Mərhəmət

Müsəlmanlar arasında mərhəmətə təşviq

عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «يَقُولُ اللَّهُ: اسْتَطْعَمْتُكَ فَلَمْ تُطْعِمَنِي، قَالَ: فَيَقُولُ: يَا رَبِّ، وَكَيْفَ اسْتَطْعَمْتَنِي وَلَمْ أُطْعِمْكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا اسْتَطْعَمَكَ فَلَمْ تُطْعِمْهُ؟ أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ أَطْعَمْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ ابْنَ آدَمَ، اسْتَسْقَيْتُكَ فَلَمْ تَسْقِنِي، فَقَالَ: يَا رَبِّ، وَكَيْفَ أَسْقِيكَ وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ فَيَقُولُ: إِنَّ عَبْدِي فُلاَنًا اسْتَسْقَاكَ فَلَمْ تَسْقِهِ، أَمَا عَلِمْتَ أَنَّكَ لَوْ كُنْتَ سَقَيْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي؟ يَا ابْنَ آدَمَ، مَرِضْتُ فَلَمْ تَعُدْنِي، قَالَ: يَا رَبِّ، كَيْفَ أَعُودُكَ، وَأَنْتَ رَبُّ الْعَالَمِينَ؟ قَالَ: أَمَا عَلِمْتَ أَنَّ عَبْدِي فُلاَنًا مَرِضَ، فَلَوْ كُنْتَ عُدْتَهُ لَوَجَدْتَ ذَلِكَ عِنْدِي أَوْ وَجَدْتَنِي عِنْدَهُ؟»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah Öz quluna belə buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. O deyəcək: “Ey Rəbbim! Necə ola bilər ki, Sən aləmlərin Rəbbi ola-ola məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu, səndən su istədim, Mənə su vermədin”. O deyəcək: “Ey Rəbbim! Necə ola bilər ki, Sən aləmlərin Rəbbi ola-ola məndən su istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: “Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin. Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. O deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?” Allah buyuracaq: “Filan qulumun xəstələndiyini bilmirdinmi?! Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın - yaxud - Məni onun yanında tapardın”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 517; Muslim, 2569, 4661, 6721.

İstinad

Qüdsi hədislər, 140 (Kitab 10, 7)

Səhih qüdsi hədislər — Mərhəmət