Allah sevgisi

Allah üçün sevməyin fəziləti

قَالَ عَمْرَو بْنَ عَبَسَةَ السُّلَمِىَّ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ قَدْ حَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَحَابُّونَ مِنْ أَجْلِى وَقَدْ حَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَصَافُّونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَزَاوَرُونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَبَاذَلُونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَنَاصَرُونَ مِنْ أَجْلِى». وَقَالَ عَمْرُو بْنُ عَبَسَةَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «أَيُّمَا رَجُلٍ رَمَى بِسَهْمٍ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ فَبَلَغَ مُخْطِئاً أَوْ مُصِيباً فَلَهُ مِنَ الأَجْرِ كَرَقَبَةٍ يُعْتِقُهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَأَيُّمَا رَجُلٍ شَابَ شَيْبَةً فِى سَبِيلِ اللَّهِ فَهِىَ لَهُ نُورٌ وَأَيُّمَا رَجُلٍ مُسْلِمٍ أَعْتَقَ رَجُلاً مُسْلِماً فَكُلُّ عُضْوٍ مِنَ الْمُعْتَقِ بِعُضْوٍ مِنَ الْمُعْتِقِ فِدَاءً لَهُ مِنَ النَّارِ وَأَيُّمَا امْرَأَةٍ مُسْلِمَةٍ أَعْتَقَتِ امْرَأَةً مُسْلِمَةً فَكُلُّ عُضْوٍ مِنَ الْمُعْتَقَةِ بِعُضْوٍ مِنَ الْمُعْتِقَةِ فِدَاءً لَهَا مِنَ النَّارِ وَأَيُّمَا رَجُلٍ مُسْلِمٍ قَدَّمَ لِلَّهِ عَزَّ وَجَلَّ مِنْ صُلْبِهِ ثَلاَثَةً لَمْ يَبْلُغُوا الْحِنْثَ أَوِ امْرَأَةٍ فَهُمْ لَهُ سُتْرَةٌ مِنَ النَّارِ وَأَيُّمَا رَجُلٍ قَامَ إِلَى وَضُوءٍ يُرِيدُ الصَّلاَةَ فَأَحْصَى الْوَضُوءَ إِلَى أَمَاكِنِهِ سَلِمَ مِنْ كُلِّ ذَنْبٍ أَوْ خَطِيئَةٍ لَهُ فَإِنْ قَامَ إِلَى الصَّلاَةِ رَفَعَهُ اللَّهُ عَزَّ وَجَلَّ بِهَا دَرَجَةً وَإِنْ قَعَدَ قَعَدَ سَالِماً». فَقَالَ شُرَحْبِيلُ بْنُ السِّمْطِ آنْتَ سَمِعْتَ هَذَا الْحَدِيثَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا ابْنَ عَبَسَةَ قَالَ نَعَمْ وَالَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ لَوْ أَنِّى لَمْ أَسْمَعْ هَذَا الْحَدِيثَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَيْرَ مَرَّةٍ أَوْ مَرَّتَيْنِ أَوْ ثَلاَثٍ أَوْ أَرْبَعٍ أَوْ خَمْسٍ أَوْ سِتٍّ أَوْ سَبْعٍ - فَانْتَهَى عِنْدَ سَبْعٍ - مَا حَلَفْتُ - يَعْنِى مَا بَالَيْتُ - أَنْ لاَ أُحَدِّثَ بِهِ أَحَداً مِنَ النَّاسِ وَلَكِنِّى وَاللَّهِ مَا أَدْرِى عَدَدَ مَا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, Amr ibn Abəsə əs-Suləmi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ buyurur: “Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı səmimi olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə kömək edənlərə məhəbbətim vacib olmuşdur”. Amr ibn Abəsə (sözünə davam edərək) dedi: “Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Hər hansı bir kişi Allahın ﷿ yolunda bir ox atarsa, (onun oxu hədəfə) çatsa da, çatmasa da ona İsmayıl oğullarından bir qul azad etmiş kimi mükafat verilər. Hər hansı bir kişinin saçlarının Allah yolunda ağarması onun üçün nurdur. Hər hansı bir müsəlman kişi müsəlman bir kişini (qul olmaqdan) azad edərsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Hər hansı bir müsəlman qadın müsəlman bir qadını (qul olmaqdan) azad edərsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Əgər Allah ﷿ hər hansı müsəlman kişinin və ya qadının həddi-büluğa çatmayan üç (övladının ruhunu) alarsa, (övladları) onlar üçün Cəhənnəm oduna qarşı maneə olar. Hər hansı bir kişi namaz qılmaq üçün dəstamazı qaydasında alarsa, o, hər bir günahdan və ya xətadan salamat olar. Namaza durduqda, Allah ﷿ (namazla) onun dərəcəsini qaldırar. Oturduqda isə, salamat oturar”. Şurahbil ibn Simt dedi: “Ey İbn Abəsə! Sən doğrudanmı bu hədisi Allah Elçisindən ﷺ eşitdin?” O dedi: “Bəli, Özündən başqa ibadət haqqına malik məbud olmayan Allaha and olsun! Əgər mən bu hədisi Allah Elçisindən ﷺ bir, iki, üç, dörd, beş, altı və ya yeddi dəfə eşitməsəydim, onu insanlardan bir kəsə danışmayacağıma and içərdim. Lakin Allaha and olsun ki, mən onu Allah Elçisindən ﷺ nə qədər eşitdiyimin (dəqiq) sayını bilmirəm”.”

Amr ibn Abəsə əs-Suləmi
Səhih

Qeyd

Əhməd, 18621, 19438, 19457, 19966. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 1756.

İstinad

Qüdsi hədislər, 236 (Kitab 15, 5)

Səhih qüdsi hədislər — Allah sevgisi