah ﷿ buyurdu: “Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin yanına get və ondan soruş: “Səni ağladan nədir?” Cəbrail ﵇ da onun yanına gəlib soruşdu. Allah Elçisi ﷺ də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Allah buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get və de: “Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

Qeyd

Muslim, 301, 499, 520.

İstinad

Qüdsi hədislər, 141 (Kitab 10, 8)

Səhih qüdsi hədislər — Mərhəmət