Kitab 15

Allah sevgisi

10

hədis

Fəsil 1

Allahın qulunu sevməsi

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ إِذَا أَحَبَّ عَبْدًا دَعَا جِبْرِيلَ فَقَالَ إِنِّى أُحِبُّ فُلاَنًا فَأَحِبَّهُ - قَالَ - فَيُحِبُّهُ جِبْرِيلُ ثُمَّ يُنَادِى فِى السَّمَاءِ فَيَقُولُ إِنَّ اللَّهَ يُحِبُّ فُلاَنًا فَأَحِبُّوهُ. فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ - قَالَ - ثُمَّ يُوضَعُ لَهُ الْقَبُولُ فِى الأَرْضِ. وَإِذَا أَبْغَضَ عَبْدًا دَعَا جِبْرِيلَ فَيَقُولُ إِنِّى أُبْغِضُ فُلاَنًا فَأَبْغِضْهُ - قَالَ - فَيُبْغِضُهُ جِبْرِيلُ ثُمَّ يُنَادِى فِى أَهْلِ السَّمَاءِ إِنَّ اللَّهَ يُبْغِضُ فُلاَنًا فَأَبْغِضُوهُ - قَالَ - فَيُبْغِضُونَهُ ثُمَّ تُوضَعُ لَهُ الْبَغْضَاءُ فِى الأَرْضِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: “Mən filan qulumu sevirəm, sən də onu sev!” Cəbrail də onu sevir. Sonra o, səmada olanlara üz tutub deyir: “Allah filan qulunu sevir, siz də onu sevin!” Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə, Cəbraili çağırıb deyir: “Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!” Cəbrail də ona nifrət edir. Sonra o, səma əhlinə üz tutub deyir: “Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!” Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 232 (Kitab 15, 1)

Qeyd

Muslim, 2637, 4772, 6873.

Fəsil 2

Allahın dostu ilə düşmənçilik edənin aqibəti

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ قَالَ مَنْ عَادَى لِى وَلِيًّا فَقَدْ آذَنْتُهُ بِالْحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَىَّ عَبْدِى بِشَىْءٍ أَحَبَّ إِلَىَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْدِى يَتَقَرَّبُ إِلَىَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهُ، فَإِذَا أَحْبَبْتُهُ كُنْتُ سَمْعَهُ الَّذِى يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذِى يُبْصِرُ بِهِ، وَيَدَهُ الَّتِى يَبْطُشُ بِهَا وَرِجْلَهُ الَّتِى يَمْشِى بِهَا، وَإِنْ سَأَلَنِى لأُعْطِيَنَّهُ، وَلَئِنِ اسْتَعَاذَنِى لأُعِيذَنَّهُ، وَمَا تَرَدَّدْتُ عَنْ شَىْءٍ أَنَا فَاعِلُهُ تَرَدُّدِى عَنْ نَفْسِ الْمُؤْمِنِ، يَكْرَهُ الْمَوْتَ وَأَنَا أَكْرَهُ مَسَاءَتَهُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ demişdir: “Allah buyurur: “Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona müharibə elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm, çünki Mən ona yamanlıq etmək istəmirəm”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 233 (Kitab 15, 2)

Qeyd

əl-Buxari, 6021, 6502.

Fəsil 3

Allah üçün sevməyin fəziləti

عَنْ أَبِى هُرَيْرَة قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ يَقُولُ يَوْمَ الْقِيَامَةِ أَيْنَ الْمُتَحَابُّونَ بِجَلاَلِى الْيَوْمَ أُظِلُّهُمْ فِى ظِلِّى يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلِّى»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah Qiyamət günü buyuracaq: “Ucalığıma görə bir-birlərini sevənlər hanı? Bu gün - Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı gündə - Mən onları Öz kölgəmdə kölgələndirəcəyəm”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 234 (Kitab 15, 3)

Qeyd

Muslim, 2566, 4655, 6713.

عَنْ عُبَادَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قالَ الله تَعَالى: حَقَّتْ مَحَبَّتِي لِلْمُتَحَابِّينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَوَاصِلِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَنَاصِحِينَ فِيَّ وَحَقَّتْ مَحبَّتِي لِلْمُتَزَاوِرِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَبَاذِلِينَ فِيَّ. المُتَحَابُّونَ فِيَّ عَلَى مَنَابِرَ مِنْ نُورٍ يَغْبِطُهُمْ بِمَكانِهِمْ النَّبِيُّونَ وَالصِّدِّيقُونَ وَالشُّهَدَاءُ»

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Uca Allah buyurdu: “Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edərlər”.”

Ubadə
SəhihQüdsi hədislər, 235 (Kitab 15, 4)

Qeyd

əs-Suyuti “Cəmius-Sağir” 6044. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4321. Rəvayət edilir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın qulları arasında elə kimsələr vardır ki, özləri peyğəmbər olmasalar da, peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər”. Səhabələr dedilər: “Onların kim olduğunu bizə bildir ki, biz də onları sevək”. Peyğəmbər ﷺ dedi: “Onlar bir-birini qohumluq xatirinə yox, məhz Allah rizası üçün sevən kimsələrdir. Qiyamət günü onların üzləri nur saçacaq, özləri də nurdan olan minbərlər üzərində duracaqlar. İnsanlar nədənsə qorxduqları zaman onlar heç nədən qorxmaz, insanlar kədərləndikləri zaman, onlar heç nəyə görə kədərlənməzlər”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. (Əbu Davud, 3527. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3026).

قَالَ عَمْرَو بْنَ عَبَسَةَ السُّلَمِىَّ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ قَدْ حَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَحَابُّونَ مِنْ أَجْلِى وَقَدْ حَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَصَافُّونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَزَاوَرُونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَبَاذَلُونَ مِنْ أَجْلِى وَحَقَّتْ مَحَبَّتِى لِلَّذِينَ يَتَنَاصَرُونَ مِنْ أَجْلِى». وَقَالَ عَمْرُو بْنُ عَبَسَةَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «أَيُّمَا رَجُلٍ رَمَى بِسَهْمٍ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ فَبَلَغَ مُخْطِئاً أَوْ مُصِيباً فَلَهُ مِنَ الأَجْرِ كَرَقَبَةٍ يُعْتِقُهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَأَيُّمَا رَجُلٍ شَابَ شَيْبَةً فِى سَبِيلِ اللَّهِ فَهِىَ لَهُ نُورٌ وَأَيُّمَا رَجُلٍ مُسْلِمٍ أَعْتَقَ رَجُلاً مُسْلِماً فَكُلُّ عُضْوٍ مِنَ الْمُعْتَقِ بِعُضْوٍ مِنَ الْمُعْتِقِ فِدَاءً لَهُ مِنَ النَّارِ وَأَيُّمَا امْرَأَةٍ مُسْلِمَةٍ أَعْتَقَتِ امْرَأَةً مُسْلِمَةً فَكُلُّ عُضْوٍ مِنَ الْمُعْتَقَةِ بِعُضْوٍ مِنَ الْمُعْتِقَةِ فِدَاءً لَهَا مِنَ النَّارِ وَأَيُّمَا رَجُلٍ مُسْلِمٍ قَدَّمَ لِلَّهِ عَزَّ وَجَلَّ مِنْ صُلْبِهِ ثَلاَثَةً لَمْ يَبْلُغُوا الْحِنْثَ أَوِ امْرَأَةٍ فَهُمْ لَهُ سُتْرَةٌ مِنَ النَّارِ وَأَيُّمَا رَجُلٍ قَامَ إِلَى وَضُوءٍ يُرِيدُ الصَّلاَةَ فَأَحْصَى الْوَضُوءَ إِلَى أَمَاكِنِهِ سَلِمَ مِنْ كُلِّ ذَنْبٍ أَوْ خَطِيئَةٍ لَهُ فَإِنْ قَامَ إِلَى الصَّلاَةِ رَفَعَهُ اللَّهُ عَزَّ وَجَلَّ بِهَا دَرَجَةً وَإِنْ قَعَدَ قَعَدَ سَالِماً». فَقَالَ شُرَحْبِيلُ بْنُ السِّمْطِ آنْتَ سَمِعْتَ هَذَا الْحَدِيثَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا ابْنَ عَبَسَةَ قَالَ نَعَمْ وَالَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ لَوْ أَنِّى لَمْ أَسْمَعْ هَذَا الْحَدِيثَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَيْرَ مَرَّةٍ أَوْ مَرَّتَيْنِ أَوْ ثَلاَثٍ أَوْ أَرْبَعٍ أَوْ خَمْسٍ أَوْ سِتٍّ أَوْ سَبْعٍ - فَانْتَهَى عِنْدَ سَبْعٍ - مَا حَلَفْتُ - يَعْنِى مَا بَالَيْتُ - أَنْ لاَ أُحَدِّثَ بِهِ أَحَداً مِنَ النَّاسِ وَلَكِنِّى وَاللَّهِ مَا أَدْرِى عَدَدَ مَا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, Amr ibn Abəsə əs-Suləmi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ buyurur: “Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı səmimi olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə kömək edənlərə məhəbbətim vacib olmuşdur”. Amr ibn Abəsə (sözünə davam edərək) dedi: “Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Hər hansı bir kişi Allahın ﷿ yolunda bir ox atarsa, (onun oxu hədəfə) çatsa da, çatmasa da ona İsmayıl oğullarından bir qul azad etmiş kimi mükafat verilər. Hər hansı bir kişinin saçlarının Allah yolunda ağarması onun üçün nurdur. Hər hansı bir müsəlman kişi müsəlman bir kişini (qul olmaqdan) azad edərsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Hər hansı bir müsəlman qadın müsəlman bir qadını (qul olmaqdan) azad edərsə, azad edilənin hər əzası onun üçün Cəhənnəmdən (qurtulmasına) fidyə olar. Əgər Allah ﷿ hər hansı müsəlman kişinin və ya qadının həddi-büluğa çatmayan üç (övladının ruhunu) alarsa, (övladları) onlar üçün Cəhənnəm oduna qarşı maneə olar. Hər hansı bir kişi namaz qılmaq üçün dəstamazı qaydasında alarsa, o, hər bir günahdan və ya xətadan salamat olar. Namaza durduqda, Allah ﷿ (namazla) onun dərəcəsini qaldırar. Oturduqda isə, salamat oturar”. Şurahbil ibn Simt dedi: “Ey İbn Abəsə! Sən doğrudanmı bu hədisi Allah Elçisindən ﷺ eşitdin?” O dedi: “Bəli, Özündən başqa ibadət haqqına malik məbud olmayan Allaha and olsun! Əgər mən bu hədisi Allah Elçisindən ﷺ bir, iki, üç, dörd, beş, altı və ya yeddi dəfə eşitməsəydim, onu insanlardan bir kəsə danışmayacağıma and içərdim. Lakin Allaha and olsun ki, mən onu Allah Elçisindən ﷺ nə qədər eşitdiyimin (dəqiq) sayını bilmirəm”.”

Amr ibn Abəsə əs-Suləmi
SəhihQüdsi hədislər, 236 (Kitab 15, 5)

Qeyd

Əhməd, 18621, 19438, 19457, 19966. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 1756.

عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلَانِيِّ أَنَّهُ قَال دَخَلْتُ مَسْجِدَ دِمَشْقَ فَإِذَا فَتًى شَابٌّ بَرَّاقُ الثَّنَايَا وَإِذَا النَّاسُ مَعَهُ إِذَا اخْتَلَفُوا فِي شَيْءٍ أَسْنَدُوا إِلَيْهِ وَصَدَرُوا عَنْ قَوْلِهِ فَسَأَلْتُ عَنْهُ فَقِيلَ هَذَا مُعَاذُ بْنُ جَبَلٍ فَلَمَّا كَانَ الْغَدُ هَجَّرْتُ فَوَجَدْتُهُ قَدْ سَبَقَنِي بِالتَّهْجِيرِ وَوَجَدْتُهُ يُصَلِّي قَالَ فَانْتَظَرْتُهُ حَتَّى قَضَى صَلَاتَهُ ثُمَّ جِئْتُهُ مِنْ قِبَلِ وَجْهِهِ فَسَلَّمْتُ عَلَيْهِ ثُمَّ قُلْتُ وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ لِلَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ قَالَ فَأَخَذَ بِحُبْوَةِ رِدَائِي فَجَبَذَنِي إِلَيْهِ وَقَالَ أَبْشِرْ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى وَجَبَتْ مَحَبَّتِي لِلْمُتَحَابِّينَ فِيَّ وَالْمُتَجَالِسِينَ فِيَّ وَالْمُتَزَاوِرِينَ فِيَّ وَالْمُتَبَاذِلِينَ فِيَِّ

“Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni ﵀ demişdir: “Bir gün mən Dəməşq məscidinə girdim. Orada gülərüzlü bir cavan oğlan gördüm. İnsanlar onun yanında idi. Onlar hər hansı bir məsələdə ixtilaf etdikdə, (məsələni) ona danışıb onun sözünü qəbul edirdilər. Onun kim olduğunu soruşdum, “Bu, Muaz ibn Cəbəldir”- deyildi. Ertəsi gün tezdən (məscidə) getdim və onun məndən qabaq məscidə gəlib namaz qıldığını gördüm. Namazını qurtarana qədər gözlədim, sonra qarşısına keçib salam verdim və dedim: “Vallahi, səni Allah rizası üçün sevirəm!” O dedi: “Allah rizası üçünmü?” Dedim: “Allah rizası üçün!” O, paltarımdan tutub məni özünə doğru çəkdi və dedi: “Sənə müjdə olsun! Çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Uca Allah buyurur: “Mənə görə bir-birlərini sevənlərə, Mənə görə birlikdə oturub söhbət edənlərə, Mənə görə bir-birlərini ziyarət edənlərə və Mənə görə fədakarlıq edənlərə məhəbbətim vacib olmuşdur”.”

Əbu İdris əl-Xauləni
SəhihQüdsi hədislər, 237 (Kitab 15, 6)

Qeyd

Malik, 1503. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3018.

Fəsil 4

Təvazökar olmağın fəziləti

عَنْ عُمَرَ - قَالَ لاَ أَعْلَمُهُ إِلاَّ رَفَعَهُ - قَالَ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى «مَنْ تَوَاضَعَ لِى هَكَذَا». وَجَعَلَ يَزِيدُ بَاطِنَ كَفِّهِ إِلَى الأَرْضِ وَأَدْنَاهَا إِلَى الأَرْضِ «رَفَعْتُهُ هَكَذَا». وَجَعَلَ بَاطِنَ كَفِّهِ إِلَى السَّمَاءِ وَرَفَعَهَا نَحْوَ السَّمَاءِ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Peyğəmbər ﷺ ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər ﷺ bunu deyərək ovcunu səmaya qaldırdı”.”

Ömər
SəhihQüdsi hədislər, 238 (Kitab 15, 7)

Qeyd

Əhməd, 292, 309, 316. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 2894.

عَنْ عِيَاضِ بْنِ حِمَارٍ أَنَّهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ :«إِنَّ اللَّهَ أَوْحَى إِلَىَّ أَنْ تَوَاضَعُوا حَتَّى لاَ يَبْغِىَ أَحَدٌ عَلَى أَحَدٍ وَلاَ يَفْخَرَ أَحَدٌ عَلَى أَحَدٍ» فقلت: يا رسول الله أَرأَيتَ لَو أنَّ رجلاً سَبني فِي مَلإ هُم أَنقصُ مِني فَرددتُ عَليه هَل عَلي فِي ذلك جُناحٌ؟ قال: «المُستبَّان شَيطانَانِ يَتهاتَران ويَتكَاذَبان»

“Rəvayət edilir ki, İyad ibn Himər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. Mən dedim: “Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?” O buyurdu: “Söyüşən iki nəfər bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır”.”

İyad ibn Himər
SəhihQüdsi hədislər, 239 (Kitab 15, 8)

Qeyd

Əbu Davud, 4250, 4897; əl-Buxari “Ədəbul-Mufrad” 428/1. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 2781.

عَنِ ابْنِ عَبَّاسٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا مِنْ آدَمِيٍّ إِلا فِي رَأْسِهِ حِكْمَةٌ بِيَدِ مَلَكٍ, فَإِذَا تَوَاضَعَ قِيلَ لِلْمَلَكِ: ارْفَعْ حِكْمَتَهُ, وَإِذَا تَكَبَّرَ قِيلَ لِلْمَلَكِ: دع حِكْمَتَهُ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda, mələyə belə deyilir: “Onun hikmətini artır!” O, təkəbbürlük etdikdə isə, mələyə belə deyilir: “Onun hikmətini burax!””

İbn Abbas
SəhihQüdsi hədislər, 240 (Kitab 15, 9)

Qeyd

əl-Bəzzər, 7847; ət-Tabərani “Mucəmul-Kəbir” 12939. Hədis həsən səhihdir. Bax: Səhih əl-Cami, 5675.

Fəsil 5

Allahın sevdiyi üç adam

عن أبي الدرداء عن النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قال: «ثَلَاثةٌ يُحِبُّهُمُ اللهُ ، وَيَضْحَكُ إِلَيْهِمْ ، وَيَسْتَبْشِرُ بِهِمْ: الَّذِي إِذَا انْكَشَفَتْ فِئَةٌ؛ قَاتَلَ وَرَاءَهَا بِنَفْسِهِ للهِ عَزَّ وَجَلَّ ، فَإِمَّا أَنْ يُقْتَلَ ، وَإِمَّا أَنْ يَنْصُرَهُ اللهُ عَزَّ وَجَلَّ وَيَكْفِيهِ ، فيقولُ: انْظُرُوا إِلَى عَبْدِي هَذَا كَيْفَ صَبَرَ لِي نَفْسَهُ؟! وَالَّذِي لَهُ امْرَأَةٌ حَسَنَة, وَفِرَاشٌ لَيِّنٌ حَسَنٌ، فَيَقُومُ مِنَ اللَّيْلِ ، فيقول: يَذَرُ شَهْوَتَهُ ،وَيَذْكُرُنِي، وَلَوْ شَاءَ رَقَدَ! وَالَّذِي إذَا كَانَ فِي سَفَرٍ , وَكَانَ مَعَهُ رَكْبٌ ؛ فَسَهِرُوا ثمّ هَجَعُوا، فَقَامَ مِن السَّحَرِ فِي ضَرَّاءَ وَسَرَّاءَ»

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç qism insan vardır ki, Allah onları sevir, onlara gülür və onlara görə sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedir, dəstənin düşmən tərəfindən) məğlub olduğunu gördükdə, ya Allah yolunda öldürüləcəyini, ya da Allahın ﷿ onu qalib edib qoruyacağını (düşünərək) dəstənin arxasında Allah ﷿ üçün təkbaşına döyüşür. Bu zaman Allah buyurur: “Bu qulumun Mənim üçün təkbaşına necə səbir etdiyinə baxın!” Həmçinin o kimsə ki, gözəl qadına və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxır. Allah buyurur: “O, şəhvətini tərk edib Məni zikr edir, halbuki, əgər istəsəydi, yatardı”. Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərə çıxır. Yoldaşları gecənin bir hissəsini oyaq qalıb sonra yatırlar. O isə çətinlikdə də, rahatlıqda da (gecənin əvvəlini yatır), gecənin son üçdəbirində isə (ibadətə) qalxır”.”

Əbu əd-Dərdə
SəhihQüdsi hədislər, 241 (Kitab 15, 10)

Qeyd

əl-Beyhəqi “əl-Əsməu vas-Sifət” 471-472. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 3478; Səhih Tərğib vət-Tərhib, 629.