Allah üçün sevməyin fəziləti
عَنْ عُبَادَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قالَ الله تَعَالى: حَقَّتْ مَحَبَّتِي لِلْمُتَحَابِّينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَوَاصِلِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَنَاصِحِينَ فِيَّ وَحَقَّتْ مَحبَّتِي لِلْمُتَزَاوِرِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَبَاذِلِينَ فِيَّ. المُتَحَابُّونَ فِيَّ عَلَى مَنَابِرَ مِنْ نُورٍ يَغْبِطُهُمْ بِمَكانِهِمْ النَّبِيُّونَ وَالصِّدِّيقُونَ وَالشُّهَدَاءُ»
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Uca Allah buyurdu: “Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edərlər”.”
Qeyd
əs-Suyuti “Cəmius-Sağir” 6044. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4321. Rəvayət edilir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın qulları arasında elə kimsələr vardır ki, özləri peyğəmbər olmasalar da, peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər”. Səhabələr dedilər: “Onların kim olduğunu bizə bildir ki, biz də onları sevək”. Peyğəmbər ﷺ dedi: “Onlar bir-birini qohumluq xatirinə yox, məhz Allah rizası üçün sevən kimsələrdir. Qiyamət günü onların üzləri nur saçacaq, özləri də nurdan olan minbərlər üzərində duracaqlar. İnsanlar nədənsə qorxduqları zaman onlar heç nədən qorxmaz, insanlar kədərləndikləri zaman, onlar heç nəyə görə kədərlənməzlər”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. (Əbu Davud, 3527. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3026).
İstinad
Qüdsi hədislər, 235 (Kitab 15, 4)
Səhih qüdsi hədislər — Allah sevgisi