Cihad

Şəhidlər

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ مَرَّ رَجُلٌ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشِعْبٍ فِيهِ عُيَيْنَةٌ مِنْ مَاءٍ عَذْبَةٌ فَأَعْجَبَتْهُ لِطِيبِهَا فَقَالَ لَوِ اعْتَزَلْتُ النَّاسَ فَأَقَمْتُ فِى هَذَا الشِّعْبِ وَلَنْ أَفْعَلَ حَتَّى أَسْتَأْذِنَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ ذَلِكَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ «لاَ تَفْعَلْ فَإِنَّ مَقَامَ أَحَدِكُمْ فِى سَبِيلِ اللَّهِ أَفْضَلُ مِنْ صَلاَتِهِ فِى بَيْتِهِ سَبْعِينَ عَامًا أَلاَ تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ وَيُدْخِلَكُمُ الْجَنَّةَ اغْزُوا فِى سَبِيلِ اللَّهِ مَنْ قَاتَلَ فِى سَبِيلِ اللَّهِ فُوَاقَ نَاقَةٍ وَجَبَتْ لَهُ الْجَنَّةُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ səhabələrindən olan bir kişi şirin sulu çeşmənin olduğu bir vadidən keçdi və onun gözəlliyi xoşuna gələrək belə dedi: “Kaş insanlardan uzaqlaşıb bu vadidə qalardım. Ancaq Allah Elçisindən ﷺ izin almayınca, heç vaxt bunu etmərəm”. Sonra o, bunu Allah Elçisinə ﷺ danışdı və o da belə buyurdu: “Belə etmə! Həqiqətən də, birinizin Allah yolunda olan məqamı evində yetmiş il qıldığı nafilə namazlarından daha fəzilətlidir. Allahın sizi bağışlamasını və sizi Cənnətə salmasını istəmirsiniz? Allah yolunda döyüşə çıxın! Kim Allah yolunda dəvənin iki sağımı arasında olan müddət qədər döyüşərsə, Cənnət onun üçün vacib olar”.”

Əbu Hureyra
Həsən

Qeyd

ət-Tirmizi, 1650, 1751 Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 902.

İstinad

Fəzilətli əməllər, 391 (Kitab 10, 4)

Fəzilətli əməllər — Cihad