Allah sevgisi

Allah üçün sevməyin fəziləti

عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلَانِيِّ أَنَّهُ قَال دَخَلْتُ مَسْجِدَ دِمَشْقَ فَإِذَا فَتًى شَابٌّ بَرَّاقُ الثَّنَايَا وَإِذَا النَّاسُ مَعَهُ إِذَا اخْتَلَفُوا فِي شَيْءٍ أَسْنَدُوا إِلَيْهِ وَصَدَرُوا عَنْ قَوْلِهِ فَسَأَلْتُ عَنْهُ فَقِيلَ هَذَا مُعَاذُ بْنُ جَبَلٍ فَلَمَّا كَانَ الْغَدُ هَجَّرْتُ فَوَجَدْتُهُ قَدْ سَبَقَنِي بِالتَّهْجِيرِ وَوَجَدْتُهُ يُصَلِّي قَالَ فَانْتَظَرْتُهُ حَتَّى قَضَى صَلَاتَهُ ثُمَّ جِئْتُهُ مِنْ قِبَلِ وَجْهِهِ فَسَلَّمْتُ عَلَيْهِ ثُمَّ قُلْتُ وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ لِلَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ فَقَالَ أَاللَّهِ فَقُلْتُ أَاللَّهِ قَالَ فَأَخَذَ بِحُبْوَةِ رِدَائِي فَجَبَذَنِي إِلَيْهِ وَقَالَ أَبْشِرْ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى وَجَبَتْ مَحَبَّتِي لِلْمُتَحَابِّينَ فِيَّ وَالْمُتَجَالِسِينَ فِيَّ وَالْمُتَزَاوِرِينَ فِيَّ وَالْمُتَبَاذِلِينَ فِيَِّ

“Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni ﵀ demişdir: “Bir gün mən Dəməşq məscidinə girdim. Orada gülərüzlü bir cavan oğlan gördüm. İnsanlar onun yanında idi. Onlar hər hansı bir məsələdə ixtilaf etdikdə, (məsələni) ona danışıb onun sözünü qəbul edirdilər. Onun kim olduğunu soruşdum, “Bu, Muaz ibn Cəbəldir”- deyildi. Ertəsi gün tezdən (məscidə) getdim və onun məndən qabaq məscidə gəlib namaz qıldığını gördüm. Namazını qurtarana qədər gözlədim, sonra qarşısına keçib salam verdim və dedim: “Vallahi, səni Allah rizası üçün sevirəm!” O dedi: “Allah rizası üçünmü?” Dedim: “Allah rizası üçün!” O, paltarımdan tutub məni özünə doğru çəkdi və dedi: “Sənə müjdə olsun! Çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Uca Allah buyurur: “Mənə görə bir-birlərini sevənlərə, Mənə görə birlikdə oturub söhbət edənlərə, Mənə görə bir-birlərini ziyarət edənlərə və Mənə görə fədakarlıq edənlərə məhəbbətim vacib olmuşdur”.”

Əbu İdris əl-Xauləni
Səhih

Qeyd

Malik, 1503. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3018.

İstinad

Qüdsi hədislər, 237 (Kitab 15, 6)

Səhih qüdsi hədislər — Allah sevgisi