Şəhidlər
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «انْتَدَبَ اللَّهُ لِمَنْ خَرَجَ فِى سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ إِيمَانٌ بِى وَتَصْدِيقٌ بِرُسُلِى أَنْ أُرْجِعَهُ بِمَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ، أَوْ أُدْخِلَهُ الْجَنَّةَ، وَلَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى مَا قَعَدْتُ خَلْفَ سَرِيَّةٍ، وَلَوَدِدْتُ أَنِّى أُقْتَلُ فِى سَبِيلِ اللَّهِ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah buyurur): “Onu (evindən) çıxaran yalnız Mənə olan inamı və elçilərimə olan inamıdır. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna) qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istərdim”.”
Qeyd
əl-Buxari, 26, 36.
İstinad
Fəzilətli əməllər, 392 (Kitab 10, 5)
Fəzilətli əməllər — Cihad